Teqvim-2015. pdf



Yüklə 21,42 Mb.
Pdf görüntüsü
səhifə301/484
tarix25.12.2016
ölçüsü21,42 Mb.
#3302
1   ...   297   298   299   300   301   302   303   304   ...   484
Ə d ə b i y y a t
Əbədi Cavid 
/R.Hüseynov;  AMEA, 
N.Gəncəvi adına 
Azərbaycan ədəbiyyatı 
Milli Muzeyi.- Bakı: 
[Nurlan], 2007.- 840 s.
Məhsəti Gəncəvi - özü
sözü, izi /R.Hüseynov; 
N.Gəncəvi adına 
Azərbaycan Ədəbiyyatı 
Muzeyi.-Bakı: Nurlan, 
2005.-560 s.
Mehseti Gencevi Edebi 
portre (portret-oçerk) 
/R.Hüseynov.- Bakü: 
Şərq-Qərb, 2013.-100 s.
Sabirin saatı 
/R.Hüseynov.- Bakı: Elm 
və təhsil, 2012.- 48 s
Şirvan şairləri 
/R.Hüseynov; [rəssam 
S.Şatikov].-Bakı: [Elm və 
təhsil], 2012.- 107 s.
Yurdun adındakı can 
/R.Hüseynov; red. 
C.Həsənli, L.Kərimli 
(Rəfibəyli).- Bakı: Elm, 
2010.- 903 s.
Rafael Hüseynovun “Söz 
heykəli” //Kaspi.- 2012.- 
14-16 iyul.- S.13.
İ n t e r n e t d ə
www.anl.az
www.az.wikipedia.org
www.rafaelhuseynov.com
12


232
Bəkir Nəbiyev
1930-2012
AV
Q
U
S
T
Bəkir  Əhməd oğlu Nəbiyev 1930-cu 
il avqust ayının 21-də  Ağdaşın Üçqovaq 
kəndində anadan olmuşdur. 1947-ci ildə Ağ-
daşda 1 saylı orta məktəbi bitirmişdir.
1945-1947-ci illərdə Ağdaş radio şəbəkə-
sinin diktoru işləmişdir. 1947-1949-cu illərdə 
Ağdaşda müəllimlik etmişdir. 1949-1954-
cü illərdə ADU-nun filologiya fakültəsində 
təhsil almış, həm də Bayıldakı 55 saylı orta 
məktəbdə müəllimi kimi çalışmışdır.  İlk 
tənqidi qeydləri “Lenin tərbiyəsi uğrunda” 
qəzetində dərc olunmuşdur.
Ədəbi fəaliyyətə  “Ədəbiyyat qəzeti”ndə 
çap edilən “Dama-dama göl olar” rəyi ilə 
başlamışdır. Universiteti bitirdikdən sonra 
“Azərbaycan gəncləri”, “İnşaatçı” qəzet-
lərində  məsul katib müavini, ədəbi işçi 
vəzifələrində  işləmişdir. ADU-nun aspiran-
turasına daxil olmuş, 1960-cı ildə namizədlik 
dissertasiyasını müdafiə etmişdir. 1958-ci 
ildən AYB-nin, 1960-cı ildən Azərbaycan 
Jurnalistlər Birliyinin üzvü olmuşdur.
1959-1961-ci illərdə “Kommunist” qəzeti 
redaksiyasında Mədəniyyət şöbəsinin müdiri 
işləmişdir. 1961-1971-ci illərdə Azərbaycan 
EA Nizami adına  Ədəbiyyat  İnstitutunun 
Sovet  ədəbiyyatı  şöbəsində kiçik elmi işçi
şöbə müdiri və institutun elmi katibi, 1971-
1986-cı illərdə Nizami adına Azərbaycan 
Dövlət  Ədəbiyyat Tarixi Muzeyinin di-
rektoru, 1982-1986-cı illərdə Azərbaycan 
Ədəbiyyat Fondunun sədri işləmişdir. 1989-
cu ildən AMEA-nın həqiqi üzvü olmuşdur.
1965-1985-ci illərdə Yazıçılar  İttifaqı 
nəzdində  tənqid və  ədəbiyyatşünaslıq  şura-
sının, SSRİ EA nəzdində humanitar elmlərə 
dair tədqiqatları  əlaqələndirmə  Şurasının, 
Azərbaycan EA Rəyasət Heyətinin üzvü, 
“Xəbərlər” jurnalının baş redaktoru, 1987-
1990-cı illərdə Azərbaycan Mədəniyyət fon-
dunun sədri, 1993-cü ildən  ədəbiyyat üzrə 
ixtisaslaşdırılmış müdafiə  şurasının sədri, 
“Ədəbiyyat və incəsənət” qəzeti redaksiya 
heyətinin, Dövlətnəşrkomun metodiki şura-
sının, C.Cabbarlı adına “Azərbaycanfılm” 
studiyasının bədii şurasının üzvü kimi fəaliy-
yət göstərmişdir.
2003-2012-ci illərdə AMEA Rəyasət 
Heyətinin üzvü və Nizami adına Ədəbiyyat 
İnstitutunun direktoru olmuşdur. 2002-ci 
ildə Təfəkkür Universitetində filologiya ka-
fedrasının müdiri, 30 cildlik “Türk dünyası 
ədəbiyyatı” ensiklopediyasının respublika 
üzrə məsul əlaqələndiricisi olmuşdur. 40-dan 
çox kitabın, 600-dən artıq məqalə və resen-
ziyanın, bir neçə monoqrafiyanın müəllifidir. 
Onun rəhbərliyi ilə 22 elmlər namizədi, 4 
elmlər doktoru müdafiə etmişdir.
1970-ci ildə  “Şərəfli  əməyə görə” yu-
biley medalı ilə  təltif edilmiş, 1972-ci ildə 
“Qızıl qələm” mükafatı laureatı, 1978-ci ildə 
Azərbaycan Dövlət Mükafatı laureatı olmuş, 
1986-cı ildə SSRİ-nin “Xalqlar dostluğu” 
ordeni almışdır. 1990-cı ildə “Əməkdar elm 
xadimi” fəxri adına, 1993-1994-cü illərdə 
“H.Z.Tağıyev”, “M.Araz” mükafatlarına, 
1997-ci ildə “Ustad” ali mükafatına, 2000-ci 
ildə Beynəlxalq TİKA mükafatına layiq gö-
rülmüş, 2000-ci ildə Azərbaycanın “Şöhrət” 
ordeni ilə  təltif edilmiş, 2010-cu ildə  ədə-
biyyatşünaslıq elminin və  ədəbi  fikrin in-
kişafındakı xidmətlərinə görə Azərbaycan 
Respublikası Prezidentinin Fəxri Diplomu-
nu almışdır.
Bəkir Nəbiyev 15 mart 2012-ci ildə Bakı 
şəhərində vəfat etmişdir.
Alimin xatirəsini  əbədiləşdirmək məq-
sədilə 4 aprel 2013-cü ildə Azərbaycan Res-
publikası Prezidenti Sərəncam imzalamış-
dır.

Yüklə 21,42 Mb.

Dostları ilə paylaş:
1   ...   297   298   299   300   301   302   303   304   ...   484




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin