131
MA
Y
Fuad Əbdürrəhmanov
1915-1971
Ə d ə b i y y a t
Fuad Əbdürrəhmanov
/mətnin müəl.
C.Novruzova;
Azərbaycan Dövlət
Rəssamlıq Akademiya-
sı.- Bakı, 2006.- 40 s.
Fuad Əbdürrəhmanov
/layih. rəhb.
Ç.Fərzəliyev.-Bakı,
2013.- S.9-38.
Novruzova, C. Fuad
Əbdürrəhmanov
/C.Novruzova.- Bakı:
Nurlan, 2004.- 86 s.
Quliyev, Ə. Azərbaycan
heykəltəraşlığının
görkəmli nümayəndəsi
/Ə.Quliyev //525-ci
qəzet.- 2011.- 16 no-
yabr.- S. 7.
Sadıqov, S. Fuad
Əbdürrəhmanovun
“Nizami Gəncəvi”
abidəsi /S.Sadıqov
//Paritet.- 2012.- 21-22
fevral.- S.14.
İ n t e r n e t d ə
www.anl.az
www.az.wikipedia.org
www.karabakh.az
Fuad Həsən oğlu Əbdürrəhmanov
1915-ci il may ayının 11-də Nuxada (in-
diki Şəki) anadan olmuşdur. 1929-1932-
ci illərdə Azərbaycan Dövlət Rəssamlıq
Texnikumunda və 1935-1939-cu
illərdə
İ.Y.Repin adına Leninqrad Boyakarlıq,
Heykəltəraşlıq və Memarlıq İnstitutun-
da təhsil almışdır. 1942-1948-ci illərdə
Ə.Əzimzadə adına Azərbaycan Dövlət
Rəssamlıq Məktəbində dərs demişdir.
F.Əbdürrəhmanov yaradıcılığa port-
ret janrı ilə başlamış, 30-cu illərdə
Azərbaycan mədəniyyət xadimlərinin
büst-portretlərini (Ə.Haqverdiyev,
M.F.Axundov, Ü.Hacıbəyli, A.Zeynallı
və b.), həmçinin “Atıcı” (1934), “Gənc
aşıq” (1939) və ilk
monumental əsəri olan
Füzulinin heykəlini (1939) yaratmışdır.
Sovet İttifaqı Qəhrəmanları G.Əsədovun,
İ.Məmmədovun, Q.Məmmədovun,
Böyük Vətən müharibəsi qəhrəmanı
H.Əliyevin portretləri, Cavanşir, Babək
və Koroğlunun barelyeflərində obrazlar
dərin psixologizmi
və ifadəliliyi ilə se-
çilir.
O, həm də mahir portret ustası kimi
tanınmışdır. “Səttar Bəhlulzadə” (1947),
“R.Mustafayev” (1947), “Həzi Aslanov”
(qəbirüstü abidə, 1949), “B.Bağırova”
(1951), “Səməd Vurğun” (1957), kubalı
Xesus (1962) və b. portretləri obrazların
fərdi xüsusiyyəti, xarakterlərin dolğun
həlli ilə səciyyələnir.
Onun yaradıcılığında monumental
heykəltəraşlıq mühüm yer tutmuşdur. Ni-
zaminin Gəncədə və Bakıdakı abidələri
(hər
ikisi tunc, qranit, 1946, 1949), Ba-
kıda Səməd Vurğunun abidəsi (tunc,
qranit, 1961) və s. əsərləri Azərbaycan
monumental heykəltəraşlığının
ən
yaxşı nümunələrindəndir. 1950-1960-
cı illərdə yaratdığı “Çoban” (gips,
1950, Azərbaycan İncəsənət Muze-
yi; tunc, 1951, Tretyakov qalereya-
sı, Moskva), “Azərbaycanlı qadın”
(gips, 1951), “Azadlıq” (tunc, 1957;
hər ikisi Azərbaycan İncəsənət Muze-
yi), “Azad qadın” (tunc, qranit, 1960)
və s. əsərlərində milli xüsusiyyətlər
zəngindir.
Monqolustanın
görkəmli dövlət
xadimləri Suxe-Bator və marşal
X.Çoybalsanın büst-abidələri (hər iki-
si mərmər, 1954, MXR, Ulan-Bator),
S.Ayninin (tunc, 1964) portretləri,
Düşənbədə Rudəkinin (tunc, qra-
nit, 1964, memar M.Hüseynov; SSRİ
Rəssamlıq Akademiyasının qızıl meda-
lı), Buxarada İbn Sinanın (tunc, qranit,
açılışı 1975-ci ildə olmuşdur; memar
H.Muxtarov) abidələri və s. monumen-
tal əsərləri ona şöhrət qazandırmışdır.
Ömrünün son illərində Sovet İttifaqı
Qəhrəmanı Mehdi
Hüseynzadənin mo-
numental abidəsini (tunc, qranit, 1973)
yaratmışdır.
F.Əbdürrəhmanov 1943-cü ildə
“Azərbaycan SSR-in Əməkdar incəsənət
xadimi”, 1956-cı ildə isə “Azərbaycan
SSR Xalq rəssamı” fəxri adlarına la-
yiq görülmüş, iki dəfə “Şərəf nişanı”
ordeni
ilə təltif edilmiş, 1949-cu ildə
SSRİ Rəssamlıq Akademiyasının müx-
bir üzvü seçilmiş, 1947, 1951-ci illərdə
Azərbaycan SSR-in Dövlət Mükafatı la-
ureatı olmuşdur.
Fuad Əbdürrəhmanov 1971-ci il iyun
ayının 15-də Bakıda vəfat etmişdir.
Dostları ilə paylaş: