Teqvim-2015. pdf



Yüklə 21,42 Mb.
Pdf görüntüsü
səhifə335/484
tarix25.12.2016
ölçüsü21,42 Mb.
#3302
1   ...   331   332   333   334   335   336   337   338   ...   484
Ə d ə b i y y a t
Endokrinologiya: 
Tibb Universitetinin 
tələbələri üçün dərslik 
/R.Məmmədhəsənov; 
Azərb. Resp. Səhiyyə 
Nazirliyi, Azərb. Tibb 
Un-ti.- Bakı: Qismət, 
2008.-238 s.
Şəkərli diabetin 
fəsadları: monoqrafiya 
/R.Məmmədhəsənov, 
T.Mehdiyev.- Bakı: 
Azərbaycan Tibb Univer-
siteti, 2003.- 129 s.
Əsl soyqırımı ermənilərin 
azərbaycanlılara, 
xüsusən də körpələrə 
qarşı törətdikləri 
qanlı terrorlardır 
/R.Məmmədhəsənov        
//Azərbaycan.-2012.- 28 
yanvar.- S.4.
Mütləq çoxluğun siyasi 
iradəsinə əsaslanan se-
çim /R.Məmmədhəsənov             
//Azərbaycan.- 2013.- 7 
noyabr.- S.5.
Tariximizin bütöv 
bir qərinəsi Heydər 
Əliyevin adı ilə bağ-
lıdır: Heydər Əliyev 
- 90 /R.Məmmədhəsənov         
//Respublika.- 2013.- 14 
may.- S.7.
www.anl.az
www.az.wikipedia.org
26
Alim


258
Ə d ə b i y y a t
Abdullayeva, F. Üzeyir 
musiqisinin cazibəsi: 
Dahi bəstəkarın doğum 
günündə milli musiqi 
bayramı /F.Abdullayeva                                          
//Mədəniyyət.- 2014.- 19 
sentyabr.- S.3.
Azərbaycan musiqisi dün-
yanı fəth edir: 18 Sentyabr 
Milli Musiqi Günüdür 
M.Mükərrəmoğlu //Xalq 
qəzeti 2013.- 18 sentyabr.- 
S. 6. 
Xəlilzadə, F. Əbədi şöhrətin 
işığı /F.Xəlilzadə //Mədəni 
həyat.- 2012.- №9.- S.5-8.
Qocayev, Ə. 18 sentyabr 
- Milli Musiqi Günü //Qoca-
yev Ə. Bayramlar və tarixi 
günlər.- Bakı, 2006.- S.23.  
Zərbəliyev, C. Üzeyir 
musiqisinin işığında: 18 
sentyabr - Milli Musiqi 
Günü təntənəli şəkildə 
qeyd olundu /C.Zərbəliyev           
//Mədəniyyət 2013.- 20 
sentyabr.- S. 3.
İ n t e r n e t d ə
www.anl.az
Tarixdə bu gün
Milli Musiqi Günü
1995
SENTY
ABR
18
Sentyabr ayının 18-də Azərbaycan 
xalqının dahi oğlu, musiqi mədəniy-
yətimizin korifeyi Üzeyir bəy Hacıbəy-
linin doğum günüdür. 
XX əsrin 70-80-ci illərində maest-
ro Niyazinin təşəbbüsü ilə  həmişə bu 
günü dahi bəstəkarın anadan oldu-
ğu gün kimi respublikamızda xüsusi 
təntənə ilə qeyd edilirdi. Ötən əsrin 90-
cı illərində hər şeyin bir-birinə dəydiyi 
vaxtda bu ənənə  də unuduldu. Dahi 
sənətkarın özfəaliyyət səviyyəsində 
xatırlanması, həqiqətən, narahatlıq do-
ğururdu.  
Unudulmaz Niyazinin təşəbbüsü 
1995-ci ildə ulu öndər Heydər Əliyevin 
dahi bəstəkarın anadan olmasının 110 
illik yubileyi ərəfəsində imzaladığı 18 
sentyabrın Milli Musiqi Günü kimi 
qeyd olunması haqqında fərmanı ilə 
rəsmi status aldı. Bu nəcib qərar bütün 
insanların, musiqisevərlərin ürəyincə 
oldu. 
Ü.Hacıbəyli bəstəkar, alim, ya-
zıçı, publisist və siyasi xadim kimi 
çoxşaxəli fəaliyyəti ilə yanaşı, Şərqdə 
ilk operanın banisi kimi də məşhurdur. 
Məhz onun fədakar  əməyi sayəsində 
Azərbaycan milli opera sənətinin tari-
xi Ü.Hacıbəylinin “Leyli və Məcnun” 
operası ilə başlandı. 
Bütün ömrü boyu Azərbaycan 
mədəniyyətinə, musiqisinə xidmət 
edən bu unudulmaz şəxsiyyət 300-dən 
çox xalq mahnısını nota salmış, marş, 
kantata, fantaziya, mahnı və romanslar, 
kamera və xor əsərlərini yazmışdır. 
Azərbaycan və dünya musiqi 
mədəniyyətinin inkişafında misil-
siz xidmətləri olmuş Ü.Hacıbəylinin 
anadan olmasının 100 illik yubileyi 
YUNESKO-nun qərarı ilə beynəlxalq 
miqyasda qeyd olunmuşdur. 
Bu gün Azərbaycan musiqi-
si  əsl çiçəklənmə dövrünü yaşayır. 
Ölkəmizdə davamlı olaraq keçirilən 
beynəlxalq musiqi  festivalları, müxtəlif 
müsabiqələr bütövlükdə, Azərbaycan 
mədəniyyətinin, Azərbaycan musiqi-
sinin daha geniş miqyasda təbliğinə 
xidmət edir. 
Üzeyir Hacıbəylinin taleyində 
ən möhtəşəm səhifə bir də odur ki
bəstəkar Azərbaycan Dövlət himninin 
müəllifidir. Bu gün Azərbaycan bayra-
ğı  məhz həmin himnin sədaları altın-
da dünyanın  ən mötəbər salonlarında 
ucalır, səhərlərimiz, həmçinin, bütün 
tədbirlərimiz bu himnin sədaları ilə 
başlayır.
Ü.Hacıbəylinin kimliyi barəsində 
düşünərkən ilk növbədə, bu dahi insa-
nın öz sözləri yada düşür: “Bəşəriyyət 
tarixində elə şəxslər var ki, onlar özləri 
üçün anadan olmayıblar, bəlkə bütün 
xalqa və hətta ümuminsaniyyətə xeyir 
gətirmək və  tərəqqisinə  səbəb olmaq 
üçün yaranıblar. Bu cür adamlar nəinki 
sağlığında, bəlkə öləndən sonra da ca-
maata mənfəət verirlər”.



Yüklə 21,42 Mb.

Dostları ilə paylaş:
1   ...   331   332   333   334   335   336   337   338   ...   484




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin