Teqvim-2015. pdf


Xankəndinin işğalı günü (28.12.1991)



Yüklə 21,42 Mb.
Pdf görüntüsü
səhifə409/484
tarix25.12.2016
ölçüsü21,42 Mb.
#3302
1   ...   405   406   407   408   409   410   411   412   ...   484
Xankəndinin işğalı günü (28.12.1991)
28 dövlətin iştirakı ilə Dünya Bankı qurulmuşdur (27.12.1945)
Dünya Azərbaycanlılarının Həmrəylik Günü (31.12.1991)
 
336
339
342


317
Milli ədəbiyyat 
110 
illiyi
Osman Sarıvəlli
1905-1990 
DEKABR
Osman Abdulla oğlu Qurbanov 
(Osman Sarıvəlli) 1905-ci il dekabr 
ayının 17-də Azərbaycanın Qazax ra-
yonunun II Şıxlı (Sarıvəlli) kəndində 
anadan olmuşdur. Orta təhsilini Qa-
zax Müəllimlər Seminariyasında al-
dıqdan sonra 1929-1938-ci illərdə 
Göyçay rayonunun Qaraməryəm və 
Bığır kənd  məktəblərində müəllimlik 
etmiş, 1929-1932-ci illərdə ikinci 
Moskva Dövlət Universitetinin filo-
logiya fakültəsində  təhsilini davam 
etdirmişdir. 1932-1935-ci illərdə Bakı 
Pedaqoji Texnikumunda müəllim, 
1939-1940-cı illərdə Bakı Teatr Tex-
nikumunda müdir, 1941-1942-ci 
illərdə  Təbrizdə  çıxan “Vətən yo-
lunda” qəzeti redaksiyasında məsul 
katib, Azərbaycan EA Nizami adına 
Dil və Ədəbiyyat İnstitutunda müdir 
müavini, “Ədəbiyyat” qəzetinin re-
daktoru, “Uşaqgəncnəşr”də redaktor, 
Azərbaycan Sovet Yazıçılar İttifaqın-
da şeir üzrə məsləhətçi vəzifələrində 
çalışmışdır.   
  Ədəbi fəaliyyətə 1928-ci ildə 
“Gənc işçi” qəzetində  çıxan “Ayaq-
sıza” şeiri ilə başlamış, 1934-cü ildə 
“Dəmir sətirlərim” adlı ilk şeirlər 
kitabını çap etdirmişdir. Daha sonra 
“Bənövşə” (1940), “Gənclik eşqi” 
(1946), “Şeirlər”  (1948), “Yeni 
dünyanın qapısı”  (1950), “Balaca 
dostlar” (1955), “Sabahı yaradan-
lar” (1970), “Hər kim yüz il yaşa-
masa” (1976), “Seçilmiş əsərləri” (II 
cilddə. 1986-1987), “Kür qırağın-
da” (1987), bütövlükdə isə 26 adda 
kitabı  işıq üzü görmüşdür. Dövri 
mətbuatda müntəzəm olaraq çıxış-
lar etmiş,  əsərləri xarici ölkə xalq-
larının dillərinə  tərcümə olunmuş-
dur.  Özü isə Nizami Gəncəvinin, 
Əfzələddin  Xaqaninin, Viktor Hüqo-
nun, Nazim Hikmətin, A.S.Puşkinin, 
N.A.Nekrasovun, T.Q.Şevçenkonun, 
N.Tixonovun, K.Simonovun, 
 
Y.Çarensin və başqalarının bir sıra 
əsərlərini, Sofoklun “Antiqona” 
faciəsini dilimizə çevirmişdir. Dünya 
xalqlarının sülh, demokratiya və azad-
lıq uğrunda mübarizəsi, beynəlxalq 
imperializmin ifşası Sarıvəlli poe-
ziyasının başlıca mövzuları idi. Şair 
xalq yaradıcılığının təbliği, aşıqların 
əsərlərinin tərtibi və tədqiqi sahəsində 
də fəaliyyət göstərmişdir. 
1937-ci ildən Azərbaycan Yazıçı-
lar Birliyinin üzvüdür.
1977-ci ildə ona “Azərbaycanın 
Xalq şairi” fəxri adı verilmişdir. “Qır-
mızı Əmək Bayrağı”, “Xalqlar Dost-
luğu”, “Şərəf nişanı” ordenləri və 
Fəxri fərmanlarla  təltif edilmişdir.
Osman Sarıvəlli 1990-cı il iyul 
ayının 3-də Bakıda vəfat etmiş, do-
ğulduğu kənddə dəfn edilmişdir.

Yüklə 21,42 Mb.

Dostları ilə paylaş:
1   ...   405   406   407   408   409   410   411   412   ...   484




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin