233
Mədəniyyət.Maarif.Elm
Publisist
60
illiyi
Flora Xəlilzadə
1955
AV
Q
U
S
T
Flora Fətulla qızı Xəlilzadə 1955-ci
il avqust ayının 23-də Zəngəzur maha-
lının Sisian rayonunun Urud kəndində
anadan olmuşdur.
Rayonun Vağədi
kənd orta məktəbini bitirdikdən sonra
ADU-nun jurnalistika fakültəsinə daxil
olmuş və 1977-ci ildə oranı bitirmiş-
dir. “Azərbaycan təbiəti” jurnalında,
“Azərbaycan müəllimi”, “Azərbaycan”
qəzetlərində işləmişdir. Bir
müddət
“Azərbaycan qadını” jurnalının redak-
toru olmuşdur. Hazırda “Azərbaycan”
qəzetinin Mədəniyyət şöbəsinin redak-
toru vəzifəsində çalışır.
1972-ci
ildən mətbuatda yüzlərlə
elmi,
ədəbi, publisistik, tənqidi
məqalələri
dərc edilmiş, kitabları çap
olunmuşdur. “Ruhumun ehtiyacı”, “Ay-
sel adını itirib”, “Bənövşə ətirli səs”
(Flora Kərimova haqqında), “Analar”,
“Bu mənim tale yolum” ( Afaq Bəşirqızı
haqqında), “Ürəyim aldatdı məni”,
“Taleyimdən keçən adamlar”, “İgidliyin
son zirvəsi” ( Şəhid Cəmşid Teymurov
haqqında), “Məmməd Araza məktub”
(elmi-ədəbi toplu), “Yuxular”, “Yolum
düşə Zəngəzura” (Tarixi, etnoqrafik,
bədii nəşr), “Dağları tərpədən fəryad”
(Yaqut Abdullayeva haqqında), “Yazı-
çılar təşkilatının rəhbərləri, “Yazdıqla-
rım” və başqa kitabların müəllifidir.
Azərbaycan Yazıçılar
Birliyinin və
Azərbaycan Jurnalistlər Birliyinin üz-
vüdür. “Yolum düşə Zəngəzura” kitabı
Yeni Yazarlar və Sənətçilər Qurumu
tərəfindən “2007-ci
ilin publisistik-
sənədli kitabı” adına layiq görülmüş-
dür.
Bir çox mükafatların - Türkiyə Di-
yanet Vaqfının türkdilli xalqlar arasında
keçirdiyi “Peyğəmbərin nəthi” yarışma-
sında Türkiyədə aldığı Beynəlxalq mü-
kafat, Azərbaycan
Jurnalistlər Birliyinin
təsis etdiyi “Həsənbəy Zərdabi mükafa-
tı”, KİV Həmkarlar İttifaqının “Qızıl
qələm”, “Xan qızı Natəvan”, “Səməd
Vurğun-90”, “Şərəf” və “İnam” müka-
fatları, 2 dəfə Respublika Mətbuat Fon-
dunun “Dan ulduzu” mükafatı,
Qorqud
Assosiasiyasının təsis etdiyi “Məmməd
Araz mükafatı”, Nabat xanım adına
xeyriyyə cəmiyyətinin təsis etdiyi “Na-
bat xanım mükafat”, Lider Qadınlar
İctimai Birliyinin təsis etdiyi “Salatın
Əsgərova mükafatı” və s. sahibidir.
2007-ci ildə Jurnalist Qadınlar As-
sosiasiyası tərəfindən “İlin qadın jur-
nalisti” elan olunmuşdur. 2011-ci ildə
Azərbaycan mətbuatındakı səmərəli
fəaliyyətinə görə Mətbuat Şurasının
Ali Media Mükafatını almışdır. 2009-
cu ildən Prezident mükafatçısıdır və
“Tərəqqi” medalı ilə təltif olunmuşdur.
2013-cü ildə Jurnalistika sahəsindəki
səmərəli fəaliyyətinə görə Azərbaycan
Respublikasının Prezidenti cənab İlham
Əliyev tərəfindən “Əməkdar jurnalist”
fəxri adına layiq görülmüşdür.
Dostları ilə paylaş: