232
Bəkir Nəbiyev
1930-2012
AV
Q
U
S
T
Bəkir Əhməd oğlu Nəbiyev 1930-cu
il avqust ayının 21-də Ağdaşın Üçqovaq
kəndində anadan olmuşdur. 1947-ci ildə Ağ-
daşda 1 saylı orta məktəbi bitirmişdir.
1945-1947-ci illərdə Ağdaş radio şəbəkə-
sinin diktoru işləmişdir. 1947-1949-cu illərdə
Ağdaşda müəllimlik etmişdir. 1949-1954-
cü illərdə ADU-nun filologiya fakültəsində
təhsil almış, həm də Bayıldakı 55 saylı orta
məktəbdə müəllimi kimi çalışmışdır. İlk
tənqidi qeydləri “Lenin tərbiyəsi uğrunda”
qəzetində dərc olunmuşdur.
Ədəbi fəaliyyətə “Ədəbiyyat qəzeti”ndə
çap edilən “Dama-dama göl olar” rəyi ilə
başlamışdır. Universiteti bitirdikdən sonra
“Azərbaycan gəncləri”, “İnşaatçı” qəzet-
lərində məsul katib müavini, ədəbi işçi
vəzifələrində işləmişdir. ADU-nun aspiran-
turasına daxil olmuş, 1960-cı ildə namizədlik
dissertasiyasını müdafiə etmişdir. 1958-ci
ildən AYB-nin, 1960-cı ildən Azərbaycan
Jurnalistlər Birliyinin üzvü olmuşdur.
1959-1961-ci illərdə “Kommunist” qəzeti
redaksiyasında Mədəniyyət şöbəsinin müdiri
işləmişdir. 1961-1971-ci illərdə Azərbaycan
EA Nizami adına Ədəbiyyat İnstitutunun
Sovet ədəbiyyatı şöbəsində kiçik elmi işçi,
şöbə müdiri və institutun elmi katibi, 1971-
1986-cı illərdə Nizami adına Azərbaycan
Dövlət Ədəbiyyat Tarixi Muzeyinin di-
rektoru, 1982-1986-cı illərdə Azərbaycan
Ədəbiyyat Fondunun sədri işləmişdir. 1989-
cu ildən AMEA-nın həqiqi üzvü olmuşdur.
1965-1985-ci illərdə Yazıçılar İttifaqı
nəzdində tənqid və ədəbiyyatşünaslıq şura-
sının, SSRİ EA nəzdində humanitar elmlərə
dair tədqiqatları əlaqələndirmə Şurasının,
Azərbaycan EA Rəyasət Heyətinin üzvü,
“Xəbərlər” jurnalının baş redaktoru, 1987-
1990-cı illərdə Azərbaycan Mədəniyyət fon-
dunun sədri, 1993-cü ildən ədəbiyyat üzrə
ixtisaslaşdırılmış müdafiə şurasının sədri,
“Ədəbiyyat və incəsənət” qəzeti redaksiya
heyətinin, Dövlətnəşrkomun metodiki şura-
sının, C.Cabbarlı adına “Azərbaycanfılm”
studiyasının bədii şurasının üzvü kimi fəaliy-
yət göstərmişdir.
2003-2012-ci illərdə AMEA Rəyasət
Heyətinin üzvü və Nizami adına Ədəbiyyat
İnstitutunun direktoru olmuşdur. 2002-ci
ildə Təfəkkür Universitetində filologiya ka-
fedrasının müdiri, 30 cildlik “Türk dünyası
ədəbiyyatı” ensiklopediyasının respublika
üzrə məsul əlaqələndiricisi olmuşdur. 40-dan
çox kitabın, 600-dən artıq məqalə və resen-
ziyanın, bir neçə monoqrafiyanın müəllifidir.
Onun rəhbərliyi ilə 22 elmlər namizədi, 4
elmlər doktoru müdafiə etmişdir.
1970-ci ildə “Şərəfli əməyə görə” yu-
biley medalı ilə təltif edilmiş, 1972-ci ildə
“Qızıl qələm” mükafatı laureatı, 1978-ci ildə
Azərbaycan Dövlət Mükafatı laureatı olmuş,
1986-cı ildə SSRİ-nin “Xalqlar dostluğu”
ordeni almışdır. 1990-cı ildə “Əməkdar elm
xadimi” fəxri adına, 1993-1994-cü illərdə
“H.Z.Tağıyev”, “M.Araz” mükafatlarına,
1997-ci ildə “Ustad” ali mükafatına, 2000-ci
ildə Beynəlxalq TİKA mükafatına layiq gö-
rülmüş, 2000-ci ildə Azərbaycanın “Şöhrət”
ordeni ilə təltif edilmiş, 2010-cu ildə ədə-
biyyatşünaslıq elminin və ədəbi fikrin in-
kişafındakı xidmətlərinə görə Azərbaycan
Respublikası Prezidentinin Fəxri Diplomu-
nu almışdır.
Bəkir Nəbiyev 15 mart 2012-ci ildə Bakı
şəhərində vəfat etmişdir.
Alimin xatirəsini əbədiləşdirmək məq-
sədilə 4 aprel 2013-cü ildə Azərbaycan Res-
publikası Prezidenti Sərəncam imzalamış-
dır.
Dostları ilə paylaş: