255 Mahmud İsmayılov 1920-2002 Alim 95 illiyi Tarix SENTY ABR 1 Mahmud Əliabbas oğlu İsmayılov
1920-ci il sentyabr ayının 1-də Şəki
şəhərində anadan olmuşdur. 1941-ci
ildə ADU-nun tarix fakültəsini bitir-
miş, 1949-cu ildə namizədlik, 1961-ci
ildə doktorluq dissertasiyasını müdafiə
etmişdir. 1963-cü ildə professor elmi
rütbəsini almışdır.
1983-cü ildə Azərbaycan EA-nın
müxbir üzvü seçilmişdir.
Əmək fəaliyyətinə 1946-cı ildə Azər-
baycan EA-nın Tarix İnstitutunda labo-
rant kimi başlamış, sonra aspirant, kiçik
elmi işçi, baş elmi işçi olmuş, 1952-ci
ildə Azərbaycanın yeni tarixi şöbəsinin
rəhbəri, 14 ilə yaxın (1954-1968) Tarix
institutunda direktor müavini, 1968 -
1983-cü illərdə şöbə müdiri işləmişdir.
1983-cü ildən yenidən elmi hissə üzrə
direktor müavini olmuşdur.
Onun elmi yaradıcılığının əsas
istiqaməti XIX-XX əsrin əvvəllərində
Şimali Azərbaycanda kapitalizmin ge-
nezisi və inkişafı, kənd təsərrüfatının
tarixi problemlərinin tədqiqi olmuşdur.
Onun “Azərbaycan dövlət kəndliləri
XIX əsrin sonunda” (1957), “XX
əsrin əvvəllərində Azərbaycanın kənd
təsərrüfatı” (1960), “XIX əsrin sonu və
XX əsrin əvvəllərində Azərbaycanın
kənd təsərrüfatında kapitalizm” (1964),
“İmperializm dövründə Azərbaycanın
sosial-iqtisadi strukturu” (1982) və
başqa əsərlərində Şimali Azərbaycanın
kənd təsərrüfatı və iqtisadiyyatının dün-
ya sivilizasiyasına müvafiq olaraq qanu-
nauyğun inkişaf etdiyi sübut olunmuş-
dur.
Alim onlarla monoqrafiyanın, 40-dan
artıq elmi-kütləvi məqalənin müəllifidir.
Onun redaktəsi ilə 30-a yaxın kitab çapa
hazırlanmışdır. 3 cildlik “Azərbaycan ta-
rixi” kitabının əsas müəlliflərindən biri,
7 cildlik “Azərbaycan tarixi” kitabının
IV və V cildlərinin məsul redaktoru ol-
muşdur. Onun 1992-ci ildə çapdan çıx-
mış “Azərbaycan tarixi” əsəri dəfələrlə
nəşr olunmuşdur.
O, eyni zamanda yeddi: “Ağ yapın-
cı”, “Xaqani”, “El üçün yan”, “İki od
arasında”, “Sənin ulu baban”, “Qara Yu-
sif”, “Uzun Həsən” tarixi romanlarının
müəllifidir.
M.Ə.İsmayılov Moskvada nəşr olun-
muş “SSRİ-də tarix elminin tarixi”
(1955), “Qafqaz xalqları” (1962) və b.
əsərlərin yazılmasında yaxından iştirak
etmişdir. O, bir sıra respublika, ümumit-
tifaq və beynəlxalq elmi konfransların,
simpoziumların və sessiyaların iştirak-
çısıdır. Ankara, Kayseri, Paris, Roma,
Moskva və başqa şəhərlərdə keçirilən
beynəlxalq elmi konfranslarda iştirak
etmişdir.
Tarixçi alimin rəhbərliyi ilə 25-dək
namizədlik və doktorluq dissertasiyası
müdafiə olunmuşdur.
M.Ə.İsmayılov “1941-1945-ci illərdə
Almaniya üzərində qələbəyə görə”,
“Qafqazın müdafiəsinə görə” medalları
və Fəxri fərmanlarla təltif olunmuşdur.
Mahmud İsmayılov 2002-ci il avqust
ayının 16-da vəfat etmiş və Fəxri Xiya-
banda dəfn olunmuşdur.