254 2 Eldar Ağayev 1955-2013 Milli Qəhrəman 60 illiyi Milli Qəhrəmanlar SENTY ABR 29 Eldar Əsgər oğlu Ağayev 1955-
ci il sentyabr ayının 29-da Tbilisi
şəhərində hərbçi ailəsində anadan
olmuşdur.
Sonralar ailəsi ilə Bakıya köç-
müş, 1962-ci ildə 20 saylı orta
məktəbə getmiş, sonra təhsilini 134
saylı məktəbdə davam etdirmişdir.
1972-ci ildə Bakı Ali Ümumqoşun
Komandirlər Məktəbinə daxil olmuş,
1976-cı ildə motoatıcı ixtisası ilə
Qusev şəhərində hərbi xidmətə baş-
lamışdır.
1978-ci ildə Kamçatka yarıma-
dasında, 1981-1984-cü illərdə Amur
vilayətinin Obluçye şəhərində mo-
toatıcı bölüyünün komandiri olmuş-
dur.
1984-1986-cı illərdə Əfqanıstanda
motoatıcı bölüyün kəşfiyyat rəisi, son-
ra isə komandiri olmuşdur. Bacarıqlı
komandir olduğunu görən rəhbərlik
onu əvvəlcə tank alayınının rəisi,
sonra isə Drezden kəşfiyyat taboruna
komandiri təyin etmişdir. Ermənilər
torpaqlarımıza hücum edən zaman
Eldar Vətənə qayıtmış və 1992-ci
ildə Milli Ordunun tərkibində “N”
saylı alayını yaratmışdır. Daha sonra
ikinci taboru yaratmış və ona koma-
dirlik etmişdir. Onun komandirlik et-
diyi tabor dəfələrlə qaynar döyüşlərə
atılmış və onlarla erməni qulduru-
nu məhv etmişdir. Eldarın yaratdı-
ğı tabor 1995-ci ildə Bakıda dövlət
çevrilişinin qarşısının alınmasında
da iştirak etmişdir. Bu taborun 18
əsgər və zabiti “Azərbaycanın Milli
Qəhrəmanı” fəxri adına layiq görül-
müşdür.
1997-ci ildən 2000-ci ilədək
Azərbaycan Politexnik İnstutun-
da hərbi kafedranın rəisi olmuş-
dur. 2000-2001-ci illərdə isə Bakı
Ali Ümumqoşun Komandirlər
Məktəbinin kəşfiyyat kafedrasının
rəisi vəzifəsində çalışmışdır.
Sovetlər birliyi zamanı “Qırmızı
Ulduz”, “İgidliyə görə” ordenləri ilə,
Qarabağ döyüşlərində iştirak etdiyi
üçün “Azərbaycan Bayrağı”ordeni
ilə təltif olunmuşdur.
Azərbaycan Respublikası Pre-
zidentinin 4 aprel 1995-ci il tarixli
Fərmanı ilə Ağayev Eldar Əsgər oğlu
“Azərbaycanın Milli Qəhrəmanı”
fəxri adına layiq görülmüşdür.
Ağayev Eldar Əsgər oğlu 2013-cü
il may ayının 17-də vəfat etmişdir.