342
Tarixdə bu gün
Xankəndinin işğalı
1991
DEKABR
Ərazisi: 1048 km²
Əhalisi: 57 000 nəfər
28 dekabr – Yuxarı Qarabağın
mərkəzi olan
Xankəndi şəhərinin işğalı günüdür. Şəhər 28 dekabr
1991-ci il tarixində Ermənistan silahlı qüvvələri
tərəfindən işğal olunmuş, separatçı rejim yaradıl-
mışdır. Məhz həmin tarixdə Xankəndindən sonun-
cu azərbaycanlı ailələr qovulmuş və 1989-cu ildən
soydaşlarımıza qarşı aparılan
etnik təmizləmə başa
çatmışdır.
1991-ci il dekabr ayının 28-da Xankəndinin
itirilməsi, qarşıda Xocalı soyqırımı, Şuşa, La-
çın, Kəlbəcər, Ağdam, Cəbrayıl, Füzuli, Qubadlı,
Zəngilanın işğalına yol açdı.
Yuxarı Qarabağın mərkəzi, Qarqar çayının
sahilində, Qarabağ silsiləsinin Şərq ətəyində,
Bakıdan 329 km aralıda yerləşən Xankəndi,
Azərbaycanın inkişaf etmiş sənaye mərkəzi idi.
Şəhərdə yüngül və yeyinti sənayesi müəssisələri
var idi.
Elektrotexnika, avtomobil təmiri və asfalt-
beton zavodları, mebel fabriki, tikinti materialları,
sənaye, istehsalat və tədris istehsalat kombinatları
belə müəssisələrdən idi.
Tarixi sənədlərə görə Xankəndi şəhəri XVIII
əsrin axırlarında, o dövrdə müstəqil Azərbaycan
dövlətlərindən biri olan Qarabağ xanlığının xan-
larının istirahəti üçün yaşayış məskəni
kimi sa-
lınmışdı. Elə şəhərin adı da buradan yaranmışdır.
1813-cü ilədək bircə nəfər erməninin də yaşama-
dığı Xandəndində sonralar çar Rusiyası tərəfindən
etnik təmizləmə siyasəti aparılmış və bura İrandan
köçürülən ermənilər yerləşdirilmişdir.
SSRİ dövründə Xankəndində azərbaycanlılara
qarşı etnik təmizləmə siyasəti daha da güclənmiş,
şəhərdə erməni ailələrinin sayı süni surətdə ar-
tırılmışdır. 1923-cü ildə Rusiya İmperiyası-
nın siyasətilə Azərbaycanın tərkibində mərkəzi
şəhəri Xankəndi olan Dağlıq
Qarabağ Muxtar
Vilayəti yaradılmışdı. Bundan sonra vilayətin
erməniləşdirilməsi siyasəti aktivləşmiş, 6 oktyabr
1923-cü ildə ermənilərin müraciəti nəzərə alına-
raq Xankəndinin adı dəyişdirilərək Azərbaycan
xalqına qarşı genosid
törətmiş cinayətkar Stepan
Şaumyanın şərəfinə Stepanakert adlandırılmışdır.
Muxtar Vilayətdə rəhbər vəzifələrə ermənilər irəli
çəkilmiş, beləliklə də, Xankəndi erməni işğalı al-
tına düşmüşdü.
Keçmiş SSRİ dövründə Xankəndində yaşayan
azərbaycanlılar tədricən buradan didərgin salın-
mışlar.
1988-ci il hadisələri başlayanda Xankəndində
erməni əhalisi azərbaycanlılardan xeyli çoxluq
təşkil edirdi. Həmin vaxt azərbaycanlıların sayı 17
minə yaxın idisə, ermənilər artıq 40
min nəfərədək
artmışdılar.
1988-1989-cu ildə Xankəndi artıq erməni se-
paratizminin mərkəzinə çevrilmişdi. Moskva-
nın himayəsilə güclənən erməni separatizmi so-
nuncu azərbaycanlıları 28 dekabr 1991-ci ildə
Xankəndindən qovmağa nail olmuş, şəhərin işğalı
tam başa çatdırılmışdı.
Təəssüf ki, bu gün işğal
tarixləri qeyd olunarkən
Xankəndinin işğalı bir çox hallarda unudulur.
Dostları ilə paylaş: