229
Şıxəli Qurbanov
1925-1967
AV
Q
U
S
T
Şıxəli Qurban oğlu Qurbanov 1925-
ci il avqust ayının 16-da Bakıda, qulluq-
çu ailəsində doğulmuşdur. 1941-ci ilin
iyul ayında könüllü cəbhəyə getmiş, ön
cəbhədə döyüşmüşdür.
O, 1950-ci ildə Azərbaycan Pedaqoji
İnstitutunda (indiki ADPU) təhsil aldıq-
dan sonra, orada Azərbaycan ədəbiyyatı
kafedrasında aspirant,
eyni zamanda
rus ədəbiyyatının tədrisi üzrə müəllim
kimi çalışmışdır. 1956-cı ilin iyununda
“A.S.Puşkin və Azərbaycan poeziya-
sı” mövzusunda dissertasiya müdafiə
edib filologiya elmləri namizədi alimlik
dərəcəsi almışdır.
O, həm də dövlət xadimi idi. 1954-
1955-ci illərdə Azərbaycan KP Bakı
Komitəsi təbliğat
və təşviqat şöbəsinin
müdiri olmuşdur. 1955-1957-ci illərdə
Bakı şəhəri indiki Səbail rayonu parti-
ya komitəsinin birinci katibi, 1958-ci
ilin yanvarından Pedaqoji İnstitutda baş
müəllim, dosent vəzifələrində çalışmış-
dır.
1957-1961-ci illərdə Azərbaycan KP
MK təbliğat
və təşviqat şöbəsinin müdi-
ri işləmiş, 1966-cı ildən Azərbaycan KP
MK katibi və büro üzvü olmuşdur.
Onu müasirlərindən fərqləndirən
cəhət, heç bir üstünlüyü, imtiyazı, maaşı-
muzdu olmayan, əksinə, fədakarlıq və
məhrumiyyət tələb edən vətəndaşlıq
vəzifəsini daşıdığı titulların hamısından
yüksək tutması olmuşdu.
Məlumdur ki, sabiq SSRİ dönəmində
imperiya xalqların əksəriyyətinə milli
dəyərləri unutdurmağa, yaddan çıxar-
mağa cəhd göstərirdi.
Mərkəzin təkid
və tələbi ilə ölkəmizdə Orucluq, Qurban
və Novruz bayramının qeyd olunma-
sına qadağa qoyulmuşdu. İmperiyanın
bu ədalətsiz, hegemon qadağasına ilk
dəfə barışmaz mövqe tutan,
milli adət-
ənənəyə sadiq Şıxəli Qurbanov olmuş-
dur. O, uzunmüddətli fasilədən sonra
1967-ci ildə Azərbaycanda ilk dəfə
dövlət səviyyəsində Novruz bayramının
keçirilməsinə müvəffəq olmuş və sübut
etmişdir ki, Novruz bayramı heç
də dinlə
əlaqəli bayram deyil və Azərbaycan xal-
qının tarixi ənənələrə söykənən milli
bayramıdır.
1958-1961-ci illər ərzində o, bir sıra
səhnə əsərləri “Rəis məşğuldur”, “Əcəb
işə düşdük”, “Özümüz bilərik”, “Olma-
dı elə, oldu belə”, “Sənsiz” pyeslərini,
“Bahadır və Sona”
librettosunu qələmə
almışdır. 1966-cı ildə yazdığı “Milyon-
çunun dilənçi oğlu” komediyasında
burjua əxlaqı və ailə münasibətləri ifşa
olunmuşdur. Onun lirik şeirləri, poe-
ma, hekayə və tənqidi məqalələri dövri
mətbuatda müntəzəm çap olunmuşdur.
Şıxəli Qurbanov 1967-ci il may ayı-
nın 24-də Bakıda vəfat etmiş, Fəxri Xi-
yabanda dəfn olunmuşdur.
Ölümündən sonra “Lenin”
ordeni və
medallarla təltif edilmişdir. Azərbaycan
Musiqili Komediya Teatrına, Bakı
küçələrindən birinə onun adı verilmiş-
dir.
Dostları ilə paylaş: