Teqvim-2015. pdf



Yüklə 21,42 Mb.
Pdf görüntüsü
səhifə160/484
tarix25.12.2016
ölçüsü21,42 Mb.
#3302
1   ...   156   157   158   159   160   161   162   163   ...   484
23
Ə d ə b i y y a t
Seçilmiş şeirlər və 
poemalar /V.Bəhmənli; 
tərt. R.Gülgün; red. 
U.Rəhimoğlu.- Bakı: 
Avrasiya-Press, 2006.- 
C.I.-416 s.; C.II.- 424 s.; 
C.III.- 432 s.
Hamı: şeirlər 
/V.Bəhmənli; na-
şir B.Axundov; red. 
R.Gülgün.- Bakı: Çağdaş, 
2012.-  398 s. 
İlin beşinci fəsli. Kam-
ran: [sənədli roman] 
/V.Bəhmənli; məsl. 
H.Hüseynova; red. 
Ə.Əsədzadə; tərt. və 
dizayn Xəyyam; Azərb. 
Resp. Mədəniyyət və 
Turizm Nazirliyi.- Bakı: 
Renessans, 2013.-547 s.
Maqomayev plane-
ti /V.Bəhmənli; red. 
N.Məmmədli; Azərb. 
Resp. Mədəniyyət və Tu-
rizm Nazirliyi.-Bakı: Elm 
və təhsil, 2012.- 119 s.
Vətənin İlhamı: ömürdən 
reportaj /V.Bəhmənli; 
layihənin rəhbəri və ön 
sözün müəl. Ə.Qarayev; 
red. U.Rəhimoğlu.- Bakı: 
Çağdaş As, 2011.-310 s.
İ n t e r n e t d ə
www.anl.azwww.
az.wikipedia.org
60 
illiyi
Şair


128
Milli ədəbiyyat
Əliqulu Qəmküsar
1880-1919  
MA
Y
Əliqulu  Ələkbər oğlu Nəcəfov 
(Əliqulu Qəmküsar) 1880-ci il may ayı-
nın 24-də Naxçıvanda doğulmuşdur. 
Qəmküsar səkkiz yaşından  ərəb və 
fars dillərini öyrənmiş, 1894-cü ildə 
zamanının görkəmli müəllimlərindən 
M.M.Sidqinin üsuli-cədid məktəbinə 
daxil olmuşdur.
1896-cı ildə atasının xəstələnməsi 
səbəbilə onunla birlikdə  Təbrizə get-
miş, bu şəhər onun yaradıcılığında dö-
nüş yaratmışdır. Lakin atası vəfat etmiş, 
16 yaşlı Əliqulu onu yad şəhərdə dəfn 
edərək Naxçıvana qayıtmışdı. Burada 
atasının ticarət işlərini idarə etmiş, lakin 
daha çox özünü sənətə  və  ədəbiyyata 
bağlamışdı. Hələ  məktəbdə ikən  şeir 
yazmağa başlamış, 1892-ci ildə üçsinif-
li şəhər rus məktəbinə daxil olmuşdu. 
1906-cı ilin aprel ayında “Molla 
Nəsrəddin” satirik jurnalının nəşrə baş-
laması onun həyatında yeni səhifə açır. 
“Molla Nəsrəddin” ideyalarının təsiri 
nəticəsində onun dünyagörüşündə cid-
di dönüş yaranır. Bu dövrdə Qəmküsar 
“İrşad”, “Tərəqqi”, “Zənbur”, “Şəhabi-
saqib” və s. dövri mətbuatda çıxış 
etməyə başlayır.
Culfa ticarət komisyonunda işləyən 
Qəmküsar Cənubi Azərbaycanda Səttar 
xanın rəhbərliyi ilə başlamış milli azad-
lıq hərəkatına da yaxından kömək edir.
 O, həvəskar aktyor kimi də fəaliyyət 
göstərmiş, bu işlə ardıcıl məşğul ol-
muşdur. Yaxın dostu Rza Təhmasiblə 
birlikdə Naxçıvan “müsəlman, incəsə-
nət və dram” cəmiyyətini təşkil edib 
və tamaşalar hazırlayıb. O, “Ölülər” 
pyesində Şeyx Nəsrullah rolunu təkrar-
olunmaz şəkildə ifa edib.
Mürtəce qüvvələr tərəfindən saysız 
təqib və təhqirlər Ə.Qəmküsarı əzməsə 
də, ailə faciəsi ona ağır zərbə vurub. 
1912-ci ildə  əvvəlcə iki qızını, sonra 
isə həyat yoldaşını itirən şairin sonrakı 
həyatı sarsıntılar içində keçib. O, tez-
tez xəstələnib.
1912-ci ilin sonlarında Mirzə  Cəlil 
Qəmküsarı Tiflisə dəvət edib və “Molla 
Nəsrəddin” jurnalına redaktor olması-
nı təklif edir. Bu təklif Qəmküsar üçün 
böyük mənəvi dəstək olub. Bu hadisə 
rəğbətlə qarşılanıb, jurnalın bütün Yaxın 
Şərq ölkələrində yayılmasında teatr və 
aktyorluq sənətinin inkişafında, ictimai 
fikrin formalaşmasında  Ə.Qəmküsarın 
əvəzsiz xidmətləri olub.
O, mətbuatda “Xadimi-millət”, 
“Otaylı”, “Simurğ”, “Cüvəllağı”, 
“Qəmbərqulu”, “Sarsaqqulu bəy”, 
“Ləndahur” və s. gizli imzalarla da çı-
xış edib. 
Ə.Qəmküsar 1919-cu il mart ayının 
4-də axşam evinə qayıdarkən xaincəsinə 
qətlə yetirilir. Onun menşeviklər tərə-
findən öldürülməsi bəlli olsa da qətl 
səbəbi haqqında heç bir məlumat yox-
dur. Cəmi 39 il ömür sürən nakam 
Qəmküsarın vaxtsız ölümünü geniş 
xalq kütləsi dərin kədərlə qarşılayıb. 
Şairin məzarı Tiflisdə yerləşir. 

Yüklə 21,42 Mb.

Dostları ilə paylaş:
1   ...   156   157   158   159   160   161   162   163   ...   484




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin