Teqvim-2015. pdf


Heydər Əliyev, ümummilli lider



Yüklə 21,42 Mb.
Pdf görüntüsü
səhifə397/484
tarix25.12.2016
ölçüsü21,42 Mb.
#3302
1   ...   393   394   395   396   397   398   399   400   ...   484
Heydər Əliyev, ümummilli lider


309
Tarixdə bu gün
Qarakənd faciəsi 
1991
NOY
ABR
Qarakənd faciəsi və ya 20 noyabr faciəsi - 
1991-ci il 20 noyabrda Xocavənd rayonunun 
Qarakənd kəndinin yaxınlığında, Ağdam rayo-
nunun Mərzili kəndi ərazisində hərbi vertolyotun 
erməni quldurları  tərəfindən vurulduğu gündür. 
Qarakənd üzərində üç yüz metr yüksəklikdə uçan 
Mİ-8 N72 vertolyotu 1991-ci il noyabrın 20-də 
saat 14:42 radələrində vurulmuşdu. Faciə haqqın-
da ilkin məlumat Prezident Aparatına saat 19:55-
də çatmış, lakin nə qədər maraqlı olsa da bu faciə 
haqqında xəbər Xankəndindən erməni dilində ya-
yımlanan “Vətən və vətəndaş” verlişinin xəbərlər 
bölümündə, saat 15:30-də yayımlanmışdı. Həmin 
gün bu məlumatı saat 16:15-də Tehran radiosu, 
17:00-da Moskva radiosu açıqlamışdı.
1991-ci il noyabr ayının 20-də Xocavənd ra-
yonunun Qarakənd kəndi yaxınlığında Mİ-8 N72 
hərbi helikopterinin erməni silahlıları  tərəfindən 
atəşə tutulması  nəticəsində heyət və  sərnişinlər 
– Azərbaycanın görkəmli dövlət və hökumət 
nümayəndələri, Rusiya və Qazaxıstandan olan 
müşahidəçilər – dövlət katibi Tofiq Kazım oğlu 
İsmayılov, Baş prokuror İsmət  İsmayıl oğlu Qa-
yıbov, dövlət müşaviri Məhəmməd Nəbi oğlu 
Əsədov, Baş nazirin müavini Zülfi Saleh oğlu Ha-
cıyev, deputatlar Vaqif Cəfər oğlu Cəfərov və Vəli 
Hüseyn oğlu Məmmədov, Prezidentin İcra Apara-
tının şöbə müdiri Osman Hüseyn oğlu Mirzəyev, 
nazir müavini Qurban Hüseyn oğlu Namazəliyev, 
DQMV prokuroru İqor Aleksandroviç Plavski, 
DQMB Daxili İşlər İdarəsinin rəisi Vladimir Vla-
dimiroviç Kovalyov, Dağlıq Qarabağ üzrə milli 
təhlükəsizlik  şöbəsinin rəisi Sergey Semyonoviç 
İvanov, fövqəladə vəziyyət rayonunun komendan-
tı Nikolay Vladimiroviç Jinkin, Qazaxıstan daxili 
işlər nazirinin müavini Sanlal Dasumoviç Serikov, 
milis general-mayoru Mixail Dmitriyeviç Luka-
şov, polkovnik-leytenant Oleq Nikoloyeviç Ko-
çerev, dövlət katibinin köməkçisi Rafiq Məmməd 
oğlu Məmmədov, telejurnalist Alı Mustafa oğlu 
Mustafayev, AzTV-nin işıqçısı Arif İsmayıl oğlu 
Hüseynzadə, videooperator Fəxrəddin  İbrahim 
oğlu Şahbazov, vertolyot heyətinin komandiri Vya-
çeslav Vladimiroviç Kotov, heyət üzvləri Gennadi 
Vladimiroviç Domov, Dmitri Borisoviç Yaroven-
ko həlak olmuşlar.
Əvvəlcə  rəsmi olaraq helikopterin dumana 
düşərək qayaya çırpılması ehtimalı irəli sürülsə 
də, bir neçə gündən sonra onun vurulması faktı 
təsdiqlənmişdi.
Üstündən iyirmi dörd il keçməsinə baxmaya-
raq, hadisə ilə bağlı bir sıra qaranlıq məqamlara 
bu günə qədər aydınlıq gətirilməmişdir. Məsələn, 
nə üçün bu qədər dövlət rəsmisi eyni zamanda 
bir helikopterdə toplanmışdır? Nə üçün döyüş 
zonasında mühafizə üçün onu hərbi helikopter 
müşayiət etməmişdir? Uçuşun dəqiq marşrutu-
nu ermənilər haradan bilmişdir? Yeri gəlmişkən
həmin məlumata yalnız Qarabağda sovet silahlı 
qüvvələrinin komandanlığı malik olmuşdu. He-
likopterin vurulduğu raketin mənbəyi də  məlum 
deyil. Qarabağda o zaman ən çox istifadə edilən 
silah təyyarəvuran zenit raketləri və eyninövlü 
“Alazan” raketləri idi. İstilik raketlərindən istifadə 
edilmirdi. Aviaqəzalarda bütövlüyünü saxlayan və 
zədəsiz qalan qara qutudakı lentin “yanması” da 
qaranlıq məsələ olaraq qalmışdır.
Bu terror aktı ilə erməni separatçıları özlərinin 
terrorçu mahiyyətini bir daha sübut etmişdilər. 
Faktla bağlı 1991-ci ildə Azərbaycanın Hərbi Qar-
nizon Prokurorluğu tərəfindən cinayət işi açılmış, 
istintaqın aparılması Respublika Prokurorluğuna 
verilmişdir. Hazırda isə cinayət işi üzrə istintaq 
dayandırılmış və buna səbəb terror aktının baş ver-
diyi ərazinin Ermənistan silahlı qüvvələrinin işğalı 
altında olmasıdır.

Yüklə 21,42 Mb.

Dostları ilə paylaş:
1   ...   393   394   395   396   397   398   399   400   ...   484




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin