Teqvim-2015. pdf



Yüklə 21,42 Mb.
Pdf görüntüsü
səhifə427/484
tarix25.12.2016
ölçüsü21,42 Mb.
#3302
1   ...   423   424   425   426   427   428   429   430   ...   484
İ n t e r n e t d ə
www.anl.az
10


330
Akademik
Tarix
75
 illiyi
Nailə Vəlixanlı 
1940
DEKABR
Nailə  Məmmədəli qızı  Vəlixanlı  
1940-cı il dekabr ayının 25-də Bakı 
şəhərində anadan olmuşdur. 1963-cü 
ildə ADU-nun şərqşünaslıq fakültəsinin  
ərəb  şöbəsini, 1967-ci ildə EA-nın 
Şərqşünaslıq  İnstitutunun aspirantu-
rasını bitirmişdir. 1968-ci ildə akade-
mik Z.Bünyadovun elmi rəhbərliyi ilə 
namizədlik, 1994-cü ildə doktorluq dis-
sertasiyalarını müdafiə etmişdir.  
1963-1992-ci illərdə AMEA-nın 
Şərqşünaslıq İnstitutunda, 1992-1998-ci 
illərdə Tarix İnstitutunda baş laborant, 
kiçik elmi işçi, böyük elmi işçi və apa-
rıcı  elmi işçi vəzifələrində çalışmışdır. 
1998-ci ildən Milli Azərbaycan Tarixi  
Muzeyinin direktorudur.   
2001-ci ildə AMEA-nın müxbir üzvü, 
2007-ci ildə həqiqi üzvü seçilmişdir. 
N.Vəlixanlının vətən tarixşünaslığı-
nın tədqiqi sahəsində xüsusi xidmətləri 
vardır. Elmi əsərlərində Azərbaycanın 
orta  əsrlər tarixinin mənbəşünaslıq 
problemləri, regionun Ərəb Xilafəti 
tərkibində mövqeyi, sosial-iqtisadi 
münasibətlər, siyasi-mədəni tarix  və 
tarixi coğrafiya məsələlərinə  aydınlıq 
gətirilmiş, elmdə son vaxtlaradək hakim-
lik edən erməni-gürcü ənənəsini sındır-
maqla tarixşünaslığımızda yeni mərhələ 
açılmışdır. Alim Azərbaycan tarixinə 
dair bir neçə sanballı monoqrafiyanın, 
200-dən çox elmi məqalə və resenziya-
nın müəllifidir. N.Vəlixanlı yeddicild-
lik “Azərbaycan tarixi”nin II cildinin 
məsul redaktoru və əsas müəlliflərindən 
biridir. Alimin “IX-XII əsrlər  ərəb 
coğrafiyaşünas-səyyahları Azərbaycan 
haqqında”, “İbn Xordadbeh”, “Yol-
lar və  məmləkətlər haqqında kitab” 
(tədqiqat, ərəb dilindən tərcümə, şərhlər, 
göstəricilər və xəritələr),  (rus dilində), 
“Naxçıvan  ərəblərdən monqollaradək 
(VII-XII  əsrlərədək) monoqrafiyala-
rı, “ Azərbaycanda dövlətçilik və onun 
rəmzləri” kitab-albomu  nəşr edilmişdir. 
Onun “Azərbaycan Sovet Ensiklopedi-
yası” və “ Naxçıvan Ensiklopediyası”nda 
çoxsaylı elmi məqalələri dərc edilmiş-
dir. 
N.Vəlixanlı Azərbaycan Respub-
likasının Prezidenti yanında Heral-
dika  Şurasının, AR Milli Məclisi 
Toponomiya Komissiyasının, Res-
publika Elmi Tədqiqatların Təşkili və 
Əlaqələndirilməsi  Şurasının, AMEA 
Terminologiya  Komissiyasının nəzdində 
Adlar və Soyadlar üzrə Xüsusi Komis-
siyanın, Azərbaycan Ensiklopediyasının 
redaksiya heyətinin və s. üzvü, “AMEA-
nın Xəbərləri (ictimai elmlər seriyası)” 
jurnalının, “Azərbaycan Tarixi Muzeyi” 
toplusunun baş redaktorudur. 1991-ci 
ildən Azərbaycan Universitetinin pro-
fessorudur. 
N.Vəlixanlı Moskva, Ankara, Ber-
lin, Budapeşt,  Stavanger və digər xarici 
ölkələrdə keçirilən beynəlxalq konfrans 
və simpoziumlarda Azərbaycan tarixşü-
naslığını  yüksək səviyyədə  təmsil et-
mişdir. 
N.Vəlixanlı “Şöhrət” ordeni, “Əmək 
rəşadətinə görə” medalı və bir sıra Fəxri 
fərmanlarla təltif edilmişdir. 

Yüklə 21,42 Mb.

Dostları ilə paylaş:
1   ...   423   424   425   426   427   428   429   430   ...   484




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin