Teqvim-2015. pdf



Yüklə 21,42 Mb.
Pdf görüntüsü
səhifə302/484
tarix25.12.2016
ölçüsü21,42 Mb.
#3302
1   ...   298   299   300   301   302   303   304   305   ...   484
21
Ə d ə b i y y a t 
Seçilmiş əsərləri: 5 
cilddə /B.Nəbiyev.-Bakı: 
Çinar-Çap, 20
09.
Azərbaycan xalq 
ədəbiyyatı:ali məktəb 
tələbələri üçün dərslik: 
[2 hissədə] /B.Nəbiyev.- 
Bakı: Turan, 2002.- 
H.1.- 2006. 
Hərənin öz yolu var... 
/B.Nəbiyev.-Bakı: Çinar-
Çap, 2008.-466 s. 
Şamaxı torpağının yetir-
diyi böyük Azərbaycan 
şairləri /B.Nəbiyev; 
AMEA, Nizami adına 
Ədəbiyyat İnstitutu.-
Bakı: Ozan, 2012.-287 s.
Akademik Bəkir Nəbiyev 
haqqında soraq kitabı     
/tərt. ed. G.Rəsulova; 
red. A.Kəngərli; AMEA, 
Nizami ad. Ədəbiyyat İn-
tu.-Bakı:[Nafta-press], 
2009.- 387 s. 
Akademik Bəkir Nəbiyev 
- 80 /A. Ülvi //Xalq 
qəzeti 2010.- 18 sent-
yabr.- S. 5.
Tağısoy, N. Bəkir 
Nəbiyev və Azərbaycan 
ədəbiyyatşünaslığı 
/N.Tağısoy //525-ci 
qəzet.- 2011.- 20 avqust.- 
S. 11.
www.science.az
85 
illiyi
Mədəniyyət.Maarif.Elm
Akademik


233
Mədəniyyət.Maarif.Elm
Publisist
60 
illiyi
Flora Xəlilzadə 
1955
AV
Q
U
S
T
Flora Fətulla qızı Xəlilzadə 1955-ci 
il avqust ayının 23-də Zəngəzur maha-
lının Sisian rayonunun Urud kəndində 
anadan olmuşdur. Rayonun Vağədi 
kənd orta məktəbini bitirdikdən sonra 
ADU-nun jurnalistika fakültəsinə daxil 
olmuş  və 1977-ci ildə oranı bitirmiş-
dir. “Azərbaycan təbiəti” jurnalında, 
“Azərbaycan müəllimi”, “Azərbaycan” 
qəzetlərində  işləmişdir. Bir müddət 
“Azərbaycan qadını” jurnalının redak-
toru olmuşdur. Hazırda “Azərbaycan” 
qəzetinin Mədəniyyət şöbəsinin redak-
toru vəzifəsində çalışır.
1972-ci ildən mətbuatda yüzlərlə 
elmi, 
ədəbi, publisistik, tənqidi 
məqalələri dərc edilmiş, kitabları çap 
olunmuşdur. “Ruhumun ehtiyacı”, “Ay-
sel adını itirib”, “Bənövşə  ətirli səs” 
(Flora Kərimova haqqında), “Analar”, 
“Bu mənim tale yolum” ( Afaq Bəşirqızı 
haqqında), “Ürəyim aldatdı  məni”, 
“Taleyimdən keçən adamlar”, “İgidliyin 
son zirvəsi” ( Şəhid Cəmşid Teymurov 
haqqında), “Məmməd Araza məktub” 
(elmi-ədəbi toplu), “Yuxular”, “Yolum 
düşə  Zəngəzura” (Tarixi, etnoqrafik, 
bədii nəşr), “Dağları  tərpədən fəryad” 
(Yaqut Abdullayeva haqqında), “Yazı-
çılar təşkilatının rəhbərləri, “Yazdıqla-
rım” və başqa kitabların müəllifidir.
Azərbaycan Yazıçılar Birliyinin və 
Azərbaycan Jurnalistlər Birliyinin üz-
vüdür. “Yolum düşə Zəngəzura” kitabı 
Yeni Yazarlar və  Sənətçilər Qurumu 
tərəfindən “2007-ci ilin publisistik-
sənədli kitabı” adına layiq görülmüş-
dür.
Bir çox mükafatların - Türkiyə Di-
yanet Vaqfının türkdilli xalqlar arasında 
keçirdiyi “Peyğəmbərin nəthi” yarışma-
sında Türkiyədə aldığı Beynəlxalq mü-
kafat, Azərbaycan Jurnalistlər Birliyinin 
təsis etdiyi “Həsənbəy Zərdabi mükafa-
tı”, KİV Həmkarlar  İttifaqının “Qızıl 
qələm”, “Xan qızı Natəvan”, “Səməd 
Vurğun-90”, “Şərəf” və “İnam” müka-
fatları, 2 dəfə Respublika Mətbuat Fon-
dunun “Dan ulduzu” mükafatı, Qorqud 
Assosiasiyasının təsis etdiyi “Məmməd 
Araz mükafatı”, Nabat xanım adına 
xeyriyyə cəmiyyətinin təsis etdiyi “Na-
bat xanım mükafat”, Lider Qadınlar 
İctimai Birliyinin təsis etdiyi “Salatın 
Əsgərova mükafatı” və s. sahibidir. 
2007-ci ildə Jurnalist Qadınlar As-
sosiasiyası  tərəfindən “İlin qadın jur-
nalisti” elan olunmuşdur. 2011-ci ildə 
Azərbaycan mətbuatındakı  səmərəli 
fəaliyyətinə görə  Mətbuat  Şurasının 
Ali Media Mükafatını almışdır. 2009-
cu ildən Prezident mükafatçısıdır və 
“Tərəqqi” medalı ilə təltif olunmuşdur. 
2013-cü ildə Jurnalistika sahəsindəki 
səmərəli fəaliyyətinə görə Azərbaycan 
Respublikasının Prezidenti cənab İlham 
Əliyev tərəfindən “Əməkdar jurnalist” 
fəxri adına layiq görülmüşdür.

Yüklə 21,42 Mb.

Dostları ilə paylaş:
1   ...   298   299   300   301   302   303   304   305   ...   484




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin