337
Texnika.Mühəndis işi
İsmayıl İbrahimov
1915
DEKABR
İsmayıl Əli oğlu İbrahimov 1915-
ci il dekabr ayının 31-də Naxçıvan
MR-in Ordubad şəhərində anadan
olmuşdur.
M.Əzizbəyov adına
Azərbaycan
Sənaye İnstitutunu bitirmişdir (indi-
ki Azərbaycan Dövlət Neft Akade-
miyası).
1968-ci ildə AMEA-nın müx-
bir üzvü, 1980-ci ildə həqiqi üzvü
seçilmişdir. 1971-1978-ci illərdə
Azərbaycan SSR Nazirlər Soveti
sədrinin
birinci müavini vəzifəsində
işləmişdir.
İsmayıl
İbrahimov
fasiləsiz
işləyən texnoloji proseslərin və isteh-
salatların riyazi modelləşdirilməsi və
optimal idarə edilməsinin metodolo-
ji əsaslarını yaratmışdır. Neft ema-
lı istehsalatının optimallaşdırılması
məsələlərini faktiki olaraq reallaşdır-
maqdan ötrü modellərin struktur və
funksional
xüsusiyyətlərini nəzərə
alan səmərəli hesablama üsulları
qurmuşdur.
1946-1997-ci illərdə peda-
qoji fəaliyyətlə məşğul olmuş,
Azərbaycan Dövlət Neft Akademi-
yasında baş laborant,
baş müəllim,
dosent, kafedra müdiri, professor və
rektor vəzifələrində çalışmışdır.
Alimin yüksəkixtisaslı kadrların
hazırlanmasında böyük xidmətləri
olmuşdur. 7-ci (Mexiko, 1967), 9-cu,
(Tokio, 1975) Ümumdünya Neft
konqreslərində, 13-cü
Ümumdünya
qaz konqresində (London, 1976), Av-
tomatik İdarəetmə üzrə Beynəlxalq
Federasiyanın 5-ci (Paris, 1972),
7-ci (Helsinki, 1978 ) konqreslərində
məruzələrlə çıxışlar etmişdir. SSRİ
Ali Sovetinin (8-10-cu çağırış) depu-
tatı olmuşdur.
İsmayıl
İbrahimov
SSRİ Ali və
Orta İxtisas Təhsili Nazirliyinin
neft, qaz və neft-kimya ali təhsili
üzrə elmi-metodiki şuranın sədri
vəzifəsində çalışmışdır.
1979-cu
ildə ASE elmi redaksiya
şurasının üzvü olmuşdur.
Görkəmli alim “Nəzarət ölçü ci-
hazları” (1952), “Avtomatik tənzim-
ləmə nəzəriyyəsinin əsasları və
istehsal proseslərinin avtomatlaşdı-
rılması” (1972), “Elementı i siste-
mı pnevmoavtomatiki” (1965) və s.
əsərlərin müəllifidir.
Akademik
İsmayıl
İbrahimov
“Sosialist
Əməyi Qəhrəmanı”,
“Əməkdar elm xadimi” fəxri adları-
na layiq görülmüş,
iki dəfə Lenin,
üç dəfə “Qırmızı Əmək Bayrağı”,
“Vətən qarşısında xidmətlərinə görə”
ordenləri, bir sıra medal və Fəxri
fərmanlarla təltif edilmişdir.
1983-cü ildə bir qrup alim və
mütəxəssislə birlikdə
“İstehsa-
latın səmərəliliyini yüksəltmək
üçün idarəetmə və informasi-
ya sistemlərinin hazırlanması və
tətbiqi” adlı işinə görə elm
və texni-
ka sahəsində SSRİ Dövlət mükafatı-
na layiq görülmüşdür.
Dostları ilə paylaş: