134
Teatr.Kino
Adil İsgəndərov
1910-1978
MA
Y
Adil (Ədil) Rza oğlu İsgəndərov
1910-cu il may ayının 5-də Gəncədə
anadan olmuşdur. O,
Teatr Texnikumunu
bitirmiş, sonra isə A.V.Lunaçarski adına
Moskva Dövlət Teatr Sənəti İnstitutun-
da təhsil almış, Moskvadakı Bədaye Te-
atrında rejissorluq təcrübəsi keçmişdi.
Buna baxmayaraq, bütün yaradıcı ru-
huna milli klassik teatr ənənələri hakim
idi. 1936-cı ildə Akademik Dövlət Teat-
rına qədəm basan Adil İsgəndərov çox
keçmədi ki,
bu sənət məbədinə baş re-
jissor, sonra isə direktor seçildi və 25 ilə
yaxın bir dövrdə bu teatrda öz məktəbini
yaratdı. Heç təsadüfi deyildi ki, o vaxt-
lar bu sənət ocağını “Adil İsgəndərov
teatrı” adlandırırdılar. Rejissor debü-
tü olan “Polad qartal” (1936) tamaşası
sənət adamlarında, tamaşaçılarda əsl
heyrət doğurmuşdu. Aydın
hiss olunur-
du ki, teatra əsl sənətkar gəlib. Ona görə
də, Adil İsgəndərov bir-birinin ardınca
“Platon Kreçet”, “Həyat”, “Vaqif” ta-
maşalarına quruluş verdi. “Vaqif” milli
teatr tariximizdə ən
uğurlu tamaşalar-
dan idi. Bu tamaşa bizim teatr tarixində
əlamətdar hadisəyə çevrildi.
Adil İsgəndərovun tamaşaları öz ori-
jinallığı, monumentallığı ilə fərqlənirdi.
“Xanlar”, “Fərhad və Şirin”, “Aydın”,
“1905-ci ildə”, “Dumanlı Təbriz”,
“Şərqin səhəri”, “Otello” və s. əsərləri
tamaşaya qoyan bu istedadlı rejissor
səhnəyə yeni nəfəs, yeni ruh gətirirdi.
Adil İsgəndərovun rejissor kimi başlı-
ca xüsusiyyətlərindən biri də tamaşalara
aktyor seçmək məharəti idi. Aktyorların
yaradıcılıq potensialına çox yaxşı bələd
idi.
Bu
böyük sənətkar həm də güclü
təşkilatçı idi. İnsanlarla dil tapmağı ba-
carırdı. Teatrda direktor işlədiyi illərdə
tamaşaların keyfiyyəti yüksəldi,
reper-
tuarı zənginləşdi. O dövrün aktyorları
xatırlayırdılar ki, Adil İsgəndərovun di-
rektor olduğu illərdə Akademik Dram
Teatrı saat mexanizmi kimi işləyirdi.
Aktyor filmlərdə də rollar almış,
1958-ci ildə “Uzaq sahillərdə” (rej. To-
fiq Tağızadə) filmində sahibkar Ros-
selininin rolunu böyük istedadla ya-
ratmışdır. “Qara daşlar”, “Məhəbbət
dastanı” filmlərində də onun
ifa etdiyi
qəhrəmanlar öz milli koloriti ilə tamaşa-
çı diqqətindən yayınmır.
1966-1974-cü illərdə C.Cabbarlı
adına “Azərbaycanfilm” kinostuduya-
sına direktor təyin edilir. 1966-cı ildə
Ə.İbrahimovun “26 Bakı komissarı”
filmində çəkilir. Ancaq
kinoda aktyor
kimi onun ən uğurlu işi “Axırıncı aşı-
rım” filmində yaratdığı Kərbalayı İsma-
yıl obrazı idi.
Sənət nailiyyətlərinə görə 1938-ci ildə
“Azərbaycan Respublikasının Əməkdar
incəsənət xadimi”, 1943-cü ildə “Xalq
artisti”, 1959-cu ildə isə “SSRİ Xalq ar-
tisti” fəxri adlarına və SSRİ Dövlət mü-
kafatına layiq görülmüşdür.
Adil İsgəndərov 1978-ci il sentyabr
ayının 18-də Bakıda vəfat etmiş,
II Fəxri
Xiyabanda dəfn edilmişdir.
Dostları ilə paylaş: