Teqvim-2015. pdf



Yüklə 21,42 Mb.
Pdf görüntüsü
səhifə390/484
tarix25.12.2016
ölçüsü21,42 Mb.
#3302
1   ...   386   387   388   389   390   391   392   393   ...   484
20
20
10
5
Ə d ə b i y y a t
“Avesta” Azərbaycan xal-
qının mənəvi mədəniyyət 
tarixidir /E.Əlibəyzadə; 
AMEA Nizami ad. 
Ədəbiyyat İnstitutu.- Bakı: 
Yurd NPB, 2005.- 238 s.
Azərbaycan dilinin tarixi: 
2 cilddə /E.Əlibəyzadə b.- 
Bakı: Azərbaycan tərcümə 
mərkəzi, 2007.
Azərbaycan ədəbiyyatı 
tarixi: ən qədim dövrlər 
/E.Əlibəyzadə.- Bakı: 
Qarabağ, 2009.- 831 s.
Alim-vətəndaş Elməddin 
Əlibəyzadə - 80 /tərt., ön 
sözün müəl. G.Şükürova. 
- Bakı: Adiloğlu, 2006.- 
476 s.
İ n t e r n e t d ə
www.adam.az
www.anl.az
www.az.wikipedia.org
www.science.gov.az
90 
illiyi
Ədəbiyyatşünas


304
Mədəniyyət.Maarif.Elm
85 
illiyi
Qulu Xəlilov   
1930-1995  
NOY
ABR
Qulu Qasım oğlu Xəlilov (Xəlilli) 
1930-cu il noyabr ayının 20-də  Qərbi 
Azərbaycanın Sisyan bölgəsində  Qı-
zılcuq kəndində anadan olmuşdur. 
İlk təhsilini Ağdamda, Fəhlə-gənclər 
məktəbində alan Qulu Xəlilli 1949-
1954-cü illərdə Azərbaycan Dövlət 
Universitetinin jurnalistika şöbəsində 
(indiki BDU Jurnalistika fakültəsi) oxu-
muşdur. Ali təhsilini tamamladıqdan 
sonra 1954-1955-ci illərdə “Ədəbiyyat 
və incəsənət” qəzeti redaksiyasında 
tənqid şöbəsinin müdiri vəzifəsində ça-
lışmışdır. Hələ tələbə ikən universitetdə 
tələbə elmi cəmiyyətinin sədri, fakültə 
divar qəzetinin redaktoru olmuşdur. 
1956-1959-cu illərdə Azərbaycan Pe-
daqoji  İnstitutunda (indiki ADPU) 
aspirant olmuş, 1959-1967-ci illərdə 
Elmlər Akademiyasının Nizami adına 
Ədəbiyyat  İnstitutunda baş elmi işçi, 
1967-1970-ci illərdə ADU-nun Jurna-
listika fakültəsində Azərbaycan mətbuat 
tarixi kafedrasında müəllim, sonra pro-
fessor, 1977-1978-ci illərdə  filologiya 
fakültəsində dekan vəzifəsində çalış-
mışdır.
Milli ədəbiyyatşünaslıq tarixinə san-
ballı möhürünü vurmaqla özünəməxsus 
elmi məktəb formalaşdırmış nəcib ziya-
lılardan olan Qulu Xəlillinin “Qılınc da-
ğında” adlı ilk mətbu əsəri “Ədəbiyyat 
və incəsənət” qəzetinin 08 yanvar 
1953-cü il tarixli nömrəsində  dərc 
edilmişdir. Hekayələri, publisistik və 
tənqidi məqalələri ilə dövri mətbuatda 
müntəzəm çıxış etmişdir. 1953-cü ildən 
Azərbaycan Yazıçılar Birliyinin üzvü 
olmuşdur.
Azərbaycan 
ədəbiyyatşünaslığı 
sahəsində araşdırmaları ona geniş oxu-
cu auditoriyası qazandırmışdır. Elmi 
məclis və yaradıcılıq plenumlarında 
cəsarətli, məzmunlu və obyektiv çıxış-
ları ilə  məşhurlaşan Q.Xəlilli “Vaqif” 
pyesi və tarixi dram janrı” mövzu-
sunda namizədlik, sonra 1967-ci ildə 
Azərbaycan romanının inkişaf tarixini 
əks etdirən doktorluq dissertasiyalarını 
müdafiə etmişdir.
Görkəmli alim milli ədəbiyyatşü-
naslıq elminin müxtəlif aspektləri 
üzrə apardığı  tədqiqatlarla müasir elm 
tariximizə sanballı möhürünü vurmuş, 
ədəbi-poetik düşüncənin tədqiqində 
yeni səhifə, uğurlu cığır açmışdır. O, 
iyirmidən çox sanballı, prinsipial, dərin 
mənalı elmi-nəzəri monoqrafik, tənqidi 
əsərlərin, yüzlərlə publisistik yazıların 
müəllifidir. Təkcə Azərbaycan roma-
nının inkişaf tarixinə dair fundamen-
tal  əsəri  ədəbiyyatşünaslığımız üçün 
qiymətli tədqiqat nümunəsidir.
“Ömrün baharı”, “Atam və  mən”, 
“Yaşamaq istəyirəm”, “Həyat və idrak” 
kimi roman və povestləri, “Yaylaq-
da”, “Qocaların söhbəti”, “Umusuq”, 
“Mələk xala”, “Həyatdan gələn səslər” 
və s. hekayələri geniş oxucu kütləsi 
tərəfindən böyük rəğbət qazanmışdır.
Əsərləri keçmiş SSRİ xalq-
larının dillərinə 
tərcümə olun-
muşdur. Azərbaycan elminin və 
ədəbiyyatşünaslığının inkişafındakı 
xidmətlərinə görə Azərbaycan Ali So-
vetinin Fəxri Fərmanı  və beş medalla 
təltif edilmiş, 1993-cü ildə  “Əməkdar 
elm xadimi” fəxri adına layiq görül-
müşdür.
Tənqidçi,  ədəbiyyatşünas, müəllim-
pedaqoq, görkəmli alim Qulu Xəlilli 
1995-ci il noyabr ayının 18-də Bakıda 
vəfat etmişdir.

Yüklə 21,42 Mb.

Dostları ilə paylaş:
1   ...   386   387   388   389   390   391   392   393   ...   484




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin