325
Kinorejissor
Teatr.Kino
Həsən Seyidbəyli
1920-1980
DEKABR
Həsən Mehdi oğlu Seyidbəyli 1920-
ci il dekabr ayının 22-də Bakı şəhərində
anadan olmuşdur.
1938-1939-cu
illərdə Leninqrad Kino
Mühəndisləri İnstitutunda, 1943-1951-
ci illərdə Moskvada Ümumittifaq Dövlət
Kinematoqrafiya İnstitutunun kinore-
jissorluq fakültəsində təhsil almışdır.
“Azərbaycanfilm” kinostudiyasında ki-
norejissor kimi fəaliyyət göstərmişdir.
Kino tariximizin bir sıra ən par-
laq
səhifələri, onun adı ilə bağlıdır.
H.Seyidbəylinin ssenarisi əsasında
“Doğma xalqımıza” bədii-sənədli, “Qız-
mar günəş altında”, “Uzaq sahillərdə”,
(İ.Qasımovla birgə) bədii, “Əyri yol-
la qazanc”, “Yolda əhvalat” (hər ikisi
İ.Qasımovla birgə) qısametrajlı bədii,
“Toral və Zəri”, “Sağ ol, dostum ” ani-
masiya, “Kamillik” və s. sənədli filmləri
çəkilmişdir. “Ömrün səhifələri” kino-
almanaxında intermediyanın müəllifi,
“Onun bəlalı sevgisi” filminin
bədii
rəhbəri olmuşdur. Yazıçının “Xidmət lif-
ti” hekayəsinin motivləri əsasında “Lift-
çi qız” filmi lentə alınmışdır. “Nəsimi”
(1973) filmi 7-ci Ümumittifaq Kinofes-
tivalda “Ən yaxşı tarixi film üçün” mü-
kafatına layiq görülmüşdür. “İmtahan”,
“Qızılaxtaranlar”, “Bağlı qapılar” adlı
dram əsərləri Azərbaycanda və xaricdə
səhnəyə qoyulmuşdur.
O, həm də yazıçı kimi
fəaliyyət
göstərmiş, “Kür sahillərində” (1953),
“Telefonçu qız” (1960) povestlərini,
“Cəbhədən-cəbhəyə” (1961), “İllər
keçir” (1973), (İ.Qasımovla birgə),
“Tərsanə” (1975), “Çiçək” (1978) ro-
manlarını, “Dəniz cəsurları sevir”
(1954), “Sən nə üçün yaşayırsan” (1959
(hər ikisi İ.Qasımovla birgə) pyeslərini
və digər əsərlərini qələmə almışdır. So-
vet İttifaqı Qəhrəmanı M.Hüseynzadəyə
həsr olunmuş məşhur “Uzaq sahillərdə”
(1954, İ.Qasımovla birgə) roma-
nı əsasında eyniadlı film çəkilmişdir.
“Qiymətli damcılar” (1952), “Cəbhədən
cəbhəyə” (1979), “Çiçək” (1980)
kitab-
ları nəşr olunmuş, əsərləri bir sıra xarici
dillərə tərcümə edilmişdir.
H. Seyidbəyli ictimai xadim kimi də
Azərbaycan kinosunun inkişafına bö-
yük
təkan vermiş, 1963-1975-ci illərdə
Azərbaycan Kinematoqrafçılar İttifaqı
İdarə heyətinin I katibi, 1975-1980-ci
illərdə sədri vəzifələrində çalışmışdır.
Azərbaycan Ali Sovetinin (IX-X ça-
ğırış) deputatı olmuşdur.
Kinorejissor, yazıçı, ssenarist
H.Seyidbəylinin
xidmətləri dövlət
tərəfindən yüksək qiymətləndirilmiş, o,
“Əməkdar incəsənət xadimi”, “Xalq ar-
tisti” fəxri adlarına layiq görülmüşdür.
“Qırmızı Əmək Bayrağı”, “Şərəf nişanı”
ordenləri və medallarla təltif edilmişdir.
Həsən Seyidbəyli 1980-ci il iyun ayı-
nın 25-də Bakıda vəfat etmiş,
II Fəxri
Xiyabanda dəfn edilmişdir.
Bakı şəhərindəki küçələrindən biri
sənətkarın adını daşıyır.
Dostları ilə paylaş: