225
Milli Qəhrəmanlar
Milli Qəhrəman
50
illiyi
Eldar Məcidov
1965-1992
AV
Q
U
S
T
Eldar Tofiq oğlu Məcidov 1965-ci
il avqust ayının 26-da Bakı şəhərində
dünyaya göz açmışdır.
1972-1982-ci illərdə Yasamal ra-
yonu 52 saylı məktəbdə təhsil almış,
1983-cü ildə ordu sıralarına
hərbi
xidmətə çağırılmışdır. Eldar hərbi
xidmətini Almaniya Demokratik Res-
publikasında keçmişdir.
1985-ci ildə ordudan tərxis olunmuş
və 1989-cu ildə Azərbaycan İncəsənət
İnstitutuna
imtahan verərək mədəni-
maarif fakültəsinə daxil olmuş-
dur. Ermənilərin Dağlıq Qarabağda
törətdikləri
vəhşiliklərə dözə bilməyən
Eldar könüllü olaraq cəbhəyə getməyi
qərara almışdır.
1992-ci il may ayının 9-da “N” say-
lı hərbi hissəyə qeyd olunaraq cəbhəyə
yola düşmüşdür. O,
cəbhədə tezliklə
öz şücaətini göstərmiş, yaralıların və
mülki əhalinin təhlükəsizliyinin təmin
edilməsində müstəsna
xidmətləri ol-
muşdur.
1992-ci il may ayının 15-də Şuşa
rayonunun Zarıslı kəndində gedən
döyüşlərdə Eldar rəşadətlə vuruşmuş,
yoldaşlarını xilas edərkən sağ aya-
ğından yaralanmışdır. Onu Qubadlı
xəstəxanasına çatdırsalar da,
çoxlu
qan itirdiyindən Eldarın həyatını xilas
etmək mümkün olmamışdı.
Azərbaycan Respublikası Prezi-
dentinin 16 sentyabr 1994-cü il ta-
rixli 202 saylı Fərmanı ilə Eldar To-
fiq oğlu Məcidova ölümündən sonra
“Azərbaycanın Milli Qəhrəmanı”
fəxri
adı verilmişdir.
Bakı şəhərinin Şəhidlər Xiyabanın-
da dəfn edilmişdir. Yaşadığı binanın
önünə xatirə lövhəsi vurulmuşdur.
Dostları ilə paylaş: