236
Tarixdə bu gün
Azərbaycan Kinosu Günü
1898
Hərbi-Dəniz Qüvvələri Günü
1996
AV
Q
U
S
T
1898-ci il avqust ayının 2-də yeni
proqram hazırlanmış və bu proqra-
ma “Bibiheybətdə neft fontanı yan-
ğını”, “Əlahəzrət Buxara əmirinin
“Великий князь Алексей” paroxo-
dunda yolasalma mərasimi”, “Qafqaz
rəqsi” xronikal-sənədli və “İlişdin”
bədii kinosüjetləri daxil edilmişdi. Bu
kinosüjetləri fransız yəhudisi, 25
ildən
artıq Bakıda yaşayıb işləmiş, Bakı elmi
foto dərnəyinin katibi, naşir və fotoq-
raf Aleksandr Mixayloviç Mişon lentə
almışdır. Bununla da Azərbaycanın
kino tarixində ilk süjetlər yaranmış-
dır. Həmin kinosüjetlərdən 2-si –
“Bibiheybətdə neft fontanı yanğını”
və “Balaxanıda neft fontanı” 2001-ci
ildə Azərbaycan
Dövlət Filmfondunun
təşəbbüsü ilə Fransanın kino arxivindən
Azərbaycana göndərilmiş və hazırda
filmfondda 35 mm-lik plyonkada və
videokasetdə qorunub saxlanılır.
Azərbaycan Respublikasının
mədəni
inkişafı sahəsində kino işçilərinin
xidmətlərini və ölkəmizdə çəkilmiş
kinosüjetlərin 1898-ci il avqustun 2-də
ilk kinoseansının
həyata keçirildiyini
nəzərə alaraq, ulu öndər Heydər Əliyev
18 dekabr 2000-ci il tarixli Sərəncamı
ilə avqustun 2-si tarixini kino işçilərinin
peşə bayramı - Azərbaycan Kinosu
Günü elan etmişdir.
Dostları ilə paylaş: