Teqvim-2015. pdf



Yüklə 21,42 Mb.
Pdf görüntüsü
səhifə327/484
tarix25.12.2016
ölçüsü21,42 Mb.
#3302
1   ...   323   324   325   326   327   328   329   330   ...   484
Ə d ə b i y y a t
Cəbrayıloğlu, E. Vasif 
Babayev - 70 ildən 8 
an /E.Cəbrayıloğlu               
//Ədalət.- 2010.- 18 
sentyabr. - S.8-9.
Qaraca, B. Milli 
dəyərlərə sadiq rejissor 
/B.Qaraca //Azərbaycan.-
2010.- 17 sentyabr.- S.7.
Qasımov, K. Vasif Ba-
bayev - 70 /K.Qasımov 
//Həftə içi.- 2010.- 14 
sentyabr.- S.7.
Qasımov, K. Zaman-
zaman tanıdığım Vasif 
Babayev /K.Qasımov       
//Mədəniyyət.- 2010.- 15 
sentyabr.- S.7.
Muradxanlı, M. Hər 
şey irəlidədir, Vasif!  
/M.Muradxanlı //Həftə 
içi.-2010.- 14 sentyabr.- 
S.7.
İ n t e r n e t d ə
www.anl.az
www.az.wikipedia.org
www.medeniyyet.az
www.teatrmuzeyi.musigi-
dunya.az
16
Kinorejissor


253
Vahid Həbibulla oğlu Quliyev 1955-
ci il sentyabr ayının 20-də Cəbrayıl rayo-
nunun Qumlaq kəndində anadan olmuş-
dur. Uşaqlıq illəri Niyazqullar kəndində 
keçmişdir. O, 1972-ci ildə  Zəngilan ra-
yonunda Hacallıkənd orta məktəbini bi-
tirmiş, bir müddət Niyazqullar kəndində 
təsərrüfat işlərində çalışmışdır. 1974-cü 
ildə ordu sıralarına çağırılmışdır. O, hərbi 
xidmətini Özbəkistan Respublikasında 
və Rusiyanın Obninsk şəhərində keçmiş-
dir. 1976-cı ildə hərbi xidmətini başa vu-
raraq, Azərbaycan Dövlət Universitetinin 
fizika fakültəsinə daxil olmuşdur. 1981-
ci ildə universiteti bitirərək, təyinatla 
Laçın rayonunun Fərəcan kəndinə 
göndərilmişdir. 3 il burada müəllimlik 
etdikdən sonra Bakıya qayıtmış, “Azon” 
Cihazqayırma zavodunda sahə  rəisi 
vəzifəsinə  işə  qəbul edilmişdir. 1992-ci 
ilə qədər bu zavodda çalışmış və öz işi-
nin öhdəsindən layiqincə gəlmişdir.
O, 1992-ci ilin avqust ayında Ya-
samal rayon Hərbi Komissarlığına 
gələrək, cəbhəyə göndərilməsini xahiş 
etmiş, onu bir zabit kimi döyüş  xəttinə 
yola salmışlar. Sentyabrın 7-də  Ağdam 
istiqamətindən döyüşə girmişdir. O, bu 
döyüşdə düşmənin bir tankını vurmuş, 
beləliklə, erməni yaraqlılarının hücumu-
nun qarşısı alınmışdır. Oktyabrın 14-də 
Qubadlıya gedərək, burada da rəşadətlə 
vuruşmuş, düşmənin bir neçə döyüş tex-
nikasını və xeyli canlı qüvvəsini sıradan 
çıxarmışdır. 
1994-cü il fevral ayının 28-də yenidən 
Ağdam döyüş bölgəsinə dönmüşdür. 
V.Quliyev xidmətə başlayan gündən 
atəşkəs elan olunana qədər düşmənin on 
zirehli texnikasını  sıradan çıxarmışdı. 
Bunun səkkizi tank, ikisi isə PDM (Piya-
da Döyüş Maşını) idi.
Azərbaycan Respublikası Prezidenti-
nin 9 noyabr 1994-cü il tarixli Fərmanı 
ilə göstərdiyi  şücaətlərə görə Vahid 
Həbibulla oğlu Quliyevə “Azərbaycanın 
Milli Qəhrəmanı” fəxri adı verilmişdir.
O, 1996-cı ildə BDU-nun hərbi ka-
fedrasında müəllim, 2000-ci ilin avqust 
ayından 2002-ci ilin oktyabr ayına qədər 
Azərbaycan Ali Hərbi Məktəbində baş 
müəllim kimi fəaliyyətini davam etdir-
mişdir. 26 oktyabr 2002-ci ildə isə ordu-
dan tərxis olunmuşdur.
Polkovnik-leytenant Vahid Quliyev 
hazırda Azərbaycan Silahlı Qüvvələrinin 
Təlim-Tədris Mərkəzində müəllim kimi 
çalışır.
Milli Qəhrəmanlar

Yüklə 21,42 Mb.

Dostları ilə paylaş:
1   ...   323   324   325   326   327   328   329   330   ...   484




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin