341
Tarixdə bu gün
Rabitə və İnformasiya Texnologiyaları
Sahəsi İşçilərinin Peşə Bayramı Günü
2006
DEKABR
Azərbaycan Respublikasının
Prezidenti İlham Əliyevin 2 de-
kabr 2006-cı il tarixli sərəncamına
əsasən, hər il dekabrın 6-sı Rabitə və
İnformasiya Texnologiyaları Sahəsi
İşçilərinin Peşə Bayramı Günü kimi
qeyd edilir.
Ən
qədim dövrlərdə insanlar
hündürlükdə tonqal yandırmaqla,
çaparlarla, göyərçinlərlə informa-
siya ötürülməsi prosesini təmin edə
bilmişdilər. Lakin zaman ötdükcə,
insan zəkası inkişaf
etdikcə daha
mütərəqqi üsullara ehtiyac artmış
və informasiya texnologiyalarının
yaranması üçün labüd şərait ya-
ranmışdır. Azərbaycanda rabitənin
tarixi çox qədimdir. 1881-ci ildə
ölkəmizdə ilk telefon xəttinin Ba-
kıda “Nobel qardaşları Cəmiyyəti”
tərəfindən
çəkilməsilə tarixə düşən
Azərbaycan rabitəsi yarandığı
gündən özünəməxsus inkişaf yolu
keçərək bugünkü dövrə çatmışdır.
1901-ci ildə Tiflis Poçt Teleqraf
Dairəsi İdarəsinin tərkibində Bakı
Poçt-Teleqraf kontoru yaradılmış-
dır.
1916-cı ildə bu kontor ləğv edil-
miş və ayrı-ayrılıqda
poçt və teleqraf
kontorları təşkil edilmişdir. 1918-
ci il may ayının 25-də Azərbaycan
Milli Şurası müstəqillik haqqında
Bəyannamə qəbul etdikdən sonra
Müvəqqəti Hökumətin tərkibində
Yollar, Poçt və Teleqraf Nazirliyi
yaradılmışdı.
II Kabinə hökumətdaxili
dəyişiklik-lərdən sonra oktyabr ayı-
nın 6-da Azərbaycan Respublikası
Poçt
və Teleqraf Nazirliyi, 1954-cü
ildə Azərbaycan SSR-də Respubli-
ka Rabitə Nazirliyi, 2004-cü il fev-
ral ayının 20-də Azərbaycan Res-
publikası Prezidentinin 94
nömrəli
Sərəncamı ilə Azərbaycan Respub-
likasının Rabitə və İnformasiya
Texnologiyaları Nazirliyi yaradıl-
mışdı.
Qədim tarixə malik olan
rabitə sahəsi müasir dövrdə
yüksək
inkişaf səviyyəsinə çat-
mışdır. Dövlət siyasətinin pri-
oritet istiqamətlərindən birinə
çevrilən bu sahənin daha da inki-
şaf etdirilməsi
ilə əlaqədar olaraq
ölkəmizdə məqsədyönlü işlər apa-
rılmış, müxtəlif dövlət proqram-
ları, layihələr həyata keçirilmiş-
dir. “Azərbaycan Respublikasında
rabitə və informasiya
texnologi-
yalarının inkişafı üzrə 2005-2008-
ci illər üçün Dövlət Proqramı”,
“Azərbaycan Respublikası region-
larının sosial-iqtisadi inkişafı üzrə
Dövlət Proqramı” və “Ümumtəhsil
məktəblərinin informasiya və kom-
munikasiya texnologiyaları ilə
təminatı proqramı” bu gün də uğur-
la icra edilir.
Dostları ilə paylaş: