Teqvim-2015. pdf



Yüklə 21,42 Mb.
Pdf görüntüsü
səhifə325/484
tarix25.12.2016
ölçüsü21,42 Mb.
#3302
1   ...   321   322   323   324   325   326   327   328   ...   484
26
65 
illiyi
Kamança ifaçısı


251
Teatr.Kino 
80 
illiyi
Səyavuş Aslan
1935-2013
SENTY
ABR
Aslanov Səyavuş  Məmmədağa oğlu 
(Səyavuş Aslan) 1935-ci il sentyabr ayının 
5-də Bakı şəhərində anadan olmuşdur.
1947-1953-cü illərdə aktyorluğa 
həvəskar kimi dram dərnəyindən başla-
mışdır. 1954-cü ildə Musiqili komediya 
teatrının xoruna işə qəbul olunmuş və elə 
həmin il ordu sıralarına xidmətə getmiş-
dir. Hərbi xidməti başa vurduqdan son-
ra Azərbaycan Dövlət Filarmoniyasının 
nəzdindəki Kukla teatrına qəbul olun-
muşdur.
1958-ci ildə Quba Dövlət Dram Teat-
rında aktyor kimi fəaliyyətə başlamışdır. 
Bir ildən sonra Bakıya qayıdan Səyavuş 
Aslan musiqili komediya teatrının yar-
dımçı heyətinə  işə  qəbul edilmişdir. 
1959-cu ildə A.Məşədibəyovun “Toy 
kimindir?” tamaşasında Qoşun rolunu 
uğurla ifa etdiyinə görə aktyor heyətinə 
keçirilir.
Azərbaycan Dövlət Musiqili Ko-
mediya Teatrının aparıcı aktyoru kimi 
bir çox obrazların mahir ifaçısı olmuş-
dur: Bayram (“Kəndimizin mahnısı”, 
K.Kərimov),  İbişov (“Özümüz bilərik”, 
Ş.Qurbanov), Füruzbala (“Altı qızın biri 
Pəri”, M. Əlizadə),  Şubay (“Ulduz”), 
Dadaşbala (“Hicran”, S.Rəhman) və s.
1984-cü ildən Akademik Mil-
li Dram Teatrının səhnəsində bir çox 
rəngarəng obrazlar yaratmışdır: Min-
dilli (“Nişanlı  qız”, S.Rəhman), Luka 
(“Həyatın dibində”, M.Qorki), Ağaəli 
(“Günah”, R.Əlizadə), Oddamdı (“Od 
gəlini”, C.Cabbarlı), Fəriş (“Bizim 
qəribə taleyimiz”, İ.Əfəndiyev), Cab-
bar (“Sevgililərin cəhənnəmdə vüsalı”, 
İ.Əfəndiyev), Ağamusa Fərəcov (“Dəlilər 
və  ağıllılar”,  İ.Əfəndiyev), Vanya Koxa 
(“Hökmdar və qızı”, İ.Əfəndiyev), Qərib 
Qulam (“Mənsiz dünya”, N.Xəzri),  Əs-
dulla (“Ah, Paris…Paris!..”, Elçin), Kişi 
(“Mənim  ərim dəlidir”, Elçin), Baş re-
daktor (“Mənim sevimli dəlim”, Elçin), 
Yoldaş tək (“Poçt şöbəsində xəyal”, El-
çin), Sarı (“Varlı qadın”, Ə.Əmirli) və s.
Aktyor televiziya tamaşalarında da 
yüzdən çox obraz ifa etmişdir. Teatr və 
kino aktyoru kimi fəaliyyət göstərdiyi 
müddət ərzində bir sıra fəxri adlar, mü-
kafatlar, orden və medallarla təltif edil-
mişdir. 1965-ci ildə teatr və kino yaradı-
cılığındakı səmərəli fəaliyyətinə görə Ali 
Sovetin Fəxri Fərmanına, 1973-cü ildə 
“Azərbaycan SSR-in Əməkdar artisti”, 
1982-ci ildə “Xalq artisti” fəxri adlarına, 
1995-ci ildə “Şöhrət” ordeninə, 2002-ci 
ilin iyul ayında Prezident mükafatına, 
2003-cü ildə Prezident təqaüdünə, 2004-
cü ildə Azərbaycan Teatr Xadimləri  İt-
tifaqının “Teatr xadimi” medalına (qızıl 
suyuna salınmış) layiq görülmüşdür.
2010-cu ildə Azərbaycan Respubli-
kasının Prezidenti cənab  İlham  Əliyev 
Azərbaycan incəsənətinin inkişafındakı 
xidmətlərinə görə Səyavuş Məmmədağa 
oğlu Aslanovun “Azərbaycan Respub-
likası Prezidentinin fəxri diplomu” ilə, 
2013-cü ildə isə  ən ali “Şərəf” orde-
ni ilə  təltif edilməsi barədə müvafiq 
sərəncamlar imzalamışdır.
Səyavuş Aslan 2013-cü il iyun ayının 
27-də Bakıda vəfat etmişdir.

Yüklə 21,42 Mb.

Dostları ilə paylaş:
1   ...   321   322   323   324   325   326   327   328   ...   484




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin