Teqvim-2015. pdf



Yüklə 21,42 Mb.
Pdf görüntüsü
səhifə395/484
tarix25.12.2016
ölçüsü21,42 Mb.
#3302
1   ...   391   392   393   394   395   396   397   398   ...   484
NOY
ABR
1988-ci ilin ilk günlərində Ermənis-
tanın Azərbaycana qarşı açıq təcavüzü 
başlanmışdı. Moskvanın, xüsusən 
də  SSRİ-nin rəhbəri  M.Qorbaçovun 
buna biganə münasibətini görən 
ermənilər planlı  şəkildə, Ermənistan 
hökumətinin tapşırığı  və göstərişilə 
Ermənistanda yaşayan 200 mindən 
çox azərbaycanlını öz ata-baba yurd-
larından kütləvi surətdə qovmuşdu-
lar. Ermənilər azərbaycanlıları  təkcə 
öz ev-eşiklərindən qovmayırdılar, 
həm də onları cismən öldürmüş, 
diri-diri yandırmışdılar. Ermənilərin 
tarixdə görünməmiş bu vandalizminə 
M.Qorbaçov və onun ətrafı heç bir reak-
siya verməmişdilər. Ermənilər bunun-
la da kifayətlənməmiş, 1988-ci il fev-
ral ayının  əvvəllərində Azərbaycanın 
Dağlıq Qarabağ bölgəsində ixtişaşlar 
törətmişdilər. Onlar Azərbaycanın ta-
rixi torpağı olan Dağlıq Qarabağın 
Azərbaycandan qoparılıb Ermənistana 
birləşdirməsi haqqında məsələ qaldır-
mışdılar.
Belə bir vaxtda Azərbaycan xal-
qı ayağa qalxmış, xalq öz etirazını 
şəkildə rəhbərliyə bildirmiş, respubli-
kanın hər yerindən insanlar axın-axın 
Bakıya gəlir, Azadlıq meydanına (o 
vaxt V.İ.Lenin adını daşıyırdı) topla-
şır, ermənilərin və Sovet hökumətinin 
belə münasibətinə qarşı mitinqlər ke-
çirir, öz etirazlarını bildirirdilər.
1988-ci ilin noyabrın 17-də Bakının 
əsas meydanı sayılan Azadlıq meyda-
nında Sovet dövlətinin xalqımıza qar-
şı apardığı antiazərbaycan siyasətinə 
etiraz  əlaməti olaraq Azərbaycan 
ictimaiyyətinin sonu bilinməyən mi-
tinqi başlanmışdı. O, vaxt bütün xalq 
bir yumruq kimi düyünlənmişdi. Bu, 
əsl xalq hərəkatı, milli azadlıq hərəkatı 
idi. Dekabrın  əvvəllərində sovet qo-
şunları  tərəfindən ümumxalq mitinqi 
dağıdılmışdı. 1992-ci ildən 17 noyabr 
Milli Dirçəliş Günü kimi qeyd olunur.

Yüklə 21,42 Mb.

Dostları ilə paylaş:
1   ...   391   392   393   394   395   396   397   398   ...   484




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin