305
NOY
ABR
5
Kimya.Biologiya.Tibb
75
illiyi
Abasqulu Quliyev
1940
NOY
ABR
Abasqulu Məmməd oğlu Quli-
yev 1940-cı il noyabr ayının 13-də
Ermənistan Respublikası Şaumyan ra-
yonu Razdan qəsəbəsində anadan ol-
muşdur.
Bakı Dövlət
Universitetinin kimya
fakültəsində təhsil almış, sonra Sum-
qayıt şəhərində “Səthi aktiv maddələr”
zavodunda işləmişdir.
1964-1968-ci illərdə keçmiş SSRİ
Elmlər Akademiyasının (indiki AMEA)
Yüksək Molekullu Birləşmələr İnstitu-
tunun (Sankt-Peterburq) aspirantura-
sında təhsilini davam etdirmişdir.
1970-ci ildə namizədlik, 1987-ci
ildə “Viniltsiklopropanlar
birləşmə,
telomerləşmə və polimerləşmə reak-
siyalarında” mövzusunda doktorluq
dissertasiyası müdafiə etmişdir. Onun
əsas tədqiqat obyekti funksional əvəzli
viniltsiklo propanların birləşmə və izo-
merizasion polimerləşmə reaksiyaları-
nın elmi əsaslarının yaradılması, kar-
ben və tsiklopropan kimyasının
inkişaf
etdirilməsindən ibarətdir. Onun elmi
araşdırmaları nəticəsində viniltsiklop-
ropanların polimerləşməsinin mexa-
nizm barədə ümumi mülahizə forma-
laşdırmış, onların polimerləşməsinin
aralıq mərhələdə əmələ gələn tsikloalkil
radikallarının qruplaşması ilə getməsi
barədəki
konsepsiya təsdiq edilmiş-
dir. Praktiki əhəmiyyət kəsb edən
karbo- və heterozəncirin alınmasının
ümumi prinsipi yaradılmış və yüksək
litoqrafik göstəricilərə malik yeni foto-
elektronrezistorlar işlənib hazırlanmış-
dır.
Pedaqoji fəaliyyətlə məşğul olan
Abasqulu müəllim 1997-2000-ci
illərdə
Azərbaycan Dövlət Neft Akademiya-
sında dərs demişdir.
Professor A.Quliyev keçmiş Sovet
İttifaqında, Türkiyədə keçirilən bir sıra
Beynəlxalq konfransların iştirakçısı
olmuş və məruzələrlə çıxış etmişdir.
300-ə yaxın elmi əsərləri çapdan çıx-
mış, onlardan yarısı xarici mətbuatda
dərc edilmişdir. Macarıstan, Bolqarıs-
tan, İngiltərə, Almaniya, Braziliya və
İspaniyada keçirilən konfransların ma-
teriallarında
elmi əsərləri dərc edilmiş-
dir. 62 müəlliflik şəhadətnaməsi və 1
patentin müəllifidir.
Görkəmli alim kadr hazırlığı ilə
məşğul olmuş, 5 elmlər namizədinin,
2 elmlər doktorunun yetişməsinə
rəhbərlik etmişdir.
O, Azərbaycan Respublikası Prezi-
denti yanında Ali Attestasiya Komissi-
yasının kimya
elmləri üzrə Ekspert Şura-
sının üzvüdür. 2007-ci ildə Azərbaycan
Milli Elmlər Akademiyasının müxbir
üzvü, 2005-ci ildən Azərbaycan Res-
publikasının Əməkdar elm xadimidir.
Dostları ilə paylaş: