Teqvim-2015. pdf



Yüklə 21,42 Mb.
Pdf görüntüsü
səhifə310/484
tarix25.12.2016
ölçüsü21,42 Mb.
#3302
1   ...   306   307   308   309   310   311   312   313   ...   484
23
Ə d ə b i y y a t
Abuzərov, A. Cəbrayılın qəm 
karvanı /A.M. Abuzərov.-
Bakı: Ulu, 2000.-180 s
Cəbrayıl: sabaha inamla 
/T.Hüseyn //Respublika.-
2011.- 5 noyabr.- S.5.
Xalid.Bu gün iki rayonun 
işğal tarixi anılır Cəbrayıl və 
Füzulinin işğalı ilə daha 191 
600 Azərbaycanlı məcburi 
köçkün düşüb /Xalid //Üç 
nöqtə .-2013.- 23 avqust.- S. 
10.
Hacımusalı, O. Füzuli 
və Cəbrayıl rayonları-
nın işğalından 20 il ötür 
/O.Hacımusalı //Yeni 
Azərbaycan .-2013.- 23 
avqust.- S.5.
Yaqubzadə, M.“Cəbrayıla, 
Qarabağa dönəydim kaş...” 
/M.Yaqubzadə //Xalq qəzeti.-
2013.- 24 avqust.- S.6.
İ n t e r n e t d ə
www.anl.az
www.az.wikipedia.org
www.files.preslib.az


239
Tarixdə bu gün
Füzuli rayonunun 
işğalı günü
1993                              
 
AV
Q
U
S
T
23 avqust 1993-cü ildə ümumi sahəsi 1386 
km²
 
hektar olan Füzuli rayonunun qərb hissəsindən (50 
kənd) 125368 hektar ərazinin erməni bədxahları 
tərəfindən işğal olunmasından 22 il ötür.
Rayonun əsası 1827-ci ildə qoyulmuş və ilkin 
adı Qarabulaq olmuşdur. Rayon 8 avqust 1930-cu 
ildə yenidən təşkil olunmuş və Qaryagin adlandı-
rılmışdır. 1959-cu ilin aprelində böyük şairimiz 
Məhəmməd Füzulinin anadan olmasının 400 illiyi 
şərəfinə Qaryagin rayonunun adı dəyişərək Füzuli 
rayonu adlandırılmışdır.
Qarabağımızın dilbər guşəsi olan Füzuli rayonu 
ərazisində müxtəlif dövrlərdə Qaraköpəktəpədə, 
Qarabulaq kurqanlarında, Günəştəpədə, Quruçay 
sahillərində  və digər yerlərdə  tədqiqatlar apa-
rılmış, Azərbaycanın qədim kökə sahib olduğu 
sübut edilmişdir. 1968-ci ilin yayında mərhum 
arxeoloq-alim Məmmədəli Hüseynov tərəfindən 
aşkar olunmuş preneandertal – Azıxantrop ada-
mının alt çənəsinin sümükləri rayon mərkəzindən  
15 km aralı məsafədə yerləşən Azıx mağarasında 
tapılmışdır. Azərbaycan arxeologiya elminin bö-
yük nailiyyətləri olan bu abidə Qarabağın Füzuli 
ərazisində vaxtilə  qədim paleolit dövrünün möv-
cudluğunu aşkarlamışdı.
İşğaldan  əvvəl rayonda 1 şəhər, 1 şəhər tipli 
qəsəbə, 75 kənd, 70 kitabxana, 20 mədəniyyət evi, 
45 klub, xalq və dövlət dram teatrları, 685 çarpa-
yılıq 13 xəstəxana, 40 feldşer-mama məntəqəsi, 
vərəm və dəri - zöhrəvi xəstəlikləri dispanseri, 20 
kinoqurğu, texnikum, 2 texniki peşə  məktəbi, 38 
məktəbəqədər müəssisə, 2 muzey, stadion, 65 kol-
xoz və sovxoz, 12 fermer təsərrüfatı və s. obyektlər 
var idi.
Məhsuldarlıq baxımından kənd təsərrüfatına ya-
rarlı boz, şabalıdı, boz-qəhvəyi kimi torpaq sahələri 
olan rayonda taxılçılıq, heyvandarlıq, üzümçülük, 
qoyunçuluq, quşçuluq, baramaçılıq geniş inkişaf 
etmişdi. Kənd təsərrüfatı ilə yanaşı, tikinti tresti
6 nəqliyyat təşkilatı, 13 sənaye müəssisəsi və s. 
fəaliyyət göstərirdi.
1988-ci ildən başlayan erməni təcavüzünə qar-
şı mübarizədə minlərlə füzuli sakini döyüşmüş, 
yüzlərlə insan şəhid olmuş, yaralanmış, itkin düş-
müşdür. Qarabağ müharibəsində ölkəmizdə ən çox 
itkin və şəhid verən Füzuli rayonunun əhalisi ol-
muşdur. Füzulinin 1100-dən çox şəhid və itkini, 
113 girovu, 1450 nəfər müxtəlif dərəcəli əlili var.  
Füzuliyə erməni təcavüzü nəticəsində 36 361 nəfər 
uşaq zərər çəkmiş, onlardan 155 nəfəri yetim qal-
mışdır. Müharibənin əsas ağırlığını Qacar, Divan-
nalar, Yuxarı Veysəlli, Aşağı Veysəlli, Qaradağlı, 
Üçbulaq, Arış, Qoçəhmədli, Cuvarlı, Güzdək, 
Gorazıllı, Cəmilli, Dilağarda, Yağlıvənd, Govşad, 
Xələfşə, Mollavəli kəndlərinin əhalisi  çəkmişlər. 
Hazırda 51 kənd və rayon mərkəzi erməni tapda-
ğı altında zillət çəkir, 55 min nəfərə yaxın füzulili 
köçkün həyatı yaşayır.
Rayonun işğaldan azad olunmuş  ərazisində 
13 qəsəbə və 20 kənd vardır. Qəsəbələrdən 12-si 
işğaldan azad olunmuş  ərazidə yeni salınmış  və 
məcburi köçkün ailələri müvəqqəti olaraq bura-
da yerləşdirilmişlər. Hazırda ərazidə 51 min nəfər 
məcburi köçkün məskunlaşmışdır.
2006-2009-cu illər  ərzində rayonun 35 000 
hektardan artıq ərazisi ermənilər tərəfindən yandı-
rılmışdır.
Ümid edirik ki, işğal olunmuş torpaqlarımız ya-
xın zamanlarda erməni zülmündən azad ediləcək. 
Minlərlə köçkün öz yurd-yuvalarına qayıdacaq-
dır. O gün gələcək  ki, Füzuli rayonu yenidən öz 
əvvəlki qüdrətini, əzəmətini bərqərar edəcək.  

Yüklə 21,42 Mb.

Dostları ilə paylaş:
1   ...   306   307   308   309   310   311   312   313   ...   484




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin