Teqvim-2015. pdf



Yüklə 21,42 Mb.
Pdf görüntüsü
səhifə429/484
tarix25.12.2016
ölçüsü21,42 Mb.
#3302
1   ...   425   426   427   428   429   430   431   432   ...   484
Ə d ə b i y y a t
Abbasqulu Ağa Barıxanov 
Qüdsi /F.Köçərli.-Bakı: 
Şəhriyar, 1995.-75 s.
M.F. Axundovun dün-
yagörüşü /F.Köçərli; 
red. F.Süleymanoğlu; 
Azərbaycan EA 
H.Hüseynov ad. Fəlsəfə 
və Hüquq İnstitutu.- Bakı: 
Elm, 1999.- 124 s. 
Firudin Qasım oğlu 
Köçərli: biblioqrafiya /
Azərbaycan EA, Mərkəzi 
Elmi Kitabxana; tərt. 
ed. Ç.Əhmədova; red. 
F.Hüseynova.- Bakı: Elm, 
1997.- 65 s.
 
İ n t e r n e t d ə
www.anl.az
www.adam.az
www.az.wikipedia.org
28
Akademik


332
Mədəniyyət.Maarif.Elm
65
 illiyi
Kamal Abdulla
1950 
DEKABR
Kamal Mehdi oğlu Abdullayev 1950-
ci il dekabr ayının 4-də Bakıda ziyalı 
ailəsində doğulub. 1968-ci ildə Bakıdakı 
190 saylı orta məktəbi bitirib.
1968-1973-cü illərdə Azərbaycan 
Dövlət Universitetinin filologiya 
fakültəsində  təhsil alıb. 1973-1976-cı 
illərdə SSRİ EA Dilçilik İnstitutunun Türk 
dilləri şöbəsinin əyani aspirantı olub.
1977-ci ildə namizədlik, 1984-cü ildə 
doktorluq dissertasiyası müdafiə edib. 
Azərbaycan Televiziyasında 1983-
cü ildən başlayaraq “Azərbaycan dili”, 
“Qoşma”, “Dəfinə” kimi aylıq  ədəbi-
bədii, elmi-publisistik verilişlər hazırla-
yaraq təqdim edib. 
 1993-cü ildən 2000-ci ilədək Xarici 
Dillər İnstitutunun Ümumi və Azərbaycan 
dilçiliyi kafedrasının müdiri vəzifəsini 
yerinə yetirib. 1994-1995-ci illərdə 
Türkiyə Uludağ Universitetinin “Türk 
dili və ədəbiyyatı” bölümünün professoru 
kimi çalışıb.
Türk Dil Qurumunun, Ukrayna 
Beynəlxalq Kadr Akademiyasının həqiqi 
üzvü və Rusiya PEN-klubun üzvüdür. 
 
200-dən artıq məqalə və 30-dan çox kita-
bın müəllifidir. 2007-ci ildə Azərbaycan 
Milli Elmlər Akademiyasının müxbir 
üzvü, 2014-cü ildə həqiqi üzvü seçilib. 
Türk xalqlarının qədim epik 
ədəbiyyatları sahəsində araşdırma-
lar müəllifidir. Müxtəlif ölkələrin 
universitetlərində (Rusiya, Türkiyə, Pol-
şa, Fransa, Almaniya, ABŞ...) “Ümumi 
dilçilik”, “Mətn sintaksisi”, “Kitabi-
Dədə Qorqud” dastanlarının kulturoloji 
aspektlərinə həsr olunmuş mühazirələr və 
xüsusi kurslar aparıb. 
Elmi və publisistik məqalələri 
Azərbaycanda və ondan kənarda mütəmadi 
olaraq çap olunur. Bədii yaradıcılıqla 
məşğul olur – pyesləri, hekayələri, ro-
manları, esseləri və şeirləri Azərbaycanda 
və xarici ölkələrdə çap olunur. 
2009-cu ildə  həyata keçirilməyə baş-
lamış “Kitabi-Dədə Qorqud” və “Ni-
belunqlar haqqında nəğmə” 10 illik 
beynəlxalq layihənin ideya müəllifi  və 
təşkilatçılarından biridir.
Əsərləri rus, gürcü, ingilis, fran-
sız, alman, ispan, polyak, portuqal və 
başqa dillərə  tərcümə olunub, pyesləri 
Azərbaycan, Gürcüstan, Estoniya Türkiyə 
teatrlarında səhnəyə qoyulub. “Gizli Dede 
Korkut” kitabı Bursada (1995) və İstan-
bulda, (1995) ayrı-ayrılıqda türk dilinə 
tərcümə edilib çap olunmuşdur.  “Gəlin 
azərbaycanca danışaq” kitabı  və “Sehir-
bazlar dərəsi” romanı  bir çox ölkələrdə 
həmin xalqların dillərində nəşr edilib.  
2000- 2014-ci illərdə  Bakı Slavyan 
Universitetinin rektoru  vəzifəsində çalı-
şıb.           
Azərbaycan Respublikası Prezidenti-
nin 2014-cü il 28 fevral tarixli Sərəncamı 
ilə Kamal Abdulla Azərbaycan Respub-
likasının millətlərarası, multikulturalizm 
və dini məsələlər üzrə Dövlət müşaviri 
təyin edilib. Azərbaycan Respublikası-
nın Prezidenti yanında Bilik Fondunun 
Himayəçilik Şurasının üzvüdür.
K.Abdulla “Əməkdar elm xadimi” 
fəxri adına layiq görülüb. 2007-ci ildə 
Rusiya prezidenti tərəfindən Puşkin me-
dalı ilə, 2009-cu ildə Polşa prezidentinin 
sərəncamı ilə iki ölkənin münasibətlərinin 
inkişafına göstərdiyi xidmətlərə görə 
“Kavaler” ordeni ilə təltif olunub.

Yüklə 21,42 Mb.

Dostları ilə paylaş:
1   ...   425   426   427   428   429   430   431   432   ...   484




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin