Teqvim-2015. pdf



Yüklə 21,42 Mb.
Pdf görüntüsü
səhifə434/484
tarix25.12.2016
ölçüsü21,42 Mb.
#3302
1   ...   430   431   432   433   434   435   436   437   ...   484
Ə d ə b i y y a t
Akademik Firudin Məmməd 
Əli oğlu Haşımzadə-75          
//Azərbaycan Milli Elmlər 
Akademiyasının Xəbərləri. 
Fizika-riyaziyyat və texnika 
elmləri seriyas, fizika və 
astronomiya.-2011.-№2.- 
S.179.
Firudin Məmməd Əli oğlu 
Haşımzadə //Azərbaycan 
Sovet Ensiklopediyası: on 
cilddə 1987.-C.X.-S.156 
Примесныесостояния 
узкощеедевых 
молумагнитных 
полупроводниках с 
короткодействующим 
потенциалом 
/Ф.Гашимзаде, 
X.Хатамов.- Баку, 1989.-
22 с.
Резонансное эксимонное 
комвинационное рассеяние 
света в ролимагнитном 
ролупроводнике 
/Ф.М.Гашимзаде, 
Р.С.Надирзаде, 
Т.Г.Исмаилов.- Баку, 1989.-
12 с.
İ n t e r n e t d ə
www.anl.az
www.adam.az
7


336
Kimya.Biologiya.Tibb
110 
illiyi
Yusuf Məmmədəliyev
1905-1961 
DEKABR
Yusuf Heydər oğlu Məmmədəliyev 
1905-ci il dekabr ayının 31-də Ordubad 
şəhərində anadan olmuşdur. 1918-ci ildə 
erməni daşnakların vəhşi hücumundan 
yaxa qurtarmaq üçün onun ailəsi Təbriz 
şəhərinə köçmüş  və orada yeddiillik 
Ruşdiyə  məktəbində  təhsilini davam 
etdirmişdir. 1920-ci ildə Ordubada qa-
yıtmış və 1923-cü ilə qədər müəllimlik 
edərək savadsızlığın ləğvində fəal işti-
rak etmiş və ilk qızlar məktəbini açmış-
dır.
 1923-cü ildə Azərbaycan Pedaqo-
ji Universitetinin hazırlıq fakültəsində 
oxumuş  və 1924-1926-cı illərdə orada 
təbiət elmləri fakültəsində ali təhsil al-
mışdır. 1924-cü ildə Azərbaycan ziyalı-
larının I qurultayında məruzə etmişdir. 
Elə  həmin il təyinatla Gəncə  şəhərinə 
göndərilmiş  və orada iki il müəllim 
işləmişdir.
1929-1931-ci illərdə Moskva 
Dövlət Universitetinin (MDU) kimya 
fakültəsində təhsil almışdır.
1933-1945-ci illərdə Azərbaycan 
Elmi Tədqiqat Neft Emalı İnstitutunda 
kiçik, sonra böyük elmi işçi vəzifələrini 
tutmuş, 1945-ci ildə isə laboratoriya 
müdiri vəzifəsinə seçilmişdir.
O, dünyada ilk dəfə olaraq neft qaz-
larından sintetik kauçukun alınması 
ideyasını irəli sürmüş  və 1933-cü ildə 
“Etil spirtinin neft qazlarından alınma-
sı” adlı ilk elmi əsərini çap etdirmiş-
dir. 1934-cü ildə kauçuk ilə  əlaqədar 
olaraq “Azərbaycanda süni kauçukun 
problemləri” ikinci məqaləsini nəşr et-
dirmiş və bununla da o, respublikamiz-
da sintetik kauçukun yaradılmasının 
mümkünlüyünü əsaslandırmışdır.   
1938-ci ildə M.V.Lomonosov 
adına MDU-nun Elmi Şurası 
Y.H.Məmmədəliyevin təbii və süni neft 
qazlarının kimyəvi emalı sahəsində 
apardığı sistemli tədqiqatları  nəzərə 
alaraq ona müdafiə etmədən “kim-
ya elmləri namizədi” alimlik dərəcəsi 
vermişdir. O, apardığı  tədqiqatları 
ümumiləşdirərək 1942-ci ildə “Aroma-
tik karbohidrogenlərin alkilləşdirilməsi 
və dealkilləşdirilməsi ilə toluolun sin-
tezi” mövzusunda doktorluq disserta-
siyasını müdafiə etmişdir. 1943-cü ildə 
“Neft-kimyası” ixtisası üzrə professor 
elmi rütbəsinə layiq görülmüşdür.
  Onun yüksək keyfiyyətli aviabenzin 
ilə  təmin edən komponent əldə etmək  
sahəsində apardığı  tədqiqatlar dövlət 
tərəfindən yüksək qiymətləndirilmiş, 
1944-cü ildə Lenin ordeni ilə, 1946-cı 
ildə isə Stalin mükafatı ilə mükafatlan-
dırılmışdır.
1945-ci ildə Azərbaycan SSR EA-
nın akademiki, 1958-ci ildə SSRİ EA-
nın müxbir üzvü seçilmişdir. 1947-ci 
ildə Azərbaycan EA-nın prezidenti se-
çilmiş, 1954-1958-ci illərdə BDU-nun 
rektoru olmuşdur. SSRİ Ali Sovetinin 
(V çağırış, 1958 -1961) və Azərbaycan 
SSR Ali Sovetinin (IV çağırış, 1955-
1959) deputatı seçilmişdir. 
Yusuf Məmmədəliyev 1961-ci il de-
kabr ayının 15-də vəfat etmiş və Fəxri 
Xiyabanda dəfn edilmişdir.    

Yüklə 21,42 Mb.

Dostları ilə paylaş:
1   ...   430   431   432   433   434   435   436   437   ...   484




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin