329
Tarixçi, türkoloq
Tarix
125
illiyi
Əhməd Zəki Validi Toğan
1890-1970
DEKABR
Əhməd Zəki Validi Toğan 1890-cı il
dekabr ayının 10-da Başqırdıstanın Sterli-
tamak mahalının Küzən kəndində doğul-
muşdur. İbtidai
və orta təhsilini əvvəlcə
Küzəndə, sonra dayısı Həbib Nəccarın
Ütəkdəki mədrəsəsində, 1912-ci ildə Ka-
zan Universitetinin tarix və ədəbiyyat
fakültəsində ali təhsil almış, ancaq ali
təhsilini sona çatdıra bilməmişdir. O, uni-
versitet
təhsilini uzun müddətdən sonra,
1931-1935-ci illərdə Vyanada tamamla-
mışdır. Kazanda təhsil aldığı müddətdə
elmi tədqiqatlara başlamış, “Türk və
tatar tarixi”nin ilk cildini 1912-ci ildə
Kazanda nəşr etdirmişdir. Bu əsər onun
Kazan Universiteti Tarix və Arxeologiya
Cəmiyyətinə üzv qəbul edilməsinə səbəb
olmuşdur.
1914-cü ildə o, Rusiya EA tərəfindən
Fərqanə və Buxara bölgələrinə elmi
ezamiyyətlərə göndərilmişdir. “Qeyri-rus
məktəblərində rus dili müəllimi” kur-
sundan imtahan
verərək Ufa şəhərindəki
Osmaniyyə mədrəsəsində türk dili
müəllimliyinə başlamış, həmçinin burada
siyasi fəaliyyətlə məşğul olmuşdur. Du-
maya deputat seçilmiş, 1917-ci il noyabrın
29-da qurulan Milli Başqırd hökumətinin
daxili işlər naziri olmuşdur. 1918-ci il
yanvarın 18-də Orenburq bolşeviklər
tərəfindən
işğal edildikdən sonra həbs
olunmuş, başqırdlar və qazaxlar üstünlü-
yü ələ aldıqdan sonra həbsxanadan azad
olunmuş, 1918-ci il iyunun 7-də Milli
Başqırd hökumətini yenidən bərpa etmiş-
dir.
Lakin artıq sovet qırmızı terrorunun
uzaqda olmadığını görən Toğan bir neçə
yaxın silahdaşı ilə 1920-ci il iyunun 29-
da
gizlicə Türküstana keçmiş, üç ilə qədər
bolşeviklərə qarşı gizli mübarizə apar-
sa da, Rusiya qoşunları ilə mübarizənin
mümkün olmadığını görərək 1923-cü ildə
İrana keçmiş, Əfqanıstan yolu ilə Hindista-
na getmişdir. Bir müddət sonra Türkiyəyə
yola düşsə də, vizası olmadığı üçün
ölkəyə
buraxılmamış, Avropaya gedərək Paris və
Berlində yaşamışdır.
1925-ci ilin əvvəllərində Türkiyənin
maarif naziri tərəfindən ora dəvət edilərək
Ankaraya getmiş, 1927-ci ildən İstan-
bul Universitetində müəllimlik etməyə
başlamışdır. 1932-ci ildə
İstanbul
Universitetində tutduğu vəzifədən iste-
fa vermiş, ali
təhsilini tamamlamaq üçün
Vyanaya getmişdir. 1935-ci ildə doktorluq
dissertasiyasını müdafiə etmiş, Bonn və
Gettingen universitetlərində müəllimlik
etmişdir.
II Dünya müharibəsi zamanı Z.Validi
1944-cü il mayın 15-də “turançılıq təbliğatı
ilə Türkiyədə SSRİ əleyhinə hərəkatda
olması” ittihamı ilə həbs edilərək 10 il
müddətinə azadlıqdan məhrum edilmiş,
1945-ci ilin oktyabrında azad olunmuş-
dur.
O, Azərbaycanın tarixi etnoqrafiyasını
öyrənən ilk
xarici şərqşünas alim olmuş-
dur. Onun nəşr etdirdiyi “Azərbaycanın ta-
rixi coğrafiyası” məqaləsi və “Ümumtürk
tarixinə giriş” əsərində Azərbaycan tarixi-
nin qədim və orta əsrlər dövrünə geniş yer
ayrılıb. “Azərbaycan” adlı məqaləsi “İs-
lam ensiklopediyası”nda çap olunmuşdur.
“Xatirələr”, “Tarixdə üsul”, “Ümum-
türk tarixinə giriş” və “Türkün müqəddəratı
üzərinə” əsərlərinin müəllifidir.
Z.V.Toğan 1970-ci il iyulun 26-da
İstanbulda vəfat etmiş, Qaracaəhməd
qəbiristanlığında dəfn olunmuşdur.
Dostları ilə paylaş: