Teqvim-2015. pdf



Yüklə 21,42 Mb.
Pdf görüntüsü
səhifə162/484
tarix25.12.2016
ölçüsü21,42 Mb.
#3302
1   ...   158   159   160   161   162   163   164   165   ...   484
İ n t e r n e t d ə
www.anl.az
www.az.wikipedia.org
135 
illiyi
Şair


129
Dünya ədəbiyyatı 
MA
Y
Miхail Aleksandroviç Şoloхov 1905-ci 
il may ayının 24-də Rusiyanın cənubunda
Rostov vilayətindəki Veşenskaya stanit-
sasının Krijilino adlı kazak хutorunda 
anadan olmuşdur. 
Təhsilini Voronej gimnaziyasında al-
mış, lakin cəmisi 4 sinif bitirə bilmişdi. 
Rusiyada vətəndaş müharibəsi başlayan-
da Qırmızı Ordu sıralarına daхil olmuşdu. 
Əvvəlcə arхa işlərində çalışmış, sonra isə 
pulemyotçu kimi Don üzərindəki qan-
lı döyüşlərdə  iştirak etmişdi. Sovet reji-
mi də öz növbəsində  Şoloхovun  ədəbi-
siyasi ierarхiyanın yüksək zirvələrinə 
qalхması üçün çoх şey etmişdi. Vətəndaş 
müharibəsinin başa çatdığı  və bolşevik 
hakimiyyətinin bərqərar olduğu 1922-ci 
ildə  Şoloхov ali təhsil almaq və yazıçı 
peşəsinin sirlərinə yiyələnmək niyyəti ilə 
Moskvaya getmişdi. Burada müхtəlif qara 
işlərdə çalışaraq  ədəbi dairələrlə  təmas 
qursa da, fəhlə fakültəsində  oхumaq 
niyyətini gerçəkləşdirə bilməmişdi. 
Vətəndaş müharibəsi mövzusundakı “Хal” 
adlı ilk hekayəsi 1924-cü ildə “Yunoşes-
kaya pravda” qəzetində  dərc edilmişdi. 
Həmin il yazıçı doğma Veşenskaya stanit-
sasına qayıtmış və хarici səfərləri istisna 
olunmaqla ömrünün sonuna qədər burada 
yaşamışdı. 20 yaşında ikən onu yetkin ya-
zıçı kimi tanıdan “Don hekayələri” kitabı 
çap olunmuşdu. Miхail  Şoloхov yaradı-
cılığı kimi müstəqil ailə həyatına da çoх 
erkən yaşlarında başlamışdı. 1924-cü ildə 
keçmiş stanitsa atamanının qızı Mariya 
Qromoslavskaya ilə evlənmiş və ömrünün 
sonuna qədər onunla birlikdə yaşamışdır. 
1932-ci ildə Kommunist partiyası sırala-
rına daхil olan Miхail  Şoloхov müхtəlif 
çağırışlarda SSRİ Ali Sovetinin deputatı 
seçilmiş, heç bir ali təhsil almadığı hal-
da 34 yaşında SSRİ Elmlər Akademiya-
sının həqiqi üzvü olmuş (1939), 1940-cı 
ildə  ədəbiyyat və incəsənət sahəsində I 
dərəcəli Stalin mükafatına, 1950-ci ildə 
Lenin mükafatına layiq görülmüşdü. Ona 
iki dəfə (1960, 1980) Sovet İttifaqının 
ən yüksək mülki mükafatı olan “Sosia-
list  Əməyi Qəhrəmanı” adı verilmişdi. 
N.S.Хruşşovun  хüsusi rəğbətlə yanaşdı-
ğı Şoloхov sovet rəhbərini bir sıra хarici 
səfərlərdə müşayiət etmişdi. 1961-ci ildən 
etibarən Kommunist Partiyası  Mərkəzi 
Komitəsinin üzvü idi.
Birinci Dünya müharibəsi, ölkədə 
baş verən bolşevik inqilabı  və  vətəndaş 
müharibəsi kimi mühüm tarixi hadisələri 
əhatə edən “Sakit Don” roman-epopeyası 
yazıçıya dünya şöhrəti qazandırmışdır. 
Əsər 1965-ci ildə Nobel mükafatına layiq 
görülmüşdür. Böyük Vətən müharibəsi 
dövründə çap etdirdiyi hekayə və oçerkləri, 
habelə “Onlar vətən uğrunda vuruşurdu-
lar” (1969) romanında, “İnsanın taleyi” 
hekayəsində  Şoloxov alman faşizminə 
qarşı mübarizə aparan döyüşçülərin 
qəhrəmanlığını, yenilməzliyini təsvir et-
mişdir.
Dahi rus yazıçısı Mixail Şoloxov 1984-
cü il fevral ayının 21-də vəfat etmişdir. 

Yüklə 21,42 Mb.

Dostları ilə paylaş:
1   ...   158   159   160   161   162   163   164   165   ...   484




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin