324
Bəstəkar
245
illiyi
Lüdviq Van Bethoven
1770-1827
DEKABR
Lüdviq Van Bethoven 16 dekabr
1770-ci il dekabr ayının 16-da Almani-
yada anadan olmuşdur.
O, dünyanın ən nəhəng simalarından
biridir. Böyük Fransa inqilabının ideyala-
rından ilham alan bəstəkar öz yaradıcılı-
ğında, ilk növbədə insanın qəhrəmanlıq,
mübarizlik əzmini tərənnüm etmişdir.
Tarixi şəraitdən, yaşadığı mühitdən sa-
vayı,
Bethovenin şəxsi problemləri,
xüsusilə sağlamlığı ilə bağlı çətinlikləri
də onun dünyagörüşünə ciddi təsir
göstərmişdir.
28 yaşında ikən o, ağır xəstəliyin,
musiqiçi üçün əsil faciə olan karlığın
ilk əlamətlərini hiss etmişdir. Xəstəlik
şiddətləndikcə çalmaq, sonra isə dirijor-
luq qabiliyyətini get-gedə itirmişdir. Ən
dəhşətlisi isə bu idi ki,
bəstəkar yarat-
dığı musiqini tamamilə eşitmirdi. Lakin
nə xəstəlik, nə də tənhalıq Bethovenin
mətin iradəsini qıra bilməmişdir.
Dünya şöhrətli bəstəkar cəmi 9
simfoniya yazmışdır. İlk baxışdan bu,
Haydn və Mosart irsi ilə müqayisədə
çox deyildi. Lakin nəzərə alınmalıdır
ki, Bethoven simfoniyanın həcmini
və dramatikliyini artıraraq
bu jan-
rı xeyli genişləndirmişdir. Bəstəkar,
hətta Haydnın müəyyənləşdirdiyi or-
kestrin tərkibinə yeni alətlər daxil et-
miş və beləliklə, onun daha qüvvətli
səslənməsinə nail olmuşdur.
Böyük bəstəkar ən məşhur
əsərlərindən biri olan 3-cü Simfoni-
yasını əvvəlcə Napoleona
həsr etməyi
nəzərdə tutubmuş. Lakin Napoleonun
özünü imperator elan etməsini bəstəkar
olduqca mənfi qarşılamış, nəzərdə tut-
duğu ithaf fikrindən daşınmış və Simfo-
niyanı “Qəhrəmanlıq” adlandırmışdır.
Bəstəkarın məşhur 5-ci Simfoni-
yasının ən yaddaqalan musiqi parçası
əsəri başlayan qısa, zəhmli mövzudur.
Həmin musiqini Bethoven “tale qapını
döyür” bədii ifadəsi ilə şərh etmişdir.
9-cu Simfoniyada
isə bəstəkar dövrü
üçün cəsarətli bir yenilik tətbiq etmiş-
dir; əsərin son hissəsində alman şairi
Şillerin “Sevincə doğru” şeiri əsasında
nəhəng xor səhnəsi vermişdir. Bu ölməz
musiqi indiyədək xoşbəxtliyə, səadətə,
dostluğa qardaşlığa alovlu çağırış ola-
raq dünya xalqlarının
birlik rəmzi kimi
qavranılmaqdadır.
Bethoven musiqisində incə lirika,
dərin fəlsəfi düşüncələr də mühüm yer
tutur. “ Pastoral” adlandırdığı 6-cı Sim-
foniyasındakı “ Aylı sonata”da təsvir
olunan gözəl təbiət mənzərələri insanın
daxili aləmi, onun fikir və düşüncələri
ilə həmahəng səslənir.
Lüdviq Van Bethoven 1827-ci ildə
vəfat etmiş,
onun dəfn mərasimində
otuz mindən artıq insan iştirak etmiş-
dir. Dahi bəstəkarı con mənzilə yola sa-
lanların arasında Şubert də var idi. Bu,
çox simvolik bir hadisə idi; ilk roman-
tik sonuncu klassiklə vidalaşırdı. Bun-
dan sonra Avropa klassisizmi cərəyanı
romantizmlə əvəz olunurdu.
Dostları ilə paylaş: