Teqvim-2015. pdf



Yüklə 21,42 Mb.
Pdf görüntüsü
səhifə428/484
tarix25.12.2016
ölçüsü21,42 Mb.
#3302
1   ...   424   425   426   427   428   429   430   431   ...   484
Ə d ə b i y y a t
Ərəb xilafəti və 
Azərbaycan /N.Vəlixanlı; 
elmi red. Z.Bünyadov; 
red. M.Əsədova.- Bakı: 
Azərnəşr, 1993.- 157 s. 
IX-XI əsrlər ərəb 
coğrafiyaşünas-səyyahları 
Azərbaycan haqqında 
/N.Vəlixanlı.- Bakı: Elm, 
1974.- 222 s. 
Azərbaycan tarixi-
nin öyrənilməsində 
muzeylərin rolu: [ II Res-
publika elmi konfransının 
materialları] /AMEA; 
Milli Azərb Tarixi Muze-
yi; red. hey.: N.Vəlixanlı 
(məsul red.).- Bakı: Ziya, 
2012.-163 s.   
Nailə Məmmədəli qızı 
Vəlixanlı: biblioqrafiya 
AMEA, Mərkəzi Elmi 
Kitabxana; tərt.-müəl. 
A.Əliyeva-Kəngərli; red.: 
N.Seyidəliyev, İ.Səfərov.- 
Bakı: Elm, 2012.- 237 s. 
İ n t e r n e t d ə
www.anl.az
www.adam.az
www.az.wikipedia.org
25


331
Fəlsəfə.İqtisadiyyat
95
 illiyi
Firudin Köçərli 
1920-2005
DEKABR
Firudin Qasım oğlu Köçərli 1920-ci 
il  dekabr ayının 28-də  Gədəbəy rayo-
nunun İsalı kəndində anadan olmuşdur. 
1926-1935-ci illərdə  İsalı  kənd orta 
məktəbində təhsil almışdır. 1936-cı ildə 
Gəncə Pedaqoji Texnikumuna daxil ol-
muş, 1940-cı ildə oranı bitirərək doğma 
kəndində müəllimlik fəaliyyətinə başla-
mışdır.
F.Köçərli 1945-ci ildə Azərbaycan 
Dövlət Universitetinin tarix fakültəsinin 
nəzdində olan fəlsəfə şöbəsinə daxil ol-
muşdur.  Bu ali təhsil ocağını fərqlənmə  
diplomu ilə bitirərək 1950-ci ildən 
1953-cü ilə qədər M.V.Lomonosov adı-
na Moskva Dövlət Universitetinin as-
pirantı olmuş  və dissertasiya müdafiə 
edərək fəlsəfə elmləri namizədi alimlik 
dərəcəsi almışdır.
F.Köçərli 1953-1958-ci illərdə 
Azərbaycan Dövlət Universitetinin 
Fəlsəfə kafedrasının dosenti vəzifəsində 
çalışmışdır. O, 1958-1967-ci illərdə 
Azərbaycan Elmlər Akademiyasının 
fəlsəfə sektorunun rəhbəri, 1967-1985-
ci illərdə Fəlsəfə və Hüquq İnstitutunun 
direktoru vəzifəsində işləmişdir. 
Akademik F.Köçərlinin elmi- 
tədqiqat fəaliyyəti, əsasən Azərbaycanda 
fəlsəfə  və ictimai fikir tarixinin, dia-
lektik və tarixi materializmin, etika 
və estetika problemlərinin tədqiqinə 
yönəldilmişdir. Azərbaycanın bir çox 
elm və mədəniyyət xadimlərinin fəlsəfi 
baxışlarına dair tədqiqatlar aparmış, 
həmin tədqiqatların nəticələri onun nəşr 
etdirdiyi kitab və monoqrafiyalarda öz 
əksini tapmışdır.   
F.Köçərli 1966-cı ildə doktorluq 
dissertasiyası müdafiə edərək fəlsəfə 
elmləri doktoru elmi dərəcəsini almış-
dır. 
Firudin Köçərli 1966-cı ildə 
Azərbaycan Elmlər Akademiyasının 
müxbir üzvü, 1976-cı ildə həqiqi üzvü 
seçilmişdir.
SSRİ Fəlsəfə Cəmiyyəti Azər-baycan 
bölməsinin sədri olmuşdur.  
O, bir sıra dövlət mükafatlarına la-
yiq görülmüşdür. Azərbaycan SSR 
Həmkarlar  İttifaqı RH-nin, Ümumitti-
faq “Bilik” cəmiyyətinin, Azərbaycan 
SSR Ali Sovetinin RH-nin, Azərbaycan 
SSR EA RH-nin Fəxri fərmanları ilə, 
“Fədakar əməyə görə”, “Əmək vetera-
nı” medalları ilə təltif edilmişdir.  
1989-cu ildə “Azərbaycan SSR 
Əməkdar elm xadimi” fəxri adına layiq 
görülmüşdür. 1991-ci ildə Azərbaycan 
“Bilik” cəmiyyəti RH-nin qərarı ilə 
akademik Y.Məmmədəliyev adına me-
dal və mükafat təltif edilmişdir.  
Firudin Köçərli 2004-cü il iyun ayı-
nın 3-də Bakıda vəfat etmişdir. 

Yüklə 21,42 Mb.

Dostları ilə paylaş:
1   ...   424   425   426   427   428   429   430   431   ...   484




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin