Teqvim-2015. pdf



Yüklə 21,42 Mb.
Pdf görüntüsü
səhifə298/484
tarix25.12.2016
ölçüsü21,42 Mb.
#3302
1   ...   294   295   296   297   298   299   300   301   ...   484
Ə d ə b i y y a t
Naxçıvanski Cəmşid 
Cəfərqulu oğlu                  
//Azərbaycan Xalq 
Cümhuriyyəti Ensiklope-
diyası: 2 cilddə.- Bakı, 
2005.- C.2.- S.253-254.
Nəzirli, Ş. General Cəmşid 
xan Naxçıvanski (Sonuncu 
Kəngərli generalı) /Nəzirli 
Ş. 1920-ci ildə Qarabağ 
döyüşləri.- Bakı, 2009.- 
S.317-330.
Nəzirli, Ş. General Cəmşid 
xan Naxçıvanski: (So-
nuncu Kəngərli generalı) 
/Ş.Nəzirli //Ədalət.-2013.- 
16 yanvar.- S. 5.
Иванов, Р.Н. Именем 
Союза советских... 
Жизнь и гибель комбрига 
Нахичеванского 
/Р.Н.Иванов.-М.: Герои 
отечества, 2007.- 832 с.
Рустамов, Р. Генерал, 
сын и отец генерала: 
Верный присяге 
/Р.Рустамов //Зеркало.-
2012.- 8 мая.- С.3.
İ n t e r n e t d ə
www.anl.az
www.az.wikipedia.org
www.milliqahraman.az
www.muallim.edu.az
10


229
Şıxəli Qurbanov 
1925-1967 
AV
Q
U
S
T
Şıxəli Qurban oğlu Qurbanov 1925-
ci il avqust ayının 16-da Bakıda, qulluq-
çu ailəsində doğulmuşdur. 1941-ci ilin 
iyul ayında könüllü cəbhəyə getmiş, ön 
cəbhədə döyüşmüşdür. 
O, 1950-ci ildə Azərbaycan Pedaqoji 
İnstitutunda (indiki ADPU) təhsil aldıq-
dan sonra, orada Azərbaycan ədəbiyyatı 
kafedrasında aspirant, eyni zamanda 
rus  ədəbiyyatının tədrisi üzrə müəllim 
kimi çalışmışdır. 1956-cı ilin iyununda 
“A.S.Puşkin və Azərbaycan poeziya-
sı” mövzusunda dissertasiya müdafiə 
edib filologiya elmləri namizədi alimlik 
dərəcəsi almışdır.
O, həm də dövlət xadimi idi. 1954-
1955-ci illərdə Azərbaycan KP Bakı 
Komitəsi təbliğat və  təşviqat  şöbəsinin 
müdiri olmuşdur. 1955-1957-ci illərdə 
Bakı  şəhəri indiki Səbail rayonu parti-
ya komitəsinin birinci katibi, 1958-ci 
ilin yanvarından Pedaqoji İnstitutda baş 
müəllim, dosent vəzifələrində çalışmış-
dır.
1957-1961-ci illərdə Azərbaycan KP 
MK təbliğat və təşviqat şöbəsinin müdi-
ri işləmiş, 1966-cı ildən Azərbaycan KP 
MK katibi və büro üzvü olmuşdur. 
Onu müasirlərindən fərqləndirən 
cəhət, heç bir üstünlüyü, imtiyazı, maaşı-
muzdu olmayan, əksinə, fədakarlıq və 
məhrumiyyət tələb edən vətəndaşlıq 
vəzifəsini daşıdığı titulların hamısından 
yüksək tutması olmuşdu.
Məlumdur ki, sabiq SSRİ dönəmində 
imperiya xalqların  əksəriyyətinə milli 
dəyərləri unutdurmağa, yaddan çıxar-
mağa cəhd göstərirdi. Mərkəzin təkid 
və tələbi ilə ölkəmizdə Orucluq, Qurban 
və Novruz bayramının qeyd olunma-
sına qadağa qoyulmuşdu.  İmperiyanın 
bu  ədalətsiz, hegemon qadağasına ilk 
dəfə barışmaz mövqe tutan, milli adət-
ənənəyə sadiq Şıxəli Qurbanov olmuş-
dur. O, uzunmüddətli fasilədən sonra 
1967-ci ildə Azərbaycanda ilk dəfə 
dövlət səviyyəsində Novruz bayramının 
keçirilməsinə müvəffəq olmuş və sübut 
etmişdir ki, Novruz bayramı heç də dinlə 
əlaqəli bayram deyil və Azərbaycan xal-
qının tarixi ənənələrə söykənən milli 
bayramıdır.
1958-1961-ci illər ərzində o, bir sıra 
səhnə əsərləri “Rəis məşğuldur”, “Əcəb 
işə düşdük”, “Özümüz bilərik”, “Olma-
dı elə, oldu belə”, “Sənsiz” pyeslərini, 
“Bahadır və Sona” librettosunu qələmə 
almışdır. 1966-cı ildə yazdığı “Milyon-
çunun dilənçi oğlu” komediyasında 
burjua əxlaqı və ailə münasibətləri ifşa 
olunmuşdur. Onun lirik şeirləri, poe-
ma, hekayə və tənqidi məqalələri dövri 
mətbuatda müntəzəm çap olunmuşdur.
Şıxəli Qurbanov 1967-ci il may ayı-
nın 24-də Bakıda vəfat etmiş, Fəxri Xi-
yabanda dəfn olunmuşdur. 
Ölümündən sonra “Lenin” ordeni və 
medallarla təltif edilmişdir. Azərbaycan 
Musiqili Komediya Teatrına, Bakı 
küçələrindən birinə onun adı verilmiş-
dir.

Yüklə 21,42 Mb.

Dostları ilə paylaş:
1   ...   294   295   296   297   298   299   300   301   ...   484




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin