135
Teatr.Kino
Ramiz Novruzov
1955
MA
Y
Ramiz Qəvvam oğlu Novruzov
1955-ci il may ayının 25-də Biləsuvar
rayonunun Səmədabad qəsəbəsində
anadan olmuşdur.
Orta məktəbi qəsəbədə bitirərək
Bakıya gəlmiş,
müxtəlif mətbəə və
tikintilərdə fəhlə işləmişdir.
1974-cü ildə Mirzağa Əliyev adı-
na Azərbaycan Dövlət İncəsənət İns-
titutunun dram və kino aktyorluğu
fakültəsinə daxil olmuşdur. Rejissor
Adil İsgəndərovun rəhbərlik etdiyi
kursda dörd il təhsil alaraq oranı 1978-
ci ildə bitirmişdir.
Təyinatla Hüseyn Ərəblinski adı-
na Sumqayıt Dövlət Dram Teatrına
göndərilmiş,
gənc aktyor burada Mi-
xail Lermontovun “Maskarad” (Knyaz
Zvezdiq), Tofiq Kazımovun “Muradın
kələkləri” (Məsxərəci) və Nəriman
Həsənzadənin “Bütün Şərq bilsin”
(General Şıxlinski) dramlarının tama-
şalarında iştirak etmişdir.
Təyinat müddətini Sumqayıt te-
atrında başa vurduqdan sonra Ramiz
Novruzov Bakıya qayıtmış, 16 may
1981-cı ildə Akademik Milli Dram Te-
atrının şöhrətli
və müqtədir aktyor trup-
pasına qatılmışdır. Elə ilk günlərdən
kollektivdə hazırlanan tamaşalarda ona
irihəcmli və mürəkkəb xarakterli rollar
tapşırılmışdır.
Ramiz Novruzovun yaradıcılığının
bir sahəsini
də kino fəaliyyəti təşkil
edir. İstedadlı aktyor “Azərbaycanfilm”
kinostudiyasının istehsalı olan “Ni-
zami” filmində Dərbənd elçisi, “Sizi
dünyalar qədər sevirdim” kinolentində
general Həzi Aslanov, “Alman klinika-
sına qeyri-rəsmi səfər” və “Sarı gəlin”
əsərlərində Baba Əliyev
və Rasim rol-
larına çəkilmişdir.
Hüseyn Cavidin “Topal Teymur”
(Divanbəyi), Lev Tolstoyun “Krey-
ser sonatası” (Musiqi müəllimi), Jan
Pol Sartrın “Dəfn edilməmiş ölülər”
(Anri), Andre Moruanın “Bənövşələr”
(Bertrand), Vilyam Şekspirin “Anto-
ni və Kleopatra” (Antonio), Mövlud
Süleymanlının “Fatehlərin divanı”
(Atilla), Orxan Kamalın “Dodaqdan
qəlbə” (Kənan bəy), “Yad qızı” (Ni-
had), Səməd Behrənginin “Balaca qara
balıq” (Aparıcı) teletamaşalarında ma-
raqlı rollar yaratmışdır.
“Novruz” onun yazıçı təxəllüsüdür.
Teatr sənətindəki xidmətlərinə görə
Ramiz Qəvvam oğlu Novruzov 1993-
cü il fevral ayının 7-də “Azərbaycan
Respublikasının Əməkdar artisti”,
1998-ci il may ayının 24-də “Xalq ar-
tisti” fəxri adlarına layiq görülmüşdür.
Azərbaycan Respublikası Prezi-
dentinin 30 aprel 2014-cü il tarixli
Sərəncamı ilə Ramiz
Novruzov səhnə
fəaliyyəti ilə bağlı Prezident mükafatı-
na layiq görülüb.
Dostları ilə paylaş: