250
Musiqi.Opera.Balet
Ə d ə b i y y a t
“Kamança mənim
dünyamdır” /F.Dadaşov
//Mədəniyyət .- 2010.- 24
sentyabr.- S.7.
Kamança musiqi
alətinin bədii-texniki
ifaçılıq imkanlarına dair
/F.Dadaşov //Musiqi
dünyası.- 2011.- №2/47.-
S.67-69.
Muğamımızı dünya-
ya daha geniş açdı:
F.Dadaşov: “Mənə görə
qadın-kişi fərq etməz,
alət onu ifa edənindir...”
/F.Dadaşov, müsahibəni
apardı G.Camalqızı
//Ekran-efir.- 2013.-1
noyabr.- S.10.
Səmədov, A. Ürəkləri
titrədən kaman:
Fəxrəddin Dadaşov-
60 /A.Səmədov //Xalq
qəzeti.- 2010.- 10 okt-
yabr.- S. 8.
Tanınmış kaman ustasının
yubileyi qeyd olunub
//Mədəniyyət.- 2010.- 6
oktyabr.- S.6.
İ n t e r n e t d ə
www.anl.az
www.az.wikipedia.org
www.kino-teatr.ru
Fəxrəddin Dadaşov
1950
SENTY
ABR
Fəxrəddin Əlisahib oğlu Dadaşov
1950-ci il sentyabr ayının 26-da Bakıda
dünyaya göz açmışdır.
1963-cü ildə 2 saylı uşaq
musiqi
məktəbini bitirdikdən sonra, Bülbül
adına orta-ixtisas musiqi məktəbinə da-
xil olmuş və 1972-ci ildə həmin sənət
ocağını bitirmişdir.
O, 1977-ci ildə Ü.Hacıbəyli adına
Azərbaycan Dövlət Konservatoriyasını
kamança ixtisası üzrə bitirmişdir. Hələ
məktəbli olarkən, 1966-cı ildə tarzən
Həbib Bayramov tərəfindən Azərbaycan
Dövlət Radio və Televiziyasının Əhməd
Bakıxanov adına xalq çalğı alətləri an-
samblına dəvət edilmiş dir və hazırda
ansamblın konsertmeysteridir. Eyni
zamanda, 1989-cu
ildən tarzən Möhlət
Müslümovla birgə yaratdığı Cabbar
Qaryağdıoğlu adına muğam üçlüyünə
rəhbərlik edir.
Dünyanın bir neçə ölkəsində, o
cümlədən Hollandiya, Fransa, Alma-
niya, İtaliya və Kanadada kompakt
diskləri çıxmışdır.
1988 və 1998-ci illərdə Fransada
keçirilən Beynəlxalq festivalın laureatı
olmuşdur.
Mahir kamança ifaçısı 49
xarici
ölkədə, o cümlədən Kanada, ABŞ-ın Te-
xas ştatında, Nikaraqua, Kuba, Braziliya,
Meksika, İngiltərə, Almaniya, Fransa,
İsveç, İsveçrə, İtaliya, İspaniya, Norveç,
Avstriya, Tayland, Tayvan, Hindistan,
Mərakeş və s. ölkələrdə konsertlərlə çı-
xış etmiş, onun solo və müşayiətlə olan
ifaları ilə Azərbaycan
musiqisi dünya
səviyyəsində konsertlərin, festivalların
yaraşığına çevrilmişdir.
Klassik xanəndələrdən başlamış,
hazırda səsi efiri bəzəyən görkəmli
sənətkarlara qədər, ayrı-ayrı nəsillərin
nümayəndələri ilə saysız-hesabsız çıxış-
ları olmuş, Xan Şuşinski, Yaqub Məm-
mədov, Mütəllim Mütəllimov, Əbülfət
Əliyev, Rübabə Muradova,
Zeynəb
Xanlarova, Nəzakət Məmmədova, Ha-
cıbaba Hüseynov, Tükəzban İsmayılo-
va, Şövkət Ələkbərova, Arif Babayev,
Ağaxan Abdullayev, Alim Qasımov,
Ruzə İbişova, Səkinə İsmayılova, Za-
bit Nəbizadə, Mələkxanım Əyyubova,
Qəndab
Quliyeva, Aygün Bayramova,
Nəzakət Teymurova kimi sənətkarları
məharətlə müşayiət etmişdir.
F.Dadaşov gərgin ifaçılığı ilə yanaşı,
həm də pedaqoq kimi Azərbaycan mu-
siqi mədəniyyətinə xidmət göstərir. İlk
pedaqoji fəaliyyətə 13 saylı Uşaq Mu-
siqi Məktəbindən başlayan ifaçı Bülbül
adına Orta İxtisas Musiqi Məktəbində,
Asəf Zeynallı adına Musiqi Kollecində,
Bakı Musiqi Akademiyasında, Milli
Musiqi Konservatoriyasında
neçə-neçə
tələbəyə kamançanın dərinliklərini
öyrətmişdir. Azərbaycan Milli Konser-
vatoriyasının dosenti F.Dadaşov 2010-
cu ildə Milli Musiqi Konservatoriya-
sının professoru elmi rütbəsinə layiq
görülmüşdür.
Azərbaycan Radio və Televiziya
fondunda onun ifasında “Mahur Hindi”,
“Şüştər”, “Çahargah”, “Bayatı-Şiraz”,
“Rahab”, “Vilayəti-Dilkəş”, “Şur” mu-
ğamlarının lent yazıları saxlanılır.
Fəxrəddin Manafov 2000-ci ildə
“Əməkdar artist”, 2005-ci ildə “Xalq
artisti” fəxri adlarına layiq görülmüşdür.
2009-cu ildən Azərbaycan Respublikası
Prezidentinin fərdi təqaüdçüsüdür.
Dostları ilə paylaş: