319
Şair
Milli ədəbiyyat
95
illiyi
Zeynal Cabbarzadə
1920-1977
DEKABR
Zeynal Əliabbas
oğlu Cabbarov
1920-ci il dekabr ayının 31-də Bakı
şəhərində, dənizçi ailəsində anadan
olmuşdur.
Orta məktəbi bitirdikdən son-
ra 1934-1937-ci illərdə fəhlə
fakültəsində təhsil almış, 1937-
1941-ci illərdə APİ-nin ədəbiyyat
fakültəsində təhsilini
davam etdir-
mişdir. Eyni zamanda 1938-1939-
cu illərdə “Balıq cəbhəsi” və “Kras-
nı kurinets” (“Qırmızı kürçaylı”)
qəzeti redaksiyalarında fəaliyyət
göstərmişdir.
1940-cı ilin yanvar-iyun ay-
larında
Şamaxı rayonunun
Mədrəsə kənd orta məktəbində
dil-ədəbiyyat müəllimi işləmişdir.
İkinci
Dünya müharibəsi başlanan
vaxt səfərbərliyə alınmış, piyada
məktəbində kursant olmuş, kiçik
leytenant rütbəsi ilə 416-cı atıcı divi-
ziyasında hərbi xidmətini davam et-
dirmişdir. Naurisk
rayonunda hərbi
əməliyyatda ağır zədələndiyinə
görə eşitmə və görmə qabiliyyətini
itirmişdir.
1943-cü ildə hərbi xəstəxanadan
ehtiyat baş leytenantı kimi tərxis
olunmuşdur.
Z.Cabbarzadə yaradıcılığa ki-
çik yaşlarından başlamışdır. Onun
“Puşkin” adlı ilk mətbu şeiri 1937-
ci ildə dərc edilmişdir. İkinci
Dünya
müharibəsi və sonrakı illərdə coş-
qun yaradıcılıqla məşğul olmuşdur.
1943-cü ilin aprelindən 1948-ci
ilin oktyabr ayınadək Azərbaycan
Yazıçılar İttifaqında “Natəvan”
adına klubun müdiri, “Ədəbiyyat
qəzeti”ndə ədəbi işçi və məsul katib
vəzifələrində çalışmışdır.
“Pioner” jurnalında
məsul
katib, 1950-ci ildən ömrünün
sonunadək məsul redaktor ol-
muşdur. Bu müddətdə dəfələrlə
Azərbaycan LKGİ MK-nın
rəhbər
orqanlarına seçilmişdir. Onun
ilk “Xanımana”(1946) kitabında
cəbhə şeirləri toplanmışdır. Şai-
rin sonrakı illərdə bir-birinin ar-
dınca “Əfzələddin və şah” (1947),
“Şerlər” (1950), “Çinar” (1952),
“Bahar gəlir” (1954), “Dnepr
sahillərində” (1956), “Arzular”
(1958) , “Yaylaqda” (1960), “Sizin
səsiniz” (1963), “Məni bağışlayın”
(1965), “Uca dağ başında” (1980),
“Atasının oğlu” (1986) və digər ki-
tabları çapdan çıxmışdır.
Z.Cabbarzadə xidmətlərinə görə
bir sıra medal və fəxri fərmanlarla
təltif edilmişdir.
Şair 1943-cü ildən Azərbaycan
Yazıçılar Birliyinin üzvü olmuşdur.
1970-ci ildə “Əməkdar
mədəniyyət
işçisi” fəxri adına layiq görülmüş-
dür.
Zeynal Cabbarzadə 1977-ci il
yanvar ayının 20-də Bakıda vəfat
etmişdir.
Dostları ilə paylaş: