327
Milli Qəhrəman
Milli Qəhrəmanlar
55
illiyi
Niyazi Aslanov
1960-1992
DEKABR
Niyazi Şərəfxan oğlu Aslanov 1960-
cı il dekabr ayının 25-də Goranboy ra-
yonunun Tap Qaraqoyunlu kəndində
anadan olmuşdur.
Burada orta məktəbi bitirdikdən son-
ra, 1979-1981-ci illərdə Rusiyanın
Altay
vilayətində hərbi xidmətdə olmuşdur.
Ağdam Kənd Təsərrüfatı Texnikumunda
təhsil almış, oxuduğu müddətdə əmək
fəaliyyəti ilə də məşğul olmuşdur.
1989-cu ildə Goranboy rayonunda
yaradılan özünümüdafiə dəstəsinə qo-
şulmuşdur. Yoldaşları ilə birlikdə sıradan
çıxmış iki tankı təmir etmiş,
bu tanklarla
nəinki Tap Qaraqoyunlu kəndini, hətta
qonşu kəndləri da layiqincə müdafiə
etmişdilər.
Niyazi
Aslanoov Şəfəq, Gürzalı-
lar, Todan, Sarısu, Tərtər və Ağdam
şəhərinin müdafiəsində fəal iştirak et-
mişdir. 1992-ci il mayın 4-də Tap Qa-
raqoyunlu kəndi yaxınlığında
gedən
döyüşlərdə Niyazi komandiri İsfəndiyar
Əsədovu xilas edərkən qəhrəmancasına
həlak olmuş, doğulub boya-başa çat-
dığı Tap Qaraqoyunlu kəndində dəfn
edilmişdir.
Ailəli idi, iki oğlu var.
Azərbaycan Respublikası Prezidenti-
nin 5 fevral 1993-cü il tarixli 457 saylı
Fərmanı ilə Aslanov Niyazi Şərəfxan
oğlu ölümündən sonra “Azərbaycanın
Milli Qəhrəmanı” fəxri adına
layiq gö-
rülmüşdür.
Tap Qaraqoyunlu kəndindəki orta
məktəbə və Naftalan şəhərindəki
küçələrdən birinə qəhrəmanın adı veril-
miş, Goranboy şəhərində büstü qoyul-
muşdur.
Dostları ilə paylaş: