318
DEKABR
6
Milli ədəbiyyat
80
illiyi
Yusif Səmədoğlu
1935-1998
DEKABR
Yusif Səməd oğlu Vəkilov 1935-ci
il dekabr ayının 25-də Bakı şəhərində
Xalq şairi
Səməd Vurğunun ailəsində
anadan olmuşdur.
44 saylı Bakı şəhər orta məktəbini
bitirərək 1953-cü ildə Moskvada Ya-
zıçılar İttifaqı nəzdindəki M.Qorki
adına Ədəbiyyat İnstitutuna daxil
olmuş, 1957-1958-ci
illərdə həmin
institutun dördüncü kursundan ADU-
nun filologiya fakültəsinin beşinci
kursuna dəyişilmişdir.
Əmək fəaliyyətinə 1958-1959-cu
illərdə “Kommunist” qəzeti redak-
siyasında
tərcüməçi-redaktor kimi
başlamışdır.
1959-cu ildə “Azərbaycan” jur-
nalı redaksiyasında ədəbi işçi,
1960-1965-ci illərdə həmin redak-
siyada Nəsr şöbəsinin müdiri, 1965-
1969-cu illərdə C.Cabbarlı adına
“Azərbaycanfilm” kinostudiyasında
kinostudiyanın Ssenari redaksiya
heyətinin üzvü,
ssenari redaksiya
heyətinin baş redaktoru, 1969-1976-
cı illərdə “Azərbaycanfilm” kinos-
tudiyasının direktor müavini, 1976-
1987-ci illərdə “Ulduz” jurnalının
baş redaktoru olmuş, 1987-ci
ildən
“Azərbaycan” jurnalının baş redak-
toru vəzifəsində çalışmışdır.
1991-ci ildə Azərbaycan Yazıçılar
Birliyi katibliyi heyətinə (nəsr üzrə
katib) seçilmişdir.
Bədii yaradıcılığa 1953-cü ildə
“Azərbaycan gəncləri” qəzetində
çıxan “Qanlı çörək” adlı ilk mətbu
hekayəsi ilə başlamışdır. Nasirin
“220 nömrəli otaq” (1960), “Qalak-
tika” (1973), “Qətl günü” (1987) və
“Seçilmiş əsərləri” (2005) kitabları
çapdan çıxmışdır. Dövri
mətbuatda
vaxtaşırı çıxış etmişdir. Onun “Yeddi
oğul istərəm” ssenarisi əsasında film
çəkilmişdir.
“Qətl günü” romanına görə 1987-
ci ildə SSRİ Yazıçılar İttifaqının mü-
kafatına layiq görülmüşdür.
1972-1974-cü illərdə bir sıra xarici
ölkələrdə yaradıcılıq ezamiyyətində
olmuşdur.
1958-ci ildən Azərbaycan Ya-
zıçılar Birliyinin üzvü idi. 1970-ci
ildə Azərbaycan Komsomolu mü-
kafatı laureatı olmuş, 1980-ci ildə
“Azərbaycanın Əməkdar
incəsənət
xadimi” fəxri adına layiq görülmüş-
dür. 1990-cı ildə Azərbaycan Res-
publikası Ali Sovetinin deputatı se-
çilmişdir.
Yusif Səmədoğlu 1998-ci il av-
qust ayının 17-də Bakıda vəfat etmiş,
Fəxri Xiyabanda dəfn edilmişdir.
Dostları ilə paylaş: