303
Mədəniyyət.Maarif.Elm
Elməddin Əlibəyzadə
1925
NOY
ABR
Elməddin Məhəmməd oğlu Əlibəy-
zadə 1925-ci il noyabr ayının 5-də Oğuz
rayonunun
Muxas kəndində anadan
olmuşdur. Yeddiillik Oğuz natamam
orta məktəbini bitirmiş, Şəki Pedaqo-
ji texnikumuna daxil olmuşdur. 1941-
1943-cü illərdə Balakəndə müəllimlik
fəaliyyətinə başlamış, gənc yaşlarından
II Dünya müharibəsinin ağrı-acılarını
yaşamışdır. 1949-cu ildə ADU-nu (indi-
ki BDU) bitirmiş,
elmi fəaliyyətini da-
vam etdirmək üçün aspiranturaya qəbul
olunmuşdur. EA-nın Dilçilik İnstitutun-
da geniş elmi fəaliyyətə başlamışdır.
1953-cü ildə namizədlik, 1988-ci
ildə doktorluq dissertasiyasını müda-
fiə etmişdir. 1956-cı ildə Yerevan
Dövlət Pedaqoji institutuna işləməyə
göndərilmişdir. Xalqımızın tarixən
ata-baba torpaqları olan,
indi isə zor-
la erməni qəsbkarları tərəfindən zəbt
olunmuş İrəvan, Göyçə və digər Qərbi
Azərbaycan torpaqlarında yaşayan öv-
ladlarımızın bilik və bacarığını artırmaq
yolunda əzmlə çalışmışdır. Bakıya qa-
yıtdıqdan sonra yenidən Elmlər Aka-
demiyasında elmi fəaliyyətini davam
etdirən E.Əlibəyzadə Azərbaycan
Milli
Elmlər Akademiyasının Nizami adına
Ədəbiyyat İnstitutunun Azərbaycan-
Türk-Araşdırmaları Mərkəzi şöbəsinə
rəhbərlik etmişdir. Türk dillərinin
qədim türk xalqları ədəbiyyatlarının
qədim dövrünün tədqiqi və klassik
yazılı abidələrimizin araşdırılması
məsələləri onun əsas işidir. Ulu Şu-
mer Babil mədəniyyəti və Azərbaycan
probleminin araşdırılması sahəsində
aparılan
elmi işlər, Azərbaycan elmi,
mədəniyyəti tarixində qazanılmış bö-
yük müvəffəqiyyətlər məhz Elməddin
Əlibəyzadənin uğurlu fəaliyyətinin
məhsuludur.
Alim 300-dən çox elmi əsər, çox-
lu sayda qiymətli elmi, tarixi,
nəzəri
kitablar yazmışdır. “Ədəbi şəxsiyyət
və dil” (1982), “Qədim dünyamızın
ulu kitabı” (1996), “Ana kitabələr”
(1996), “Azərbaycan xalqının mənəvi
mədəniyyət tarixi (İslamaqədərki
dövr)” (1998), “Nizami və tarixi-
miz” (2004), “Türk-Azərbaycan bədii
düşüncəsinin ilkin qaynaqları” (2007),
“Azərbaycanşünaslığa giriş” (2010) və s.
elmi əsərlərin müəllifidir. E.Əlibəyzadə
“Bilqamıs” və “Dədə Qorqud” üzərində
bəzi üslubi
paralellərin müqayisəli
təhlilini aparmışdır. Alp Ər Tonqa ağı-
larının zəngin, mükəmməl elmi-bədii
təhlilini aparmışdır.
Alim Türkiyədə, İranda Azərbaycan
elminin təbliğində xüsusilə fəaliyyət
göstərmiş, elmi konfranslarda “Novruz”,
“Qurban” bayramlarının tarixi, “Şumer-
Babil mədəniyyəti və Azərbaycan” möv-
zularında məruzələrlə çıxışlar etmişdir.
Elməddin Əlibəyzadə kadr hazırlığı
ilə də məşğul olmuş, onun rəhbərliyi
altında bir
neçə elmlər namizədi disser-
tasiya müdafiə etmiş, onlarla dissertasi-
yaya opponentlik etmişdir.
Dostları ilə paylaş: