306
Tarixdə bu gün
Azərbaycan Bayrağı Günü
2009
NOY
ABR
Azərbaycan Respublikasının Dövlət
Bayrağı haqqında ilk hökumət qərarı
1918-ci il iyunun 24-də verilmişdir.
Həmin qərara görə Azərbaycan bayrağı-
nı qırmızı materialdan, üstündə ağ aypara
və qırmızı fonda ağ səkkizguşəli ulduzun
təsviri verilmiş bayraq
kimi qəbul etmək
nəzərdə tutulmuşdu. Bu qərar qəbul
edilərkən Azərbaycan hökuməti hələ
Gəncə şəhərində yerləşirdi. Hökumət
Bakıda yalnız 15 sentyabr - şəhər
türk qoşunlarının köməyi ilə düşmən
qüvvələrdən
təmizləndikdən sonra
fəaliyyət göstərə bilmişdi. Azərbaycan
Xalq Cümhuriyyətinin Bakıda fəaliyyətə
başlamasından az sonra, bayraq haqqın-
da ikinci qərar qəbul edilmişdi.
1918-ci il noyabr ayının 9-da
Azərbaycan Xalq Cümhuriyyəti
Nazirlər Şurası milli bayraq haqqında
qərar vermişdir. Nazirlər Şurasının sədri
Fətəli Xan Xoyskinin imzaladığı həmin
qərarda deyilir: “Milli bayraq kimi yaşıl,
qırmızı, mavi rənglərdən,
ağ aypara və
səkkizguşəli ulduzdan ibarət olan bayraq
qəbul edilsin”.
1920-ci il aprelin 28-də Xalq
Cümhuriyyəti süqut etdikdən və So-
vet hakimiyyəti qurulduqdan sonra
Azərbaycanda bu bayraqdan imtina edil-
mişdir.
İkinci dəfə 1990-cı il noyabrın 17-
də Naxçıvan Muxtar Respublikası Ali
Məclisinin qərarı ilə bu bayraq bərpa
edilmiş və Muxtar Respublikanın
dövlət
bayrağı kimi qəbul edilmişdir. Naxçı-
van Muxtar Respublikası Ali Məclisi
Azərbaycan SSR Ali Soveti qarşısında
üçrəngli bayrağın Azərbaycanın rəsmi
dövlət rəmzi kimi tanınması haqqında
vəsatət qaldırmışdır.
1991-ci il fevral ayının 5-də Azər-
baycan Respublikası Ali Soveti Naxçı-
van Muxtar Respublikası Ali Məclisinin
vəsatətinə baxmış və üçrəngli bayrağın
Azərbaycanın dövlət bayrağı kimi qəbul
edilməsi haqqında qərar vermişdir.
Azərbaycan Respublikasının dövlət
bayrağı bərabər enli üç üfüqi zolaqdan
ibarətdir. Yuxarı zolaq mavi, orta zolaq
qırmızı, aşağı zolaq yaşıl rəngdədir.Mavi
rəng - Azərbaycan xalqının
türk mənşəli
olmasını, qırmızı rəng - müasir cəmiyyət
qurmaq, demokratiyanı inkişaf etdirmək
istəyini, yaşıl rəng - islam sivilizasiyası-
na mənsubluğunu ifadə edir. Qırmızı zo-
lağın ortasında bayrağın hər iki üzündə
ağ rəngli aypara ilə səkkizguşəli ulduz
təsvir edilmişdir. Bayrağın eninin uzun-
luğuna nisbəti 1:2-dir.
Azərbaycan bayrağının dalğalandığı
dirək dünyada ən
hündür bayraq dirəyi
hesab olunur. “Ginnes”in dünya rekord-
ları təşkilatı Azərbaycan dövlət bayra-
ğı dirəyinin dünyada ən hündür bayraq
dirəyi olduğunu təsdiq edib.
Qeyd edək ki, bayrağın çəkisi 350
kiloqramdır. İnşa olunmuş dayağın hün-
dürlüyü isə 162, bünövrəsinin diametri
3,2, bünövrənin üst hissəsinin diametri
isə 1,09 metrdir. Qurğunun
ümumi çəkisi
220 tondur.
Prezident İlham Əliyev 2009-cu il 17
noyabr tarixli Sərəncamla noyabr ayı-
nın 9-nu Azərbaycanda Dövlət Bayrağı
Günü elan etmiş və bu bayram ölkədə
qeyri-iş günü olan bayramların siyahısı-
na daxil edilmişdir.
Dostları ilə paylaş: