80 illiyi Firudin Haşımzadə 1935 DEKABR Firudin Məmməd Əli oğlu
Haşımzadə 1935-ci il dekabr ayı-
nın 7-də Bakı şəhərində anadan
olmuşdur.
Azərbaycan Dövlət Universi-
tetinin fizika fakültəsini bitirmiş-
dir.
1972-ci ildə fizika-riyaziyyat
elmləri doktoru elmi dərəcəsini,
1974-cü ildə professor elmi
rütbəsini almışdır. 1980-ci ildə
Azərbaycan SSR Elmlər Akade-
miyasının müxbir üzvü, 2001-
ci ildə Azərbaycan Milli Elmlər
Akademiyasının həqiqi üzvü se-
çilmişdir.
Azərbaycan Milli Elmlər Aka-
demiyasının Fizika İnstitutunda
əvvəl yarımkeçiricilər labora-
toriyasının müdiri vəzifəsində
işləmiş, sonra isə həmin institut-
da baş elmi işçi kimi fəaliyyət
göstərmişdir.
Bakı Dövlət Universiteti-
nin Bərk cisim fizikası kafed-
rasında 35 il pedaqoji fəaliyyət
göstərmişdir.
Əsərləri bərk cisimlər
nəzəriyyəsinə aiddir. H.Keyn
tipli yarımkeçiriçilərin və ya-
rımmetalların kinetik, optik
və maqnit xassələrinin ardıcıl
nəzəriyyəsini yaratmış, onların
volt-amper xarakteristikasının
qeyri-xəttiliyinin yeni mexa-
nizmini aşkar etmiş, həmin tip
yarımkeçiricilərin anomal maq-
nit xassələrinə malik olmasını
göstərmişdir.
Akademik Firudin Haşımzadə
ilk dəfə mürəkkəb tərkibli kris-
tallarda elektron, maqnon və
elektronların spektrinin analizinə
qrup nəzəriyyəsi üsulunu tətbiq
etmişdir. Professor psevdopo-
tensial metodu ilə yarımkeçi-
rici birləşmələrin zolaq quru-
luşunu hesablamışdır. Maqnit
dielektriklərin qəfəs dinami-
kası və optik spektrinin nəzəri
məsələlərini də tədqiq etmişdir.
Akademikin yüksəkixtisaslı
elmi kadrların hazırlanmasında
böyük xidmətləri vardır. Onun
rəhbərliyi altında 22 elmlər
namizədi, 7 elmlər doktoru yetiş-
mişdir.
Firudin Haşımzadə 120 elmi
əsərin müəllifidir. Bunlardan 70-i
xarici ölkələrdə nəşr edilmişdir.
Akademik Firudin Haşım-
zadənin elmi fəaliyyəti
dövlət tərəfindən yüksək
qiymətləndirilmiş, o, Azərbaycan
Dövlət mükafatı, “Əmək vetera-
nı” medalı ilə təltif edilmişdir.