Teqvim-2015. pdf



Yüklə 21,42 Mb.
Pdf görüntüsü
səhifə415/484
tarix25.12.2016
ölçüsü21,42 Mb.
#3302
1   ...   411   412   413   414   415   416   417   418   ...   484
İ n t e r n e t d ə
www.anl.az
www.kirimdernegi.org
8


322
Müğənni
Musiqi.Opera.Balet 
100
illiyi
Rəşid  Behbudov   
1915-1989 
DEKABR
Rəşid Məcid oğlu Behbudov 1915-ci 
il dekabr ayının 14-də Tiflisdə, xanəndə 
Məcid Behbudalı  oğlunun ailəsində 
dünyaya gəlmişdir. Anası Firuzə xanım 
Vəkilovlar nəslinə mənsub idi.
Uşaq yaşlarından məktəb xorunda 
oxuyan Rəşid 1933-cü ildə  Dəmiryolu 
Texnikumuna daxil olmuşdur. Təhsil 
illərində  tələbə özfəaliyyət orkestrində 
çalışmışdır.
Hərbi xidməti zamanı ordu ansamb-
lının solisti olan R.Behbudov, əsgəri 
xidmətdən sonra Tiflis estrada qrupla-
rından birində solistlik etmişdir. 
1945-ci ildə Bakı kinostudiyasında 
Ü.Hacıbəylinin eyniadlı operettasının 
motivləri  əsasında çəkilən “Arşın mal 
alan” filmində baş rol alan R.Behbudov 
filmin nümayişindən sonra dünyanın 50-
dən artıq ölkəsində yaratdığı Əsgər obrazı 
ilə təkrarsız səsi, yüksək musiqi duyumu 
və zərif artistlik qabiliyyəti ilə tanınmış 
və sevilmişdir. 1946-cı ildə bu rola görə 
“Stalin mükafatı” ilə  təltif olunmuş-
dur. 1949-cu ildə Budapeştdə keçirilən 
Gənclərin və  tələbələrin Ümumdünya 
festivalının iştirakçısı olmuşdur. 
1946-1956-cı illərdə Azərbaycan 
Dövlət Filarmoniyasının, 1953-1960-
cı illərdə fasilələrlə Azərbaycan Dövlət 
Opera və Balet Teatrının solisti, 1957-
1959-cu illərdə Azərbaycan Dövlət Kon-
sert Ansamblının təşkilatçısı  və  rəhbəri 
olmuşdur. 
“Sevimli mahnı” (1958), “Bəxtiyar”, 
“1001-ci qastrol” (1974) bədii  filmlə-
rində, həmçinin “Doğma xalqıma” 
(1954) bədii-sənədli filmdə çəkilmişdir. 
1966-cı ildə Azərbaycan Dövlət Mahnı 
Teatrını yaratmış və ömrünün sonunadək 
teatrın solisti və bədii rəhbəri olmuşdur.
Bütün Sovet respublikaları ilə yanaşı,  
dünyanın 60-dan artıq ölkəsində qastrol 
səfərlərində olmuş, Azərbaycan musiqisi-
ni layiqincə təbliğ etmişdir. Onun ifasın-
da “Azərbaycan” mahnısı Azərbaycanın 
əbədi vizit kartına çevrilmişdir. Lirik 
tenor səsə malik müğənninin repertua-
rında hind, alban, bolqar, türk, fars, ital-
yan xalq mahnıları öz ifa gözəlliyi ilə 
seçilirdi.  R.Behbudov Hindistana səfəri 
haqqında “Uzaq Hindistanda” kitabını 
yazmışdır. 
O, Azərbaycan xalq mahnıları-
nı  və dünya bəstəkarlarının  əsərlərini 
oxuyarkən yalnız ifaçı kimi deyil, həm 
də yaradıcı kimi çıxış edirdi.
Azərbaycahn SSR Ali Sovetinə (III-
VI çağırış) deputat seçilmişdir. 
Müğənninin yaradıcılığı 
və 
fəaliyyəti dövlət tərəfindən yüksək 
qiymətləndirilmiş, 1959-cu ildə ona 
“SSRİ Xalq artisti”, 1980-ci ildə “So-
sialist  Əməyi Qəhrəmanı” fəxri adları 
verilmişdir. SSRİ-nin “Lenin”, “Qırmı-
zı  Əmək Bayrağı”, “Xalqlar Dostluğu” 
ordenləri ilə təltif olunmuş, bir sıra xa-
rici ölkələrin dövlət mükafatlarına layiq 
görülmüşdür. 
1996-cı ildə onun adına poçt markası 
buraxılmışdır.
Rəşid Behbudov 1989-cu il iyun ayı-
nın 9-da, Moskva şəhərində vəfat etmiş-
dir.

Yüklə 21,42 Mb.

Dostları ilə paylaş:
1   ...   411   412   413   414   415   416   417   418   ...   484




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin