Teqvim-2015. pdf



Yüklə 21,42 Mb.
Pdf görüntüsü
səhifə300/484
tarix25.12.2016
ölçüsü21,42 Mb.
#3302
1   ...   296   297   298   299   300   301   302   303   ...   484
10
Ə d ə b i y y a t
İnsan potensialı: əsas 
meyllər, reallıqlar, 
problemlər /Ş.Muradov; 
red. A.Nadirov; AMEA, İq-
tisadiyyat İn-tu.-Bakı: Elm, 
2004.-660 s. 
Azərbaycan Respublikası 
əhalisinin dinamikası və 
quruluşu: əsas demoq-
rafik və etno-demoqrafik 
dəyişikliklər (1897- 
2007- ci illər): [monoq-
rafiya] /Ş.Muradov; red. 
A.Gözəlova.-Bakı: Elm, 
2008.-235 s.
Azərbaycan Respublika-
sında etno-demoqrafik 
proseslər: tarixi 
dəyişikliklər və reallıqlar 
/Ş.Muradov, Ç.Baxış; red. 
A.Gözəlova.- Bakı: [Avro-
pa], 2013.- 135 s.
Глобализация, 
демографическое 
развитие и трудовая 
активность населения 
в Азербайджане: 
[монография] 
/ Ш.Мурадов, А.Гёзалова, 
Р.Эфендиев; ред. 
А.Алескеров.- Баку: Элм,  
2007.- 264 с.
İ n t e r n e t d ə
www.az.wikipedia.org
www.science.az
 
75  
illiyi
Fəlsəfə.İqtisadiyyat
Alim


231
Mədəniyyət.Maarif.Elm
Akademik
60 
illiyi
Rafael Hüseynov
1955
AV
Q
U
S
T
Rafael Baba oğlu Hüseynov 1955-
ci il avqust ayının 12-də Kürdəmir 
şəhərində anadan olmuşdur. 1971-ci ildə 
burada 12 saylı şəhər orta məktəbini bi-
tirmiş, 1971-1976-cı illərdə ADU-nun 
şərqşünaslıq fakültəsində, fars filologi-
yası ixtisası üzrə təhsil almışdır.
Əmək fəaliyyətinə 1976-cı ildə, 
AMEA Fəlsəfə  və Hüquq İnstitutunun 
Fəlsəfə tarixi şöbəsində başlamışdır. 
1978-1982-ci illərdə  həmin institutun 
İran  filologiyası  şöbəsində kiçik elmi 
işçi, 1982-1988-ci illərdə isə Orta əsrlər 
Şərq yazılı  mən-bələrinin tədqiqi və 
nəşri şöbəsində baş elmi işçi vəzifəsində 
çalışmışdır. 1980-ci ildə namizədlik, 
1992-ci ildə doktorluq elmi dərəcələrini 
almışdır. Bir neçə il AMEA-nın Nizami 
Gəncəvi adına Azərbaycan  Ədəbiyyatı 
Milli Muzeyinin şöbə müdiri işləmiş, 
1993-cü ildən muzeyin direktorudur.
Ədəbi fəaliyyətə 1975-ci ildə Kürdə-
mir rayonunda çıxan “İrəli” qəzeti 
səhifələrində  dərc olunan şeirləri ilə 
başlamışdır. Dövri mətbuatda vaxtaşı-
rı məqalələri dərc edilmiş, Azərbaycan 
xalq musiqisi və onun görkəmli ifaçıları 
haqqında hazırladığı “Nəğməli ömürlər” 
və “Axşam görüşləri” adlı  həftəlik 
verilişlər silsiləsi efirdə  səslənmişdir. 
“Qobustan” incəsənət toplusunda 
“Görməyən gözlərin aydınlığı”, “Əsas 
odur ki, xalq sizi sevir”, “Həsrət qatarı” 
və s. publisistik yazıları çap olunmuş-
dur. Orta əsrlər fars və türkdilli poeziya-
nın müxtəlif problemlərinə həsr edilmiş 
30-dan artıq ədəbiyyatşünaslıq əsərinin 
müəllifidir. AYB-nin və Teatr Xadimləri 
İttifaqının üzvüdür.
M.Gəncəvinin rübailərini, R.Rza 
və N.Rəfibəyli haqqında “İki ömrün 
işığı” (1987) adlı xatirələr kitabını 
tərtib etmişdir. ADU-da “Fars ədəbiy-
yatı” (1987-1989), konservatoriya-
da “Mədəniyyət tarixi” (1990-1991), 
Xəzər Universitetində “Azərbaycan 
ədəbiyyatı” və “Azərbaycan mədəniy-
yəti” (1995) fənlərindən dərs demişdir. 
1995-1998-ci illərdə  Xəzər Uni-
versitetində Azərbaycan filologiyası və 
şərqşünaslıq kafedrasının müdiri olmuş-
dur. Onlarla monoqrafiyanın, dərslik və 
dərs vəsaitinin, 300 elmi araşdırmanın, 
500-dən çox publisistik məqalənin, 3 
tammetrajlı  sənədli-publisistik  filmin 
ssenarisinin, 200-dən çox televiziya və 
radio verilişinin və proqramın müəllifi-
dir.
Hacıqabul-Kürdəmir seçki dairəsin-
dən deputat seçilmişdir. Milli Məclisin 
Mədəniyyət məsələləri daimi komissi-
yası  sədrinin müavinidir. Azərbaycan-
Bosniya-Hersoqovina, Azərbaycan-İs-
paniya, Azərbaycan-İsveç,  Azərbaycan 
- İtaliya parlamentlərarası əlaqələr üzrə 
işçi qrupunun, Avropa Şurasının Par-
lament Assambleyasında Azərbaycan 
nümayəndə heyətinin üzvüdür.
2005-ci ildə “Əməkdar incəsənət xa-
dimi” fəxri adına layiq görülmüşdür. 
2014-cü ildə AMEA-nın həqiqi üzvü 
seçilmişdir.  

Yüklə 21,42 Mb.

Dostları ilə paylaş:
1   ...   296   297   298   299   300   301   302   303   ...   484




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin