Teqvim-2015. pdf



Yüklə 21,42 Mb.
Pdf görüntüsü
səhifə297/484
tarix25.12.2016
ölçüsü21,42 Mb.
#3302
1   ...   293   294   295   296   297   298   299   300   ...   484
İ n t e r n e t d ə
www.anl.az
www.az.wikipedia.org
www.milliqahraman.az
www.muallim.edu.az
30


228
Siyasət.Hüquq.Hərbi iş
Hərbi xadim
120 
illiyi
Cəmşid Naxçıvanski
1895-1938
AV
Q
U
S
T
Cəmşid Cəfərqulu oğlu Naxçıvanski 
1895-ci il avqust ayının 10-da Naxçıvan 
şəhərində anadan olmuşdur. 1915-ci ildə 
Yelizavetqrad (Qərbi Ukrayna) qvardiya 
məktəbini bitirmişdir. 
1914-1918-ci illərdə Birinci Dünya 
müharibəsində müsəlmanlardan təşkil 
olunmuş süvari eskadronun komandiri ol-
muş, “Brusilov cəbhəsi” nin yarılmasında 
iştirak etmiş, 4-cü dərəcəli “Müqəddəs 
Georgi” ordeni ilə  təltif olunmuşdur. 
Avstriya-Rumıniya cəbhəsində üç dəfə 
yaralanan Naxçıvanski igid süvari zabiti 
kimi gümüş silahla mükafatlandırılmış, 
II, III, IV dərəcəli Anna, II dərəcəli Sta-
nislav ordenləri ilə təltif olunmuşdur.
Cənub-Qərb cəbhəsi dağıdıldıqdan 
sonra  ştab-rotmistri başçılıq etdiyi alay-
la birlikdə Azərbaycana qayıtmış, 1918-
ci il sentyabrın 15-də türk qoşunları  və 
Azərbaycan  Əlahiddə korpusu ilə birgə 
Bakını daşnaq, eser-menşeviklərdən 
ibarət olan və ingilislərə arxalanan 
“Sentrokaspi diktaturası” qüvvələrindən 
təmizləmişdir. Azərbaycanın müstəqilliyi 
uğrunda da inamla vuruşmuşdur. 1920-
ci ilin martında onun Qarabağda (Şuşa-
da) yerləşən alayı daşnaklara və daxili 
düşmənlərə qarşı döyüş əməliyyatlarında 
fəal iştirak etmişdir.
1920-ci il Aprel işğalından sonra 
onun süvari alayı bolşeviklərin tərəfinə 
keçmişdir. N.Nərimanov  Şuşaya, onun 
dərhal Bakıya qayıtması, milli ordu his-
sələrinin təşkilinə başlaması haqqında 
teleqram gondərmişdi. O, Azərbaycanda 
baş verən antisovet üsyanların yatı-
rılmasında iştirak etmişdir. O, Bakıda 
yaradılmış Azərbaycan Birləşmiş Ko-
manda Məktəbinin rəisi, 1921-ci ilin de-
kabrında isə Azərbaycanın ilk milli atıcı 
diviziyasının komandiri təyin edilmiş, 
yüksəkixtisaslı  hərbi kadr hazırlığında 
mühüm rol oynamışdır.
1923-1928-ci illərdə Moskvada Ali 
Hərbi Akademiyanın qısa müddətli kurs-
larında oxumuş, Azərbaycana qayıtdıq-
dan sonra yenidən diviziya komandiri 
olmuşdur.
1923-1929-cu illərdə “Hərbi bilik” 
jurnalının redaktorlarından biri olmuşdur. 
1931-ci ildə Moskvaya M.V.Frunze adı-
na Ali Hərbi-Siyasi Akademiyaya oxu-
mağa göndərilmişdi. 1933-cü ildə oranı 
fərqlənmə diplomu ilə bitirdikdən sonra
orada müəllim saxlanılmış, üç il Ümumi 
taktika kafedrasına rəhbərlik etmiş, aka-
demiyada  əsas fakültənin kurs rəisi ol-
muşdur. 1935-ci ildə Naxçıvanski briqa-
da komandiri (Kombriq) hərbi vəzifəsinə 
təyin olunmuşdu. 1938-1939-cu illərdə o, 
repressiyaya məruz qalmışdır.
Naxçıvanski Azərbaycan SSR və Za-
qafqaziya SFSR Mərkəzi İcraiyyə Komi-
tələrinin üzvü idi. “Qırmızı bayraq”, “Qır-
mızı  Əmək Bayrağı”, “Qırmızı Ulduz” 
ordenləri ilə təltif edilmişdir.
Cəmşid Naxçıvanski 26 avqust 1938-
ci ildə Moskvada güllələnmişdir. 1956-
cı ildə  Cəmşid Naxçıvanski tam bəraət 
almışdı. Adına Bakıda hərbi lisey (Nax-
çıvanda  filialı) açılmışdır. Bakıda və 
Naxçıvanda adına küçə vardır. Həmçinin 
Naxçıvanda ev-muzeyi yaradılmışdır.

Yüklə 21,42 Mb.

Dostları ilə paylaş:
1   ...   293   294   295   296   297   298   299   300   ...   484




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin