Teqvim-2015. pdf



Yüklə 21,42 Mb.
Pdf görüntüsü
səhifə413/484
tarix25.12.2016
ölçüsü21,42 Mb.
#3302
1   ...   409   410   411   412   413   414   415   416   ...   484
Ə d ə b i y y a t
Günay. Əməkdar 
incəsənət xadimi adını 
almış ilk azərbaycanlı 
qadın /Günay //Paritet.- 
2008.- 8-12 may.- S.16.
Reyhan Topçubaşova 
(1905-1970) İzzət Seyi-
dova (1910-1973) /layih. 
rəhb. Ç.Fərzəliyev.- Bakı, 
2013.- S.8-42.
İ n t e r n e t d ə
www.anl.az
www.az.wikipedia.org
www.books.google.com
www.kitabxana.net
15
Rəssam


321
Bəstəkar
Musiqi.Opera.Balet
85
illiyi
Tofiq Bakıxanov 
 
1930 
DEKABR
Tofiq  Əhmədağa oğlu Bakıxa-
nov 1930-cu il dekabr ayının 8-də 
Bakıda, görkəmli tarzən, respubli-
kanın Xalq artisti Əhməd Bakıxa-
novun ailəsində dünyaya göz açıb. 
O, XIX əsrdə Azərbaycanın məşhur 
alimi, tarixçisi, şairi və ictimai xa-
dimi Abbasqulu Ağa Bakıxanovun 
(təxəllüsü Qüdsi) nəslindəndir. 
Tofiq Bakıxanov ilk musi-
qi təhsilini Ü.Hacıbəyov adına 
Azərbaycan Dövlət Konservatori-
yası  (indiki Bakı Musiqi  Akade-
miyası) nəzdindəki onillik musiqi 
məktəbində (indiki Bülbül adına 
orta ixtisas musiqi məktəbi) skripka 
aləti üzrə respublikanın  Əməkdar 
müəllimi M.İ.Simberovdan al-
mışdır. Sonra  Azərbaycan Dövlət 
Konservatoriyasında təhsilini da-
vam etdirərək oranı iki ixtisas 
üzrə - 1953-cü ildə skripka üzrə 
professor A.N.Amitonun, 1957-
ci ildə  bəstəkarlıq üzrə professor 
Q.Qarayevin sinfini - bitirmişdir. 
Tələbəlik illərində T.Bakıxanov 
ifaçılıq fəaliyyəti ilə  məşğul ola-
raq Azərbaycan Dövlət Simfonik 
Orkestrində, həmçinin Azərbaycan 
radiosunun simfonik orkestrində 
solist kimi çalışmışdır.  
T.Bakıxanovun yaradıcılığın-
da kamera-instrumental və simfo-
nik  janrlı  əsərlər üstünlük təşkil 
edir. O, üç balet (“Xəzər balladası”, 
“Şərq poeması” və “Xeyir və Şər”), 
bəstəkar Nəriman Məmmədovla 
birlikdə yazdığı 3 musiqili komediya 
(“Altı qızın biri pəri”, “Məmmədəli 
kurorta gedir”, “Qız görüşə tələsir”), 
tar və müxtəlif alətlər ilə simfonik 
orkestr üçün 25 konsert, 20 sonata, 
5 simfonik muğam (“Nəva”, “Şah-
naz”, “Rahab”, “Humayun”, “Dü-
gah”), 8 simfoniya, 6 simfonik po-
ema, kamera musiqisi sahəsində 26 
sonata, müxtəlif tərkibli ansambllar 
üçün əsərlərin, 100-dən artıq mahnı 
və romansın müəllifidir.  
Bəstəkar 
yarım əsrdən artıqdır ki, 
Bakı Musiqi Akademiyasında gənc 
nəslə musiqinin sirlərini öyrədir.
Professor Tofiq Bakıxanovun 
çoxşaxəli yaradıcılığı dövlətimiz 
tərəfindən yüksək qiymətləndirilmiş, 
o, 1991-ci ildə “Xalq artisti” fəxri 
adına layiq görülmüş, 2000-ci ildə 
“Şöhrət” ordeni ilə, bir sıra medal-
lar və  Fəxri fərmanlarla təltif edil-
mişdir. 
Haqqında  resenziyalar, monoq-
rafiyalar, silsilə məqalələr yazılmış, 
“Tofiq Bakıxanov” adlı televiziya 
filmi çəkilmişdir. 
Bəstəkar bu gün də yorulmaq 
bilmədən bir-birindən gözəl əsərlər 
yaradaraq milli musiqi xəzinəmizi 
zənginləşdirir. 
 

Yüklə 21,42 Mb.

Dostları ilə paylaş:
1   ...   409   410   411   412   413   414   415   416   ...   484




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin