310
Tarixdə bu gün
Ədliyyə İşçilərinin Peşə Bayramı Günü
2000
NOY
ABR
Azərbaycanda ədliyyə sistemi-
nin xalqımızın
müstəqillik uğrunda
mübarizəsini, onun şanlı keçmişini
əks etdirən zəngin tarixi vardır.
Müstəqil dövlətimizin ədliyyə
tarixinin ən şərəfli anları 1918-ci
ildə Azərbaycan Demokratik Res-
publikasının yaranması ilə başla-
nır. Belə ki, Ədliyyə Nazirliyinin
təsis edilməsinə xüsusi əhəmiyyət
verilərək 1918-ci il may ayının
28-də - Azərbaycan
Demokratik
Respublikasının elan edildiyi gün
Ədliyyə Nazirliyi də yaradılmışdır.
Ədliyyə Nazirliyinin yenidən
yaradılması görkəmli dövlət xadi-
mi,
ümummilli lider, cənab Heydər
Əliyevin Azərbaycana rəhbərlik et-
diyi dövrə təsadüf edir. Belə ki, 27
oktyabr 1970-ci ildə Azərbaycan
SSR Ali Sovetinin qərarı ilə Ədliyyə
Nazirliyi
təsis edilmişdi və bununla
da Azərbaycan ədliyyə tarixində
yeni mərhələ başlanmışdır. Ədliyyə
Nazirliyi sabit fəaliyyət göstərərək
məhkəmə orqanlarına təşkilati
rəhbərliyi həyata keçirmiş, əhaliyə
hüquqi yardımı yaxşılaşdırmış, no-
tariat
fəaliyyətinin və məhkəmə
ekspertizalarının aparılmasını
təmin etmiş, ümumiyyətlə, ədliyyə
işi təkmilləşdirilərək onun gələcək
inkişafı üçün zəmin yaranmışdır.
Azərbaycan yenidən dövlət
müstəqilliyi əldə etdikdən
və cənab
Heydər Əliyev ölkə rəhbərliyinə
gəldikdən sonra ədliyyə orqanlarının
işinin müasir tələblər səviyyəsinə
qaldırılması üçün əsaslı tədbirlər
həyata keçirildi, Ədliyyə Nazirliyi-
nin cəmiyyətdə rolu
və əhəmiyyəti
artdı, səlahiyyət dairəsi genişləndi.
Ədliyyə
işçilərində
və
hakimlərdə mənəvi stimul yaradıl-
ması məqsədilə onların peşə bay-
ramı gününün müəyyən edilməsinə
təşəbbüs göstərilərək 22 noyabr
- 1918-ci
ildə Azərbaycan Demok-
ratik Respublikası Ədliyyə Nazirli-
yinin Əsasnaməsinin təsdiq edildi-
yi günün Ədliyyə İşçilərinin Peşə
Bayramı Günü kimi təsis edilməsi
üçün dövlət başçısına müraciət edil-
miş və cənab Heydər Əliyevin 11
noyabr 2000-ci il tarixli Sərəncamı
ilə 22 noyabr Ədliyyə İşçilərinin
Peşə Bayramı Günü
kimi müəyyən
edilmişdir.
Dostları ilə paylaş: