340 Tarixdə bu gün Azərbaycan Milli Arxiv İdarəsi 1920 DEKABR Dövlət arxivinin əsası 1920-ci il dekabr ayının
6-da Azərbaycan İnqilab Komitəsinin sədri Nəriman
Nərimanov tərəfindən imzalanmış dekretlə qoyul-
muşdur. Bu dekretə əsasən Azərbaycan ərazisində
keçmişdə mövcud olmuş və dekret verilərkən
fəaliyyətdə olan idarə, təşkilat və müəssisələrin
arxivləri Vahid dövlət arxiv fondunun tərkibinə daxil
edilməli və kargüzarlıqdan qurtarmış işlər isə mərkəzi
dövlət arxivinə verilməli idi. 1921-ci ilin yanvarın-
dan isə Azərbaycan Respublikası Mərkəzi Dövlət
Arxivi Qafqazda ilk dövlət arxivi kimi fəaliyyətə
başlamışdı.
Müxtəlif dövrlərdə burada yaranan qiymətli ar-
xiv sənədləri ya məhv edilmiş, ya da xarici işğalçılar
tərəfindən talanıb aparılmışdır. Təsadüfi deyildir ki, bu
gün Avropa, Asiya, Amerikanın müxtəlif ölkələrinin
muzey və arxivlərində Azərbaycan tarixinə aid çoxlu
qiymətli sənədlər və nadir əlyazmalar saxlanmaqda-
dır.
SSRİ-nin yaranması ilə əlaqədar olaraq 1922-ci
ildə arxiv fondları ilə bağlı səlahiyyətlər müttəfiq res-
publikaların əlindən alınır, arxiv təşkilatları ittifaq-
respublika tabeli orqana çevrilir, onların işinə məhz
Moskvadan rəhbərlik edilməyə başlanılır. Onlara
əməli rəhbərlik Daxili İşlər Nazirliyinin Baş Arxiv
İdarəsi, sonra isə SSRİ Nazirlər Soveti yanında Baş
Arxiv İdarəsi tərəfindən həyata keçirilirdi. 1922-ci
ilin avqust ayında Mərkəzi Dövlət Arxivinə rəhbərlik
bilavasitə Azərbaycan SSR Mərkəzi İcraiyyə
Komitəsinin Rəyasət (MİK) Heyətinə həvalə olu-
nur. 1925-ci il dekabr ayının 13-də Naxçıvan Mux-
tar Respublikasında Mərkəzi arxiv, 1928-ci ildən isə
Azərbaycanın qəzalarında qəza arxiv bürolarının ya-
radılmasına başlanılır.
1938-ci ildə arxiv təşkilatları Xalq Daxili İşlər
Komissarlığının tabeçiliyinə verilmiş, 1960-cı ilə
qədər bu tabeçilik davam etmişdir. 1960-cı ildə ar-
xiv təşkilatları Daxili İşlər Nazirliyinin tabeliyindən
Nazirlər Sovetinin tabeliyinə verilir və yalnız bundan
sonra arxiv işinə və arxiv sənədlərindən istifadəyə
diqqət artırılır, dövlət arxivləri şəbəkəsinin yenidən
qurulması və genişləndirilməsi işinə başlanır.
1991-ci ildə SSRİ dağıldıqdan sonra Azərbaycan
xalqı öz mənəvi sərvətləri olan arxivlərə sahib ola
bildi. İllərlə qapalı saxlanmış bu arxiv materialla-
rından tariximizin tədqiqində və həqiqətlərin orta-
ya qoyulmasında geniş istifadə olunmağa başlandı.
Beynəlxalq arxiv təşkilatları və ayrı-ayrı dövlətlərin
arxiv xidməti orqanları ilə əlaqələr yaradan Baş
Arxiv İdarəsi 1996-cı ildə YUNESKO yanında
Beynəlxalq Arxiv Şurasına tam hüquqlu üzv qəbul
edilmişdi. Arxivlər MDB-yə daxil olan ölkələrin
arxivləri ilə yanaşı, bir sıra qonşu ölkələrin arxivləri,
xüsusilə Türkiyə və İran arxivləri ilə geniş əlaqələr
yaratmışdı. Bu gün ABŞ, İngiltərə, Fransa, Almani-
ya, Türkiyə, İran, Belçika, Polşa və başqa ölkələrdən
olan tədqiqatçılar respublikamızın arxivlərində sax-
lanılan elmin müxtəlif sahələrinə aid sənədlərdən ge-
niş istifadə edirlər.
1999-cu il iyul ayının 27-də isə ümummilli lider
Heydər Əliyev tərəfindən “Milli arxiv fondu haq-
qında” Azərbaycan Respublikası Qanununun tətbiq
edilməsi barədə fərman imzalanmışdır. İlk dəfə olaraq
bu Qanunla müəyyən edilmişdir ki, Azərbaycan Res-
publikasında dövlət, ictimai, dini və digər təşkilatlar,
vətəndaşlar qanunvericilikdə müəyyən olunmuş qay-
dalarla arxiv yaratmaq hüququna malikdirlər. Yara-
dılmış bu arxivlər küll halda Azərbaycan Respubli-
kasının milli arxiv fondunu təşkil edir. Bu Qanuna
əsasən mülkiyyət formasından və mühafizə olundu-
ğu yerdən asılı olmayaraq Milli arxiv fonduna daxil
olan sənədlər Milli Arxiv İdarəsi tərəfindən dövlət
qeydiyyatına götürülür.
Xalqımızın tarixinin ilk mənbələr əsasında
öyrənilməsində idarə və müəssisələrin, habelə
vətəndaşların informasiyaya olan gündəlik
tələbatlarının ödənilməsində milli arxiv fondu-
nun böyük əhəmiyyətini nəzərə alaraq arxiv işi-
nin təkmilləşdirilməsi məqsədi ilə 2002-ci ildə
Azərbaycan Respublikasının Nazirlər Kabineti ya-
nında Baş Arxiv İdarəsinin bazasında Azərbaycan
Respublikasının Milli Arxiv İdarəsi yaradılmışdı. Bu
idarəyə tabe olan respublika əhəmiyyətli 6 dövlət
arxivi, Dövlət arxivinin 15 filialı, Naxçıvan Muxtar
Respublikasının dövlət arxivi, habelə 55 rayon və
şəhər dövlət arxivləri mövcuddur.