256
Mədəniyyət.Maarif. Elm
65
illiyi
Kamil Allahyarov
1950
SENTY
ABR
Kamil Hüseyn oğlu Allahyarov (Hü-
seynoğlu) 1950-ci il sentyabr ayının 22-
də Naxçıvan Muxtar Respublikasının
Babək rayonunda anadan olmuşdur.
1973-cü ildə Azərbaycan Dövlət Uni-
versitetinin (İindiki BDU) şərqşünaslıq
fakültəsinin fars filologiyası şöbəsini
bitirmiş və Azərbaycan
Milli Elmlər
Akademiyasının Əlyazmalar institutu-
nun aspiranturasına qəbul olmuş, 1979-
cu ildə bitirmişdir.
1979-1990-cı illərdə Əlyazmalar
institutunda
elmi işçi və baş elmi işçi
vəzifələrində çalışmışdır. 1990-cı ildə
Azərbaycan Milli Elmlər Akademiya-
sının Nizami adına Ədəbiyyat İnstitu-
tunun baş elmi işçisi olmuşdur. 1997-ci
ildə uğurla müdafiə edərək filologiya
elmləri doktoru elmi dərəcəsini almış-
dır.
Azərbaycan ədəbiyyatı, mədəniyyəti
və etnoqrafiyasına,
o cümlədən şifa-
hi xalq poeziyası və klassik yazılı şe-
irin formalaşması və inkişafına, orta
əsrlər əlyazma sənətinə, qədim türk
xalqlarının
mənşəyinə, türk toponim
və etnonimlərinin etimologiyasına dair
araşdırmaların müəllifidir. Bu elmi araş-
dırmalar “Nizami
Gəncəvi əsərlərinin
əlyazmaları dünya kitab xəzinələrində”
(1987, rus dilində), “Azərbaycan şeir
mədəniyyəti (yaranma və təkamül döv-
rü)” (1996), “Qədim Turan: mifdən
tarixə doğru” (2006) kitablarda öz əksini
tapmışdır.
120-dən
çox elmi əsərin, bir neçə
monoqrafiya, Azərbaycanda və xarici
(Rusiya, İran, Türkiyə)
dövri mətbuatda
dərc edilmiş onlarla elmi məqalənin
müəllifidir.
Hazırda AMEA-nın Nizami Gəncəvi
adına Azərbaycan Ədəbiyyat
Muzeyi
Folklor nəzəriyyəsi şöbəsinin müdiri
vəzifəsində çalışır.
Dostları ilə paylaş: