234
Mustafa Topçubaşov
1895-1981
AV
Q
U
S
T
Mustafa Ağabəy oğlu Topçubaşov 1895-
ci il avqust ayının 5-də Qərbi Azərbaycanın
Göykümbət kəndində anadan olmuşdur.
1904-cü ildə gimnaziyaya daxil olmuş,
1914-cü ildə Kiyev Universitetinin tibb
fakültəsinə qəbul olmuşdur.
1919-cu ildə təhsilini başa çatdırmış,
Naxçıvan və Bakı xəstəxanalarında cərrahlıq
etmişdir. 1920-1923-cü illərdə ADU-nun
tibb fakültəsinin Cərrahiyyə kafedrasında
koordinator, 1923-1930-cu illərdə isə assis-
tent vəzifələrində çalışmışdır. 1930-cu ildə
doktorluq dissertasiyası müdafiə etmişdir.
Bu işin əhəmiyyətinə görə ona professor adı
verilmiş və o, ATU-nun
Cərrahiyyə kafedra-
sının müdiri seçilmişdir.
1937-ci ildə dünya anesteziologiya elmi
tarixində ilk dəfə olaraq orijinal keyitmə
üsulunu - inyeksion efir-yağ narkozunu -
anelgeziya üsulunu kəşf etmişdir. Bu metod
sadəliyinə, hazırlanma və tətbiq texnikası-
nın asanlığına, inhalyasion narkoz zamanı
rast gəlinən bir sıra mənfi halların (dərin
narkoz yuxusu, qanda narkotik maddələrin
yüksək konsentrasiyada toplanması və s.)
aradan qaldırılmasına
imkan verdiyinə görə
geniş tətbiq edilməyə başlanmışdı. 1945-
ci ildə SSRİ Xalq Səhiyyə Komissarlığı
Elmi Tibbi Şurası tərəfindən Farmakologiya
Komitəsinin iclasında efir-yağ qarışığının
“Analgezin” adı altında istehsal edilməsinə
icazə verilmişdi.
Müharibə illərində Azərbaycan Xalq
Səhiyyə Komissarlığı Hərbi Xəstəxanalar
İdarəsinin baş cərrahı vəzifəsində çalışmış-
dır. SSRİ-də ilk dəfə olaraq təxliyə hospital-
larının yaradılmasının təşəbbüskarı olmuş-
dur. Müharibədən
sonra Azərbaycan SSR
Səhiyyə Nazirliyinin baş cərrahı vəzifəsinə
təyin edilmişdir. 1945-ci ildə Azərbaycan
EA-nın həqiqi üzvü seçilmiş, 1947-1949-
cu illərdə Eksperimental Tibb İnstitutunda
direktor vəzifəsində çalışmışdır. İki dəfə
(1951-1956 və 1969-1981) AEA-nın vitse-
prezidenti vəzifəsini daşımışdır. 1954-cü
ildə özü işlədiyi kafedrada operasion-
auditoriya təşkil etmişdir.
Ümumittifaq
Cərrahlar Cəmiyyətinin,
Azərbaycan Cərrahlar və Uroloqlar Cəmiy-
yətinin fəxri sədri olmuşdur. Dəfə-lərlə
Azərbaycan Ali Sovetinə deputat seçilmiş,
1955-1959-cu illərdə Ali Sovetin sədri ol-
muşdur.
Əsas elmi tədqiqatları “Ürək-damar xəs-
təlikləri və onların profilaktikası”, “Xüsusi
cərrahlıq”, “Yad cisimləri çıxaran
aparat
və onun tətbiqi”, “Normal hipertenziya və
onun cərrahi müalicəsi”, “Uzunmüddətli
analgeziyanın tibbdə tətbiqi” əsərləridir.
M.Topçubaşov 1940-cı ildə “Əməkdar
elm xadimi” fəxri adını almış, 1953-cü ildə
Stalin mükafatı laureatı olmuş, 1960-cı ildə
SSRİ Tibb EA-nın akademiki seçilmiş,
1975-ci ildə “Sosialist Əməyi Qəhrəmanı”
adına layiq görülmüşdür.
M.Topçubaşov 1981-ci il noyabr ayının
20-də Bakı şəhərində vəfat etmişdir.
Azərbaycan Respublikasının Preziden-
ti, ulu öndər Heydər Əliyev 31 iyul 1995-
ci il tarixində Azərbaycanda tibb elminin
inkişafında xüsusi
xidmətlərini nəzərə ala-
raq akademik Mustafa Topçubaşovun ana-
dan olmasının 100 illik yubileyinin dövlət
səviyyəsində keçirilməsi haqqında sərəncam
imzalamışdır.
AMEA Elmi-Tədqiqat Eksperimen-
tal Klinik Təbabət İnstitutuna və Bakıdakı
küçələrdən birinə onun adı verilmiş, 2011-
ci ildə akademik haqqında
sənədli televiziya
filmi çəkilmişdir.
Dostları ilə paylaş: