257
Kimya.Biologiya.Tibb
70
illiyi
Rafiq Məmmədhəsənov
1945
SENTY
ABR
Rafiq
Musa oğlu Məmmədhəsənov
1945-ci il sentyabr ayının 26-da Gədəbəy
rayonunda anadan olmuşdur.
Gədəbəydə orta məktəbi bitirərək
Bakı şəhərinə gəlmiş və 1963-cü ildə
N.Nərimanov adına Azərbaycan Dövlət
Tibb İnstitutunun müalicə-profilaktika
fakültəsinə qəbul olmuş, 1969-cu ildə
həmin institutu bitirmişdir.
O, 1969-1971-ci illərdə Naftalan sa-
natoriyasında
həkimlik fəaliyyətinə baş-
lamış, sonra 1971-1973-cü illərdə Bakı
şəhərinə qayıdaraq Mərdəkan mədə-
bağırsaq sanatoriyasında çalışmışdır.
1974-1976-cı illərdə Azərbaycan
Dövlət Tibb İnstitutunun II müalicə-
profilaktika fakültəsinin daxili xəstəliklər
kafedrasının aspirantı olmuş, 1977-
1986-cı illərdə həmin kafedrada assistent
vəzifəsində işləmişdir. O,
tədqiqat pro-
sesi zamanı böyük uğurlar əldə edərək
namizədlik dissertasiyasını vaxtından
qabaq başa çatdırmışdır. Respublikada
İxtisaslaşmış müdafiə elmi şurası olma-
dığına görə 1979-cu ildə Tbilisi Dövlət
Tibb İnstitutunda namizədlik dissertasi-
yası müdafiə etmişdir.
1986-1990-cı illərdə Moskvada Ümu-
mittifaq Endokrinologiya və Hormonlar
Kimyası İnstitutunda
doktorluq disserta-
siyasını müdafiə edərək tibb elmləri dok-
toru alimlik dərəcəsinə yiyələnmişdir.
1990-cı ildən Tibb Universitetinin
Daxili xəstəliklər kafedrasının müdi-
ri vəzifəsində çalışmış və həmin ildən
eyni zamanda Azərbaycan Respublikası
Səhiyyə Nazirliyinin baş endokrinoloqu
olmuşdur. Azərbaycan
Tibb Universiteti-
nin elmi işlər üzrə prorektoru vəzifəsində
çalışmışdır. 2013-cü ildən Azərbaycan
Tibb Universitetinin təlim-tərbiyə işləri
üzrə prorektorudur.
2005-ci ildən Azərbaycan Tibb Jur-
nalının baş redaktorudur. 2006-2009-cu
illərdə Azərbaycan Respublikası Prezi-
denti yanında
Ali Attestasiya Komissi-
yasında Tibb üzrə ekspert şurasının sədri
işləmişdir. 250-dən artıq elmi əsərin
müəllifidir. Tibb Universitetinin tələbələri
üçün “Daxili xəstəliklər” və “Endokrino-
logiya” fənnlərindən dərsliklər yazmış-
dır. Əsərlərin bir çoxu xarici olkələrdə
çap olunmuşdur. Azərbaycan Respubli-
kasının
baş endokrinoloqu kimi Rusiya,
Almaniya, Türkiyə, Meksika, Belçika,
İsrail, İran və başqa ölkələrdə keçirilən
konqreslərdə Azərbaycanın endokrino-
logiya elmini təmsil etmişdir.
2000-ci ildə ümummilli lider Heydər
Əliyev tərəfindən imzalanmış müvafiq
sərəncamla Azərbaycan Tibb Universi-
tetinin 70
illiyi münasibətilə elm, təhsil
və səhiyyə sahəsində nailiyyətlərinə
görə “Əməkdar elm xadimi” fəxri adı-
na layiq görülmüşdür. 2010-cu ildə isə
Azərbaycanda tibb təhsilinin və elmi-
nin inkişafındakı xidmətlərinə görə
Azərbaycan Respublikasının “Tərəqqi”
medalı ilə təltif edilmişdir. 1992-ci ildən
YAP siyasi şurasının üzvüdür.
Azərbaycan Respublikasının
Milli
Məclisinə deputatıdır.
Dostları ilə paylaş: